Çerski İvan Dementyeviç
İvan Çerski (3 (15) may 1845, Svolno[d], Vitebsk quberniyası[d], Rusiya imperiyası – 25 iyun (7 iyul) 1892, Yakutsk vilayəti[d], Rusiya imperiyası) — Əslən polyak olub paleontoloq , osteoloq , geoloq , coğrafiyaşünas və Sibirin rus tədqiqatçısıdır. Baykalın sahillərinin ilk geoloji xəritəsini tərtib edib. və "Yer səthu relyerfinin inkişaf təkamülü" ideyasını irəli sürmüşdür.
Vitebsk vilayətinin Drissenski rayonunun Svolna mülkündə (indiki Vitebsk vilayətinin Verxnedvinski rayonu) anadan olub. Vilna gimnaziyasında oxuyarkən elmə böyük həvəs göstərmişdir. 1860-cı ildən Vilnadakı Hökumət (zadəganlar) İnstitutunda təhsilini davam etdirmişdir. 18 yaşında ikən 1863–1864-cü illər üsyanında iştirak etmişdir. O, əmlakı müsadirə olunmaqla və zadəgan titulundan məhrum edilməklə Sibirdə müddətsiz hərbi xidmətə məhkum edilib. 1869-cu ildə İ. D. Çerski səhhətinə görə tərk etmək hüququ olmadan ordudan uzaqlaşdırıldı. 1871-ci ildən İrkutskda İmperator Rus Coğrafiya Cəmiyyətinin Şərqi Sibir şöbəsində işləyib.