DESTRUKTİV
(latın de-inkar və struktura - quruluş)
ictimai həyatın, ictimai münasibətlərin normal axarına maneçilik törədən, onun pozulmasına, dağılmasına xidmət edən akt (hərəkət). Dövlətə, cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik, bəzən isə düşmənçilik ruhunda məhz sarsıdıcı, dağıdıcı məqsədləri güdən anormal: 1. mövqe və; 2. qeyri-qanuni, bəzən isə cinayətkarcasına törədilən qəsd.