ÇİLİNG

сущ. палочка длиной в 10-15 см, предназначенная для игры
ÇİLİKLƏMƏK
ÇİLİNG-AĞAC
OBASTAN VİKİ
Abdi Çilingir
Abdi Çilingir (1902, Ermenek[d], Karaman ili – 30 dekabr 1982) — Türk siyasətçi. == Həyatı == 1902-ci ildə Karamanın Ərmənək bölgəsində anadan olmuşdur. Atasının adı Əli Rıza, anasının adı Xədicədir. Abdi bəy Ərmənəkdə orta məktəb təhsili aldı, daha sonra 3 il ərəbcə təhsil aldı. Ərəb dilini mükəmməl bilirdi. Ticarətlə məşğul olan Abdi Çilingir, ağac taciri işləyirdi. Ticarət xaricində, məmləkətində özəl kapitalla qurulan Əhali Bankda 5 il mühasib işləmişdir. 1946-cı ildən bəri eyni zamanda Ərmənək bölgə Demokrat Partiyanın sədri olan Abdi bəy millət vəkili seçilənə qədər partiya işlərində fəal idi. 1950 seçkilərində Demokrat Partiyasından Konya namizədi oldu. Konyadan Türkiyə Böyük Millət Məclisinə verilən 274.569 səsdən 162.100 səs alaraq Konya Millət vəkili seçildi.
Meşə çilingdimdiyi
Adi meşəcüllütü, Meşə çilingdimdiyi (lat. Scolopax rusticola) — çilingdimdik cinsinə aid quş növü. Şimal yarımkürəsində yayılmışdırlar. Sahillər, bataqlıq ve meşələr yaşadıqları yerlərdir. Soğulcanlar, tırtıllar və bəzən de bitkilərlə qidalanırlar . Dimdikləri fərqli quruluşlarda olur. Çox uzun məsafələrə uçmazlar.
Çilingağac
Çilingağac — Azərbaycanda əsasən yazqabağı, bayramqabağı günlərdə uşaq və gənclər arasında geniş şəkildə oynanılan ən qədim oyunlardan biri. Bu oyuna bəzi bölgələrdə pəldəstə deyilir. Çilingağac oyunu əsas hallarda iki üsulla oynanılır: Birinci üsul: Oyunda iki-üç nəfər oğlan uşağı iştirak edir. Hər oyunçunun bir dəyənəyi və bir "pəli" olmalıdır. Pəl bir qarış uzunluğunda hər iki ucu düzünə kəsilmiş çubuqdan düzəldilir. Böyük dairəvi cızıq çəkilir. Pəli cızığın ortasında qoyurlar. Püşk yolu ilə oyunu başlayırlar. Oyunçular bir-bir dəyənəklə əvvəlcə pələ vurur, onu yerdən bir qədər aralayıb ikinci dəfə dəyənəklə vurub cızıqdan çıxarmağa çalışırlar. Göstərilən qaydada oyunçular bir-birilə yarışırlar.
Çilingdimdik
Çilingdimdik (lat. Scolopax Linn., 1758) cinsi Quşlar (Aves) sinfinin Mələrcüllütlər (Scolopacidae) fəsiləsinə, Cüllütkimilər (Charadriiformes) dəstəsinə aiddir. Azərbaycanda Çilingdimdik cinsinə 1 növ daxildir: Meşə çilingdimdiyi (Scolopax rusticola Linn., 1758) Meşə çilingdimdiyi Boz səsyamsılayan Adi tənbəlcüllüt Kiçik tükcüllüt Ortaboy tənbəlcüllüt 1. Azərbaycanın heyvanlar aləmi. III cild, Onurğalılar. Bakı: "Elm", 2004.-620 səh. CHASSE : Baguage de la bécasse des bois (Scolopax rusticola).
Çilingər
Çilingər — metal emalı və ya metaldan hazırlanmış əşyaların təmiri ilə məşğul olan peşədir. İxtisaslaşmasından asılı olaraq müxtəlif peşə növləri mövcuddur. Məsələn, avtomobil, tikinti, gəmi, maşın, alət və s. sahələr üzrə çilingərlər fəaliyyət göstərirlər. Çilingərlik peşəsinə peşə ixtisas məktəblərində yiyələnmək olar. İxtisas səviyəssindən asılı olaraq çilingərlərə dərəcələr verilir. Çilingərlik peşəsi çox qədim tarixə malikdir. Hələ lap qədim zamanlarda insanlar metaldan işçi alətlər düzəldirdilər. Əvvəldə onların hamısı dəmirçi adlanırdılar. Dəmirçilər dəmir filizini əldə edir, onları qızdırır və zindanda döyərək müxtəlif metal əşyalar düzəldirdilər.
Çilingərlik

Digər lüğətlərdə