Diaqonal (voleybol)
Diaqonal — (ing. opposite, türk. pasör çaprazı) voleybolda mövqelərdən biri, voleybolçu ampluası. Bu mövqe voleybolda şərti olaraq hücumçu ampluasına bənzəyir. Hətta ismi diaqonal hücumçu da adlandırılır.
Diaqonal oynayan voleybolçu toppaylayıcı servis atarkən önə gəlir və adətən uzun pasla hücum edir, 2-ci zonada qərarlaşır. Bu oyunçu "4-2" və "6-0" taktikasında istifadə edilmir. Sadəcə "5-1" sxemində yer alır. Çünki "5-1" taktikasında sadəcə 5 hücumçu və 1 toppaylayıcı yer alır. Burada toppaylayıcının da çaprazında bir hücumçuya ehtiyac duyulduğundan diaqonal oyunçudan istifadə edilir.