Deo

das; -s, -s (Deodorant)dezoderant, qoltuğa sürtülən ətirli maddə
Denunzierung
Departement
OBASTAN VİKİ
Ex Deo
Ex Deo — 2008-ci ildə Kanadanın Monreal şəhərində yaradılmış metal musiqi qrupu. Qrupun vokalisti Kataklysm qrupundan Maurizio Iacono və gitaristi Jean-Francois Dagenais-dur. Qrupun musiqisi Kataklysm qrupuna bənzəsə də, musiqisi və sözləri demək olar tamamilə Roma İmperiyasıdan bəhs olunur. Qrup Nuclear Blast albom şirkəti ilə müqavilə imzalayaraq, 2009-cu ildə ilk debüt studio "Romulus" adlı albomunu buraxdı. Albomun Romules adlı trekinə klip çəkildi. Bu albomun musiqi bəstəsini gitarist Jean-Francois Dagenais yazmışdır. Bundan əlavə olaraq albomun çıxışı və tanıtımı üçün Karl Sanders (Nile), Obsidian C. (Keep of Kalessin) və Nergal (Behemoth) kimi şəxs dəvət edilmişdir. 2010-cu ildə qrup Napalm Records albom şirkəti ilə birgə, 29 avqust 2010-cu ildə "Caligvla" adlı ikinci studio albomunu buraxdı.
Deodoro Olimpiya Parkı
Deodoro Olimpiya Parkı — Braziliyada, Rio-de-Janeyro şəhərinin Deodoro məhəlləsində idman kompleksi. 2016 Yay Olimpiya Oyunları və 2016 Yay Paralimpiya Oyunları üçün yaradılmışdır. Bu, Barra Olimpiya Parkı ilə yanaşı, 2016-cı ildə keçirilmiş olimpiya və paralimpiya pyunlarına ev sahibliyi etmək üçün istifadə edilən iki olimpiya parkından biri idi. Layihənin dizaynı və menecmenti "Hill International" şirkətinə həvalə edilmişdi.
Deodoru da Fonseka
Deodoru da Fonseka (5 avqust 1827, Alaqoas, Braziliya İmperiyası — 23 avqust 1892, Rio-de-Janeyro, Braziliya) — Braziliya generalə və dövlət adamı; İmperator II Pedronu devirən inqilabın lideri və Braziliya Respublikasının ilk prezidenti. Hərbçi ailəsində dünyaya gələn Fonseka Paraqvay müharibəsində (1864–1870) göstərdiyi xidmətlərə görə mayor rütbəsinə yüksəldi. Siyasi cəhətdən mühafizəkar olan Fonseka imperatora bağlı bir əsgər idi. Ancaq imperator hökumətinin apardığı siyasətlə heç cürə barışmırdı. Rio-Qrande-du-Sul ştatına icra başçısı ikən zabitlərə siyasi söz azadlığının verilməsi barədə yazılan bir ərizəyə qol çəkdi. Bu səbəbdən II Pedro tərəfindən vətən xaini elan olundu və 15 noyabr 1889-cu ildəki inqilaba öndərlik etməyə başladı. İnqilabın sonunda imperator II Pedro taxtdan endirildi və 1891-ci ilin fevral ayına qədər ölkəni idarə edən müvəqqəti hökumətin başına Deodoru da Fonseka gətirildi. 1891-ci ilin fevral ayında isə bir çox generalın dəstəyi ilə hakimiyyətə gəldi. Ancaq güclü bir ölkə başçısı ola bilmədi. Bir tərəfdən hökumətdəki müxalifətin güclənməsi, digər tərəfdən keçmiş imperatorun qızı Kontez İzabellanın xalq arasında hökumətə qarşı çıxışlar etməsi ölkəyə yeni bir vətəndaş müharibəsinin toxumlarını səpdi.
Deontologiya
Deontologiya [yun. deon – borc logos – təlim, söz] — etik nəzəriyyənin bir sahəsi. Deontologiya, bir peşəni tətbiq edilməsi lazım olan əxlaqi dəyər və etik qaydaları araşdıran elm sahəsidir. İnsanın müəyyən tapşırıqları olduğunu fərz edən əxlaq təlimlərini əsas götürür və bu təlimlərdən qaynaqlanan vəzifə və qaydaların müxtəlif peşələrdəki konkret izlərini araşdırar.
Jerom Deom
Jerom Deom (19 aprel 1999-cu ildə Belçikada anadan olub) — Belçika Pro Liqa təmsilçilərindən olan Standard Lyej FK klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Belçikalı futbolçudur. Deom Standard Lyej FK akademiyası vasitəsilə inkişaf etmişdir. Deom əsas komanda ilə debütünü 7 may 2016-cı ildə etmişdir. O, 68-ci dəqiqədə Vaasland-Beveren klubu ilə qarşılaşmada Martin Remakleni əvəz etmişdir. Həmin görüşdə Standard Lyej liqa görüşündə Beverenə 2-0 hesabı ilə qalib gəlmişdir. 31 Mart 2017 tarixində yenilənib 1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Belçika Superkuboku görüşləri daxildir.
Paraseiulus deogyuensis
Paraseiulus deogyuensis (lat. Paraseiulus deogyuensis) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin paraseiulus cinsinə aid heyvan növü.
Cedrus deodara
Himalay sidri (lat. Cedrus deodara) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin şamkimilər fəsiləsinin sidr cinsinə aid bitki növü. Vətəni Himalayın şimal və qərb hissəsidir. Avropanın bir çox ölkələrinə introduksiya edilmişdir. Hündürlüyü 50 m-ə çatan iri ağacdır. Cavan ağacların gövdəsinin qabığı hamar olur, yaşlaşdıqca çatlar əmələ gəlir və iri pulcuqlar şəklində oduncaqdan ayrılır. Çətiri piramidal formalı və budaqlarının ucları aşağı sallanan ağacdır. İynəyarpaqları düz, sivri, bozumtul-yaşıl və ya mavi-yaşıldır, 5 sm-ə qədər uzunluqdadır. Qozaları iri, yumurtavarı, yetişmiş qozaları qırmızı-qonur rənglidir, uzunluğu 10 sm-ə, eni 5-6 sm-ə çatır. Toxumları iri qatranlı, üçbucaq, nazik qabıqla örütülüdür, toxumu dairəvidir və kip oturur.