HÜQUQŞÜNAS

сущ. правовед (специалист по правоведению), юрист. Hüquqşünasların elmi sessiyası научная сессия правоведов; hüquqşünas alim ученыйправовед; hüquqşünas olmaq быть, стать юристом
HÜQUQSUZLUQ
HÜQUQŞÜNASLIQ
OBASTAN VİKİ
Hüquqşünas
Hüquqşünas ( lat. jus və ya juris — hüquq) (alm. Jurist‎): hüquq təhsilli insan; hüquq elmini öyrənən alim; hüquq sahəsində praktiki fəaliyyət göstərən insan. İlk hüquqşünasların Roma qanunvericilərin ( pontifiklərin ) olduğu hesab edilir. Azərbaycan Respublikasında ancaq hüquq təhsili olan insan hüquqşünas ola bilər. Sonrakı hüquq təhsilli ixtisaslara qəbul edilmək üçün, hüquqşünaslar yenidən ixtisas imtahanı ( test ) verməli olurlar. Hərbi hüquqşünas — hərbi sahədə xidmət edən hüquq təhsilli hüquqşünaslardır. Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi hüquqşünaslar hərbi prokurorluqda, Silahlı Qüvvələrin hüquq idarələrində, Ali Hərbi Məktəblərin müvafiq kafedralırında müəllim kimi xidmət edirlər. Hüquq Vəkil Məhkəmə Prokuror Vikianbarda Hüquqşünas ilə əlaqəli mediafayllar var.
Qay (hüquqşünas)
Qay (lat. Gaius; təq. 120-ci illər, bilinmir – təq. 180, bilinmir) — qədim Roma hüquqşünası.
Ağababa Rzayev (hüquqşünas)
Rzayev, Ağababa Qasım oğlu(12.2.1923, Bakı – 25.12.2003 Bakı) – Azərbaycan hüquqşünası, hüquq elmləri doktoru (1968), professor (1971). Azərbaycan Dövlət Universitetini bitirmişdir. İkinci Dünya müharibəsinin iştirakçısıdır. 1948-51 illərdə Azərbaycan komsomolu MK-nın təlimatçısı, Bakı şəhəri Voroşilov Rayon Komsomol Komitəsinin birinci katibi olmuşdur. 1951-56 illərdə Azərbaycan SSR Nazirlər Sovetində müxtəlif məsul vəzifələrdə çalışmış, 1956-59 illərdə Azərbaycan SSR Ədliyyə Nazirinin müavini, 1959-65 illərdə Azərbaycan SSR Nazirlər Sovetinin sovet orqanları şöbəsinin müdiri, 1965-70 illərdə Azərbaycan SSR Daxili İşlər nazirinin müavini vəzifələrində çalışmışdır. Daxili işlər polkovnikidir. 1959-65 illərdə dörd çağırış Bakı şəhər Xalq Deputatları Sovetinin deputatı seçilmişdir. Geniş elmi-tədqiqat işləri ilə də məşğul olmuşdur. Əsas tədqiqat sahəsi Azərbaycanda siyasi-hüquqi təlimlərin tarixi olmuşdur. Dərbənddən başlanan əzablı yol 1 Nəsirəddin Tusi: həyatı, elmi, dünyagörüşü 2 “Mirzə Kazım bəy” sənədli filmi Политические взгляды М. Ф. Ахундова Очерки история политико-правовых учений Азербайджана История политических и правовых учений в Азербайджане: от истоков до ХХ века, Баку: Элм, 2000.
Eldar Həsənov (hüquqşünas)
Eldar Hümbət oğlu Həsənov (10 oktyabr 1955, Laçın, Kəlbəcər rayonu) — Azərbaycanın sabiq baş prokuroru, Azərbaycan Respublikasının Serbiya Respublikasında, Monteneqroda və Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri, hüquq elmləri doktoru, II dərəcəli dövlət ədliyyə müşaviri. Eldar Həsənov Azərbaycanın ən füsunkar rayonlarından biri olan Kəlbəcərin Laçın kəndində müəllim ailəsində anadan olmuşdur. 1972-ci ildə kənd orta ümumtəhsil məktəbini bitirdikdən sonra Dövlət Politexnik İnstitutunun avtomatika və hesablama texnikası fakültəsinə daxil olmuş, 1977-ci ildə ali təhsilini fərqlənmə ilə başa vuraraq elektronika mühəndisi ixtisası almışdır. 1983-cü ildə SSRİ DİN Akademiyasını hüquqşünas ixtisası üzrə bitirmişdir. Uzun müddət Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarında müfəttiş, baş müfəttiş, cinayət-axtarış şöbəsinin rəis müavini və rəisi, Bakı şəhəri Nizami rayonunun və Gəncə şəhərinin daxili işlər şöbəsinin rəisi, daxili işlər nazirinin müavini, baş prokurorun müavini və baş prokuror vəzifələrində çalışmışdır. Eldar Həsənov 21 aprel 2000-ci ildə səlahiyyət müddətinin bitməsi ilə əlaqədar Azərbaycanın prezidenti Heydər Əliyev tərəfindən baş prokuror vəzifəsindən azad olunmuşdur. Mütəşəkkil cinayətkarlıq, xüsusilə terrorizm və narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair və digər mövzularda 25 kitab (son 2 kitabı: Rumıniyada könüldən diplomatiya və Balkanların dostluq körpüsü boyunca), dərslik və dərs vəsaitinin, eləcə də 170-dən çox elmi və publisistik əsərin müəllifidir. Professor, hüquq elmləri doktoru Rumıniyanın Ovidius, Babeş-Bolyay və Andrey Şaquna Universitetlərinin fəxri doktoru Serbiya Kral Akademiyasının üzvü Cənub-Şərqi Avropada Əməkdaşlıq Təşəbbüsü Təşkilatının trans-sərhəd cinayətkarlığa qarşı mübarizə üzrə regional mərkəzində Azərbaycan Respublikasının rəsmi nümayəndəsi olmuşdur. 2001-ci ilin mart ayında Azərbaycan Respublikasının Rumıniyadakı səfiri təyin edilmiş, onun üçün yeni olan diplomatik sahədə fəaliyyətə başlamışdır. Rumıniyadakı səfirliyi Azərbaycan Respublikasının Cənub-Şərqi Avropa regionunda ilk səfirliyi olmuşdur.
Elnur Əliyev (hüquqşünas)
Elnur Əliyev Aydın oğlu (4 iyun 1983, Kirovabad) — Azərbaycan Respublikası iqtisadiyyat nazirinin birinci müavini (2022-ci ildən), iqtisadiyyat nazirinin müavini (2020–2022), vergilər nazirinin müşaviri (2017–2020-ci illər). Elnur Əliyev 1983-cü il iyunun 4-də Gəncə şəhərində anadan olub. Evlidir, 2 övladı var. 1998–2002-ci illər – Bakı Dövlət Universitetində təhsil alıb, hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib. 2002–2006-cı illər – Bakı Dövlət Universitetində cinayət hüququ, cinayət prosesi və kriminalistika ixtisası üzrə magistr dərəcəsini fərqlənmə diplomu ilə bitirib. 2008–2009-cu illər – Azərbaycan Respublikası Prezidentinin "2007–2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində Böyük Britaniyanın London Kral Kollecində beynəlxalq biznes hüququ üzrə magistr təhsili alıb. 2005–2009-cu illər – İqtisadi İnkişaf Nazirliyində məsləhətçi, aparıcı məsləhətçi, sektor müdiri vəzifələrində çalışıb. 2010–2013-cü illər – Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi rəisinin köməkçisi vəzifəsində çalışıb. 2013–2017-ci illər – Təhsil Nazirliyində nazir köməkçisi, şöbə müdirinin müavini, şöbə müdiri, aparat rəhbəri vəzifələrində çalışıb. 2017 – 2020-ci illər – Vergilər nazirinin müşaviri vəzifəsində çalışıb.
Elşad Abdullayev (hüquqşünas)
Elşad Abdullayev (25 sentyabr 1954, Kürdəmir rayonu) — Hüquq elmləri doktoru, professor, Azərbaycanda Gülərgeyt kimi adlanan Gülər Əhmədova olayının əsas təşkilatçısı. Elşad Abdullayev 1954-cü il sentyabrın 25-də Kürdəmir rayonunda anadan olub. 1961-ci ildə 1 saylı orta ümumtəhsil məktəbinə getmiş, 1971-ci ildə həmin məktəbi bitirmişdir. 1974-cü ildə BDU-nun Hüquq fakültəsinə qəbul olub, 1979-cu ildə isə həmin fakültəni fərqlənmə ilə bitirmişdir. 1985-ci ildə Moskvada namizədlik dissertasiyasını müdafiə etmişdir. 1995-ci ildən BDU-nun "Konstitusiya hüququ" kafedrasının dosenti olmuşdur. 2000-ci ildə Moskvada doktorluq dissertasiyasını müdafiə etmişdir. 2004-cü ildən BDU-nun "Konstitusiya hüququ" kafedrasının professoru olmuşdur. 23 aprel 2004-cü ildə RTA-nın ümumi iclasında Rusiya Dövlət Təhsil Akademiyasının üzvü seçilmişdir. 2005-ci ildə AR Təhsil Nazirinin sərəncamı ilə "Qabaqcıl Təhsil işçisi" döş nişanı ilə təltif olunmuşdur.
Elşad Həsənov (hüquqşünas)
Elşad Eldar oğlu Həsənov (27 sentyabr 1976, Bakı, Azərbaycan SSR) — Yasamal rayonu İcra Hakimiyyətinin başçısı (2019), Azərbaycan Respublikası Milli Məclisinin V çağırış deputatı (2015–2019). 27 senytbar 1976-cı ildə Bakı şəhərində müəllim ailəsində anadan olub. 1992-ci ildə Bakı şəhər Nəsimi rayonu 23 saylı orta məktəbi qızıl medalla bitirib. 1992–1997-ci illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıb. Həmin ilin dekabr ayında BDU-nun cinayət prosesi kafedrasında aspiranturaya qəbul olub və 2001-ci ildən aspiranturanı fərqlənmə ilə bitirib. 2004-cü ilin noyabr ayında namizədlik dissertasiyasını müdafiə edərək, Azərbaycan Prezidenti yanına Ali Attestasiya Komissiyasının qərarı ilə hüquq elmləri namizədi, alimlik dərəcəsinə layiq görülüb. İngilis və rus dillərini bilir. Ailəlidir, iki övladı var. Azərbaycan Milli Məclisinə 17 saylı Yasamal 3-cü Seçki Dairəsindən V çağırış deputat seçilib. Partiya mənsubiyyəti yoxdur.
Elşad Nəsirov (hüquqşünas)
Elşad Nəsirov (Elşad Haqverdi oğlu Nəsirov; d. 1 iyul 1971. Babacan, Vardenis rayonu, Ermənistan SSR, SSRİ) — BDU Hüquq fakültəsinin dekan müavini, fakültə Elmi Şurasının katibi. Konstitusiya hüququ kafedrasının baş müəllimi. Elşad Nəsirov 1 iyul 1971-ci ildə Ermənistanın Vardenis rayonunun Babacan kəndində anadan olub. 1978–1988-ci illərdə Vardenis rayonu Qızılkənd kənd orta məktəbində oxuyub və 1988-ci ildə həmin məktəbi medalla bitirib. 1988–1989-cu illərdə Sumqayıt Xovlu İplik Fabriki, SEİB 2 saylı ETK və 1 saylı Troleybus Parkında operator və çilingər işləmişdir. 1989–1990-cı illərdə hazırlıq şöbəsində və 1990–1995-ci illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıb. 1995-ci ildən BDU-da çalışır. BDU-nun Hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasında müəllim (1995–1997), baş müəllim (1997-dən) vəzifəsində çalışır.
Etibar Əliyev (hüquqşünas)
Etibar Əliyev (15 aprel 1957, Astarxanbazar) — hüquq üzrə elmlər doktoru, professor. Polis polkovniki. Etibar Əli oğlu Əliyev 15 aprel 1957-ci ildə Cəlilabad rayonunun Ocaqlı kəndində anadan olmuşdur. 1963-1973-cü illərdə orta məktəbdə təhsil almışdır. 1973-cü ildə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universitetinin) "Avtomobil nəqliyyatı" fakültəsinə daxil omuş, 1978-ci ildə institutu əla qiymətlərlə bitirmişdir. Həmin ildə təyinatla Azərbaycan Respublikasının daxili işlər orqanlarına göndərilmişdir. 1983-cü ildə SSRİ DİN Ali İstintaq Məktəbinə qəbul olmuş və 1988-ci ildə həmin məktəbi hüquqşünas ixtisası ilə bitirmişdir. Polis polkovniki Etibar Əliyev 2008-ci ildə "Qüsursuz xidmətə görə" 1-ci və 2-ci dərəcəli medalı ilə təltif edilmişdir. Hazırda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsində şöbə rəisinin müavini vəzifəsində çalışır. Müharibə veteranıdır.
Fikrət Məmmədov (hüquqşünas)
Fikrət Fərrux oğlu Məmmədov (1 iyul 1955, Bakı) — Azərbaycan hüquqşünası və dövlət xadimi, Azərbaycan Konstitusiya Məhkəməsinin hakimi (2024-cü ildən), Azərbaycanın ədliyyə naziri (2000–2024), I dərəcəli dövlət ədliyyə müşaviri. Fikrət Məmmədov 1 iyul 1955-ci ildə Bakıda doğulub. 1977-ci ildə M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin hüquq fakültəsini, 1988-ci ildə Bakı APM-nı (Dövlət İdarəçilik Akademiyası) bitirmişdir. Evlidir, 4 övladı var. Əmək fəaliyyətinə 1977-ci ildə rayon prokurorunun köməkçisi kimi başlamış, Bakı şəhər prokurorluğunda istintaq şöbəsinin prokuroru, respublika prokurorluğunda Təşkilat-nəzarət şöbəsinin böyük prokuroru və rəisi vəzifələrində işləmiş, həmin vəzifədən Azərbaycan KP MK İnzibati orqanlar şöbəsində hüquq mühafizə orqanları ilə iş üzrə təlimatçı vəzifəsinə keçirilmişdir. Sonralar respublika Baş Prokurorluğu Hüquqi təminat idarəsinin rəisi, Sumqayıt şəhər prokuroru, 1994–2000-ci illərdə Baş prokurorun müavini olmuş, 2000-ci ilin aprel ayında Azərbaycan Respublikasının ədliyyə naziri təyin edilmişdir. Daha sonra formalaşmış hökumətlərdə F. Məmmədov 4 dəfə bu vəzifəyə yenidən təyin olunmuşdur. 2005-ci ildən Məhkəmə-Hüquq Şurasının sədridir, və bu vəzifəyə dəfələrlə yenidən seçilmişdir. I dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsindədir. F. Məmmədov ölkəsinin məhkəmə sisteminin təkmilləşdirilməsinə və beynəlxalq standartlara uyğunlaşdırlımasına töhfələr vermişdir.
Fərid Əhmədov (hüquqşünas)
Fərid Turab oğlu Əhmədov (14 iyul 1979, Bakı) – Azərbaycan Respublikasının ədliyyə naziri (2024-cü ildən), Rəqəmsal i̇nkişaf və nəqliyyat nazirinin müavini (2022–2024), Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müşaviri (2021–2022), Azərbaycan Universitetinin rektoru (2015–2017), BMT-nin İnsan Hüquqları Komitəsinin üzvü, hüquq elmləri üzrə fəlsəfə doktoru. Fərid Əhmədov 14 iyul 1979-cu ildə Bakı şəhərində anadan olmuşdur. 1996-cı ildə Bakı şəhəri 43 saylı liseyi bitirmişdir. Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsində bakalavr (2000) və magistr (2002) təhsili almışdır. 2004-cü ildə Böyük Britaniyanın Esseks Universitetində, “British Chevening” təqaüdü ilə beynəlxalq insan hüquqları ixtisasını fərqlənmə diplomu ilə bitirmişdir. 2009-cu ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında dissertasiya işini müvəffəqiyyətlə müdafiə edərək Ali Attestasiya Komissiyasının qərarı ilə hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşdür. 2017-ci ildə İngiltərənin Oksford Universitetinə “Weidenfeld” təqaüdü ilə daxil olaraq doktorluq dissertasiyasını müdafiə etmişdir. 2016-cı ildə Oksford Universitetində hüquq elmləri üzrə fəlsəfə doktorluğu elmi dərəcəsi almışdır. Beynəlxalq hüquq sahəsində nüfuzlu elmi nəşrlərdə dərc edilmiş monoqrafiya, bir sıra elmi və publisistik məqalələrin müəllifidir. Azərbaycan, rus və ingilis dillərini bilir.
Həsən Seyidov (hüquqşünas)
Həsən Həmid oğlu Seyidov (16 may 1923, Şahtaxtı, Naxçıvan MSSR – 3 iyun 1997, Bakı) — Naxçıvan MR Ali Məhkəməsinin sədri, Naxçıvan Vilayət Həmkarlar İttifaqı Şurasının sədri, İliç Rayon Partiya Komitəsinin birinci katibi, Ədliyyə Nazirinin birinci müavini. Həsən Seyidov 16 may 1923-cü ildə Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Şahtaxtı kəndində anadan olmuşdur. 1952-ci ildə İ.Ə.Rəsulzadə adına Bakı Dövlət Universitetinin hüquq fakultəsini bitirmiş, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin üzvü, sədr müavini, Naxçıvan MR Ali Məhkəməsinin sədri, Naxçıvan Vilayət Həmkarlar İttifaqı Şürasının sədri, Şərur Rayon Partiya Komitəsinin birinci katibi, 1974-cü ildən isə ömrünün sonuna kimi Azərbaycan Respublikası Ədliyyə Nazirliyində məshul vəzifələrdə işləmişd, Ədliyyə Nazirinin birinci müavini vəzifəsinə qədər yüksəlmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin orqanı olan “Qanunçuluq” jurnalının baş redaktoru olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 14 dekabr 1992-ci il 358 Nömrəli fərmanı ilə Azərbaycan Respublikasının Əməkdar Hüquqşünası fəxri adına layiq görülmüşdür. 1997-ci il iyun ayının 3-də 74 yaşında Bakı şəhərində vəfat etmişdir.
Kamal Cəfərov (hüquqşünas)
Kamal Xaqani oğlu Cəfərov (15 dekabr 1989, Bakı) — Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış deputatı, YAP İdarə Heyətinin üzvü, Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının sədr müavini, Baş Prokurorluğun Anti-Korrupsiya Təlim Mərkəzinin rəhbəri, AŞPA-nın İnsan hüquqları üzrə (alt) komitəsinin sədri Kamal Cəfərov 1989-cu il 15 dekabr tarixində Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin bakalavr pilləsini, Böyük Britaniyanın London Kral Kollecində (King's College London) Beynəlxalq vergi hüququ üzrə magistr pilləsini və Vyana şəhərində yerləşən Beynəlxalq Antikorrupsiya Akademiyasının "Antikorrupsiya elmləri üzrə" magistr proqramnı fərqlənmə ilə bitirib. Amerika Birləşmiş Ştatlarının Mərkəzi Texas Kollecində "Amerika hüquq sisteminə giriş" mövzusunda mübadilə proqramını və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Dövlət və bələdiyyə idarəetməsi" ixtisası üzrə magistr proqramını (qiyabi əsaslarla) bitirib. K.Сəfərov Çirkli Pulların Yuyulmasına Qarşı Mübarizə üzrə Sertifikatlaşdırılmış Ekspertlər Assosiasiyasının (ACAMS) müvafiq imtahanını keçərərək çirkli pulların yuyulmasına qarşı mübarizə üzrə beynəlxalq ekspert sertifikatına layiq görülmüşdür. Evlidir, bir övladı var. İngilis, fransız və rus dillərini bilir. 2013–2014-cü illərdə hərbi xidmət keçib. Kamal Cəfərov Avropa Hüquqşünas Tələbələr Assosiasiyası (ELSA) və Avropa Gənclər Parlamentinin Azərbaycan nümayəndəliklərinin təsisçisi olub. 2011–2013-cü illərdə Azərbaycan Hüquqşünaslar Konfederasiyasının Baş katibi olub. 2012–2013-cü illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin beynəlxalq əlaqələr şöbəsində məsləhətçi vəzifələrində işləyib.
Kamran Əliyev (hüquqşünas)
Kamran Bayram oğlu Əliyev (18 noyabr 1965, Balakən) — Azərbaycan Respublikasının Baş prokuroru (2020-ci ildən), Beynəlxalq Prokurorlar Assosiasiyasının vitse prezidenti, I dərəcəli dövlət ədliyyə müşaviri (2021). Kamran Bayram oğlu Əliyev 1965-ci ilin noyabr ayının 18-də Balakən şəhərində anadan olmuşdur. 1987-ci ildə Rusiya Federasiyasının İrkutsk Dövlət Universitetinin hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirdikdən sonra təyinatla prokurorluq orqanlarına işə qəbul olunaraq Rusiya Federasiyasının Zabaykalye Nəqliyyat Prokurorluğunun Çita Nəqliyyat prokurorluğunun müstəntiqi vəzifəsi üzrə stajoru təyin edilmişdir. Daha sonra həmin prokurorluqda və Zabaykalye Nəqliyyat Prokurorluğunda böyük müstəntiq vəzifəsində işləmişdir. 1990–1993-cü illərdə keçmiş SSRİ Baş Prokurorluğunun Elmi-Tədqiqat İnstitutunda əyani şöbə üzrə aspirantura təhsili almış, paralel olaraq həmin müəssisədə elmi işçi vəzifəsində işləmişdir. 1993-cü ildə həmin İnstitutda dissertasiya işini müdafiə edərək hüquq elmləri namizədi elmi dərəcəsini almışdır. Daha sonra köçürülmə qaydasında Azərbaycan Respublikası Prokurorluğu orqanlarına işə qəbul olunmaqla Kadrlar idarəsinin prokuroru, Elm-Tədris Mərkəzinin rəisi, Baş Prokurorluğun İstintaq və ağır cinayətlərə dair işlər üzrə istintaq idarələrində müstəntiq və böyük müstəntiq, Baş prokurorun köməkçisi və böyük köməkçisi, Baş Prokurorluğun Dövlət İttihamının müdafiəsi idarəsinin rəisi, 2007-ci ildən isə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi vəzifələrində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 5 avqust 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Baş prokurorunun müavini — Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi təyin edilib. 23 noyabr 2021-ci ildən I dərəcəli dövlət ədliyyə müşaviri (Ədliyyə general-polkovniki) ali xüsusi rütbəsindədir. Azərbaycan Respublikasının Baş Prokurorluğu Kollegiyasının sədri, hüquq elmləri üzrə fəlsəfə doktorudur.
Namiq Əliyev (hüquqşünas)
Namiq Tofiq oğlu Əliyev (1960, Kirovabad) — Azərbaycan Respublikası vergilər nazirinin müavini (2004–2018), 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri. 1960-cı ildə Gəncə şəhərində anadan olub, 1983-cü ildə Lomonosov adına Moskva Dövlət Universitetinin Hüquqi psixologiya fakültəsini bitirdikdən sonra 1 il Azərbaycan Respublikası Elmlər Akademiyasında elmi işçi vəzifəsində çalışıb. 1984–1986-cı illərdə SSRİ Prokurorluğun Elmi-tədqiqat institunda təcrübə keçmiş və 1990-cı ildə həmin institutun aspiranturasını bitirərək hüquq elmləri namizədi dərəcəsinə yiyələnmişdir. 1991–2004-cü illər ərzində Respublika Prokurorluğunda Azərbaycan Respublikası Prokurorunun köməkçisi, Kadr idarəsinin prokuroru, Polis orqanlarında qanunların icrasına nəzarət idarəsinin rəis müavini, Vətəndaşların ərizə, şikayətlərinə baxılması və qəbulu idarəsinin rəis müavini, Ədliyyə, milli təhlükəsizlik, gömrük, vergi və sərhəd qoşunları orqanlarında istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini vəzifələrində çalışmışdır. 2004–2018-ci illərdə vergilər nazirinin müavini vəzifəsində çalışmışdır. Ailəlidir. 2 övladı var.
Natiq Məmmədov (hüquqşünas)
Natiq Seyfulla oğlu Məmmədov (5 aprel 1966, Naxçıvan Muxtar Respublikası, Babək rayon, Didivar k.) — Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının rəhbərinin müavini, 3-cü dərəcəli dövlət müşaviri. Natiq Məmmədov 5 aprel 1966-cı ildə Naxçıvan Muxtar Respublikasının Babək rayon Didivar kəndində anadan olub. 1983 −1987-ci illərdə müxtəlif qurumlarda əmək fəaliyyəti ilə məşğul olmuş və hərbi xidmət keçmişdir. 1987–1992-ci illərdə Bakı Dövlət Universitetinin hüquq fakultəsində təhsilini başa vurduqdan sonra sahibkarlıq, diaspora quruculuğu, nəzəri və praktik biliklərinin təkmilləşdirilməsi də daxil olmaqla, SOCAR, məhkəmə, seçki və dövlət qulluğu sistemlərində səmərəli fəaliyyət göstərmişdir. Bakı Dövlət Universitetinin dissertantı olmuş, "Konstitusiya hüququ kimi seçkilərin hakimiyyət orqanlarının formalaşdırılmasında rolu" mövzusunda elmi işin və bir neçə elmi məqalənin müəllifidir, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında keçirilən kadrların ixtisas artırma kurslarında, habelə, seçki (referendum) subyektlərinin maariflənməsinə yönəlmiş çoxsaylı müxtəlif tədbirlərdə mühazirəçi olmuşdur. Çoxsaylı beynəlxalq tədbirlərdə iştirak etmişdir həm də müxtəlif ölkələrdə seçki müşahidə missiyalarının rəhbəri və ya üzvü olmuş, müxtəlif ölkələrin seçki və məhkəmə təcrübəsini öyrənmiş, Konstitusiya hüququ, məhkəmə — hüquq islahatları, seçki sistemi, seçki (referndum) təşkilatçılığı, seçki hüququ, siyasi partiyalar və.s ilə bağlı KİV(kütləvi informasiya vasitələri)-lərdə çoxsaylı çıxışlar etmişdir. Harvard Universitetində hüquq, fəlsəfə, siyasət, seçki və s. sahələrə aid aşağıdakı kursları keçmişdir: 1. Justice (Mənəvi və siyasi fəlsəfəyə giriş üzrə Harvard Universitetinin ən məşhur kurslarından biri) 2. Contract Law: From Trust to Promise to Contract 3.
Nazim Əliyev (hüquqşünas)
Nazim Kazım oğlu Əliyev (3 aprel 1970, Masallı rayonu) — hüquq elmləri doktoru. Nazim Əliyev 3 aprel 1970-ci ildə Masallı rayonunun Hişkədərə kəndində anadan olmuşdur. 1987-ci ildə Hişkədərə kənd orta məktəbini tam əla qiymətlər ilə bitirmişdir. Həmin dövrdə respublikamızda ali hüquq təhsili verən yeganə müəssisə olan Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmaq üçün iki il iş staji tələb edildiyindən, o, Hişkədərə kənd sovxozunda fəhlə işləməyə başlamışdır. 1988-ci ildə hüquq fakültəsinə daxil olmaq üçün müəyyən edilmiş bu qayda ləğv edildiyindən, sənədlərini fakültənin qəbul komissiyasına təqdim etmiş və əla qiymətlər ilə Bakı Dövlət Universitetinin hüquq fakültəsinin əyani şöbəsinə daxil olmuşdur. 1990-cı ildə Rusiya Federasiyasının Novosibirsk Dövlət Universitetində tələbə və aspirantlar arasında keçirilmiş beynəlxalq elmi konfransda etdiyi məruzəyə görə isə II dərəcəli diplom ilə mükafatlandırılmışdır. 1993-cü ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini hüquqşunaslıq ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. Fakültəni yüksək qiymətlər ilə bitirdiyi üçün təyinat əsasında prokurorluq orqanlarında işləmək hüququ olmuşdur. 1993-cü ildən Azərbaycan Respublikasının prokurorluq orqanlarında müstəntiq vəzifəsinə təyin edilmiş və 2001-ci ilə kimi həmin vəzifədə işləmişdir. Prokurorluqda işlədiyi müddətdə, əsasən, mürəkkəb və çox epizodlu cinayət işlərinin istintaqını aparmış, icraatında olan bütün işlər üzrə cinayətlərin açılmasına, təqsirli şəxslərin müəyyən edilib məsuliyyətə cəlb edilməsinə nail olmuşdir.
Vüqar Məmmədov (hüquqşünas)
Vüqar Məmmədov — ATU-nun məhkəmə təbabəti kafedrasının və BDU-nun kriminalistika və məhkəmə ekspertizaları kafedrasının professoru, AR-nın və RF-nın tibb elmləri doktoru, məhkəmə-tibbi ekspert, hüquqşünas, Dünya Tibbi Hüquq Assosiasiyasının birinci vitse-prezidenti, Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycanda milli məsləhətçisidir 1976–1986-cı illərdə Bakı şəhəri 42 nömrəli tam orta məktəbi qızıl medalla bitirib. Məktəbin Komsomol komitəsinin katibi, Nəsimi rayon Komsomol təşkilatının büro üzvü olub. 1986–1992-ci illərdə ATU-nun müalicə-profilaktika fakültəsini fərqlənmə ilə bitirib. Adlı Təqaüdçü olub. Fakültənin, Universitetin Komsomol komitəsinin üzvü olub, 1991-ci ildə Azərbaycan Respublikasının Komsomol təşkilatının Mərkəzi Komitəsinin büro üzvü seçilib. 1992–1994-cü illərdə Azərbaycan Tibb Universitetində Məhkəmə təbabəti və hüququn əsasları kafedrasında kliniki ordinatura təhsili aldı. 1994–1997-ci illərdə Azərbaycan Tibb Universitetində Məhkəmə təbabəti və hüququn əsasları kafedrasında aspirantura təhsili almışdır, 1997-ci ildə namizədlik dissertasiyasını müdafiə etmişdir. 1995-ci ildə Böyük Britaniyanın Dundee University məhkəmə təbabəti kafedrasında ixtisasartırma keçmişdir. 1997–2000-ci illərdə Dağıstan Dövlət Universitetinin Dövlət və Bələdiyyə İdarə Etmə Hüququ fakültəsində təhsil alıb. 1997–1998-ci ildə Azərbaycan Hökuməti ilə BMT proqramlarının narkotiklərə nəzarət proqramalarında çalışmış, Azərbaycan Hökumətinin təqdimatı ilə Böyük Britaniyanın Glasgow University məhkəmə təbabəti və məhkəmə toksikologiyası kafedrasında, UNDCP-nin Əməkdaşlıq mərkəzində Bioloji materiallarda narkotiklərin analizi üzrə ixtisasartırma və treyninqlər keçmişdir.
Vüqar Novruzov (hüquqşünas)
Vüqar Şahmar oğlu Novruzov (1962, Laçın rayonu) — hüquq elmləri doktoru, Moldova Azərbaycanlıları Konqresinin sədri. 1962-ci ildə Laçın rayonunda anadan olub. 1980-ci ildən Moldova Respublikasında yaşayır. 1988-ci ildə Moldova Dövlət Universitetinin hüquq fakultəsini bitirib, hüquq elmləri doktorudur. 1992-ci ildən biznes fəaliyyəti ilə məşuldur, "Azmol Company" şirkətinin prezidentidir. 2004-cü ildən Moldova Azərbaycanlıları Konqresinin sədridir. "Dədə Qorqud" Fondu və "Azərbaycan Dünyası" Beynəlxalq jurnalı Moldova Azərbaycanlıları Konqresinin sədri Vüqar Novruzovu "Vətən övladı" ordeni ilə təltif edib. Təltifetmə mərasimi 10 fevral 2011-ci il tarixində Moldovanın paytaxtı Kişinyov şəhərində “Moldexpo”nun «Casa vinului» sərgi salonunda keçirilib. Moldova Prezidenti tərəfindən "Gloria Muncii" ordeni ilə təltif edilib. Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə Vüqar Şahmar oğlu Novruzov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 4 iyul 2011-ci il sərəncamı ilə “"Tərəqqi" medalı” ilə təltif edilib.
Xanlar Hacıyev (hüquqşünas)
Xanlar Hacıyev (9 sentyabr 1956, Kirovabad) — İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hakimi Hacıyev Xanlar İrşad-Faiq oğlu 1956-cı il sentyabr ayının 9-da Gəncə şəhərində anadan olmuşdur. 1978-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) hüquq fakültəsini bitirmişdir. 1978–1980-ci illərdə SSRİ Elmlər Akademiyasının Dövlət və Hüquq İnstitutunda təcrübə keçmişdir. 1980-ci ildən M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin hüquq fakültəsinin aspiranturasında təhsil almış və 1983-cü ildə disertasiya müdafiə edərək hüquq elmləri namizədi alimlik dərəcəsini almışdır. 1983–1985-ci illərdə RSFSR Ali Məhkəməsində məsləhətçi, 1985–1988-ci illərdə isə "Sovet ədliyyəsi" jurnalında cinayət hüququ və cinayət prosesi şöbəsinin redaktoru vəzifələrində işləmişdir. 1988–1990-cı illərdə SSRİ Ali Məhkəməsində baş məsləhətçi vəzifəsində çalışmışdır. 1990–92-ci illərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi, 1992–1993-cü illərdə Ali Məhkəmənin sədrinin birinci müavini, 1993-cü ilin noyabr ayından 1998-ci ilin iyul ayına qədər Azərbaycan Respublikası Ali Məhkəməsinin Sədri olmuşdur. 1998-ci ilin iyul ayının 14-də Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinn hakimi, Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinini Sədri vəzifəsinə təyin olunmuşdur. Avropa Şurası Venesiya Komissiyasının, Azərbaycan Respublikasının dövlət idarəetmə sistemində islahatlar aparılması üzrə Dövlət Komissiyasının, Azərbaycan Respublikası Prezidenti yanında hüquq islahatları komissiyasının, habelə Azərbaycan Respublikası Məhkəmə Hüquq Şurasının üzvü olmuşdur. 2002-ci ildə hüquq elmləri doktoru alimlik dərəcəsini almışdır.
Əməkdar hüquqşünas
Əməkdar hüquqşünas — fəxri adı hüquq elminin və qanunvericiliyin inkişafında böyük xidmətlərinə, hüquqi biliklərin təbliğində və əhalinin hüquq mədəniyyətinin yüksəldilməsində fəal iştirakına, hüquq problemlərinin aşkar edilməsində və həllində elmi nəticələrinə, hakim vəzifəsinin nümunəvi yerinə yetirilməsinə, hüquq və azadlıqların müdafiəsi sahəsində yüksək keyfiyyətli hüquqi yardımın göstərilməsinə görə fərqlənən qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin vəkillikdə, elm, təhsil və digər müəssisə, idarə və təşkilatlarda ixtisas üzrə azı 15 il işləmiş hüquqşünaslara verilə bilər.
Ramiz Rzayev (hüquqşünas)
Ramiz Yaqub oğlu Rzayev (25 fevral 1953, Xaçmaz) — Azərbaycan Respublikası Ali Məhkəməsinin sabiq sədri, Azərbaycanın əməkdar hüquqşünası. Ramiz Rzayev 1953-cü il fevralın 25-də Xudat şəhərində anadan olmuşdur. 1977-ci ildə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir. 1977–1979-cu illərdə həqiqi hərbi xidmət keçmişdir. 1979-cu ildən Bakı şəhəri Nərimanov Rayon Prokurorluğunda müstəntiq, 1981-ci ildən Bakı şəhər Prokurorluğunun İstintaq İdarəsində baş müstəntiq, 1983-cü ildən Azərbaycan Respublikası Baş Prokurorunun yanında xüsusi mühüm işlər üzrə müstəntiq, 1991-ci ildən Azərbaycan Respublikası Baş Prokurorunun yanında Xüsusi Mühüm İşlər üzrə İstintaq Şöbəsinin böyük prokuroru, 1992–1993-cü illərdə Dəvəçi (indiki Şabran) rayon prokuroru, 1993–1995-ci illərdə Beyləqan rayon prokuroru, 1995–2000-ci illərdə Azərbaycan Respublikasının Hərbi Prokuroru vəzifələrində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 25 may 1998-ci il tarixli fərmanı ilə general-mayor ali hərbi rütbəsi, 17 iyun 2000-ci il tarixli fərmanı ilə III dərəcəli, 17 yanvar 2002-ci il tarixli fərmanı ilə isə II dərəcəli dövlət ədliyyə müşaviri rütbəsi verilmişdir. 2000–2005-ci illərdə Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini olmuşdur. 2005-ci ilin aprelin 19-dan Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri olmuşdur. 2005-ci ildən Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının üzvüdür. 6 mart 2023-cü il tarixində Ramiz Rzayevin Azərbaycan Respublikası Ali Məhkəməsi hakimliyi səlahiyyət müddəti bitmişdir.
Rauf Məmmədov (hüquqşünas)
Məmmədov Rauf Kərim oğlu — Azərbaycan Respublikası Baş Prokurorluğunun polkovniki, Qarabağ müharibəsi iştirakçısı, "Vətən uğrunda" medalı kavaleri. Məmmədov Rauf Kərim oğlu 5 avqust 1965- ci ildə Laçın rayonunun Seyidlər kəndində anadan olub. 1973-1983- cü illərdə Laçın rayonunun Pircahan kənd orta məktəbində orta, 1983-1984- cü illərdə isə Şuşa şəhər 72 nömrəli Texniki Peşə Məktəbində təhsil alıb. 1984-1986-cı illərdə Ukrayna respublikasında, keçmiş SSRİ Silahlı qüvvələrində, müddətli həqiqi hərbi xidmət keçib. 1987-ci il də Pedoqoji Universitetin “Hərbi hazırlıq və Bədən tərbiyəsi” fakultəsinə daxil olub, 1991-ci ildə həmin universiteti fərqlənmə diplomu ilə bitirib. 1991 -ci ilin sentyabr ayından, 1992-ci ilin fevral ayınadək Laçın rayonunun Seyidlər kənd orta məktəbində müəllim işləyib. 2 Fevral tarixində könüllü olaraq Müdafiə Nazirliyinin 811 N- li hərbi hissəsində taqım komandiri, bölük komandirinin müavini və tabor qərərgahının rəisi vəzifələrində, erməni işğalçılarına qarşı döyüşlərdə iştirak edib. 1993- cü ilin noyabr ayından Azərbaycan Respublikası Müdafiə Nazirliyindən, Azərbaycan Respublikası Prezidenti yanında Xüsusi İdarəyə keçirilməklə hərbi xidməti davam etdirib. Xüsusi İdarənin Bakı Qarnizonu üzrə şöbəsində əməliyyat müvəkkili, 1996-cı ilin may ayından, 1998-ci ilədək baş əməliyyat müvəkkili, 1998-ci ilin avqust ayından Bakı Qarnizonu üzrə şöbədə bölmə rəisi vəzifələrində xidmət edib. 1997-2001-ci illərdə Bakı Dövlət Universitetinin hüquq (qiyabi) fakultəsində təhsil alıb.
İkram Kərimov (hüquqşünas)
Kərimov İkram Heydər oğlu — azərbaycanlı hüquqşünas, Azərbaycan Respublikasının Bank ombudsmanı. İkram Kərimov 1942-ci ildə Kürdəmir şəhərində qulluqçu ailəsində anadan olub. 1959-cu ildə Kürdəmir şəhər orta məktəbini bitirib. 1959-1961-ci illərdə sovxozda fəhlə işləyib. 1961-1966-cı illərdə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsinin tələbəsi olub və hüquqşünaslıq ixtisası alıb. İşlə təmin olunmaq üçün Azərbaycan SSR Prokurorluğunun sərəncamına göndərilib. 1966-1978-ci illərdə Bakı şəhərinin Oktyabr (Yasamal), Qusar və Xaçmaz rayon prokurorluqlarında müstəntiq, Azərbaycan SSR Prokuroru yanında mühüm işlər müstəntiqi vəzifələrində, 1978-1987-ci illərdə Bakı şəhər Əzizbəyov (Xəzər) rayon prokuroru, Bakı şəhər prokurorunun birinci müavini – istintaq şöbəsinin rəisi işləyib. 1987-2012-ci illərdə Bakı şəhər məhkəməsinin sədri, Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası hərbi məhkəməsinin sədri və Sumqayıt Apelyasiya Məhkəməsinin sədri vəzifələrində çalışıb. Azərbaycan Respublikası Ali Məhkəməsi yanında və Polis Akademiyasında Elmi-Məsləhət Şurasının üzvü olub. Dəfələrlə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Polis Akademiyasında Dövlət İmtahan Komissiyalarına sədrlik edib.
Şahin Abbasov (hüquqşünas)
Şahin Əli oğlu Abbasov (1 iyun 1951, Ərikli, Laçın rayonu – 28 yanvar 1992, Xəlfəli, Şuşa rayonu) — Azərbaycan hüquqşünası, Qarabağ müharibəsi şəhidi. Şahin Abbasov 1 iyun 1951-ci ildə Laçın rayonunun Ərikli kəndində dünyaya göz açıb. 1957-ci ildə Ərikli kənd ibtidai məktəbinin I sinfinə gedir. 1963-cü ildə atası Əli Dağlıq Qarabağın Xocalı yaşayış məntəqəsinə köçür və orada əmək fəaliyyəti ilə məşğul olmağa başlayır. Şahin təhsilinə Xocalıda davam edir. 1967-ci ildə Xankəndi şəhərinin Xocalı kənd orta məktəbini bitirib. 1976-cı ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) hüquq fakültəsinə daxil olur. 1982-ci ildə universiteti əla qiymətlərlə başa vuran Şahin Dağlıq Qarabağa qayıdır. Şahin Abbasov əvvəl bir neçə il hüquq məsləhətxanasında, sonralar isə hüquq şöbəsinin müdiri vəzifəsində işləyir. Şuşa rayon İcra Hakimiyyətində hüquq məsləhətçisi vəzifəsində çalışmışdır.
Azərbaycan Respublikasının əməkdar hüquqşünaslarının siyahısı
1.Azərbaycanın birinci Əməkdar Hüquqşünası Tələt Balakişi oğlu Qənbərov olmuşdur. 03 fevral 1991-ci il.
Azərbaycan Respublikasının əməkdar hüquqşünası
Əməkdar hüquqşünas — fəxri adı hüquq elminin və qanunvericiliyin inkişafında böyük xidmətlərinə, hüquqi biliklərin təbliğində və əhalinin hüquq mədəniyyətinin yüksəldilməsində fəal iştirakına, hüquq problemlərinin aşkar edilməsində və həllində elmi nəticələrinə, hakim vəzifəsinin nümunəvi yerinə yetirilməsinə, hüquq və azadlıqların müdafiəsi sahəsində yüksək keyfiyyətli hüquqi yardımın göstərilməsinə görə fərqlənən qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin vəkillikdə, elm, təhsil və digər müəssisə, idarə və təşkilatlarda ixtisas üzrə azı 15 il işləmiş hüquqşünaslara verilə bilər.
Azərbaycan SSR əməkdar hüquqşünaslarının siyahısı
Tələt Balakişi oğlu Qənbərov — 03.02.1991 (Azərbaycanın birinci Fəxri Hüquqşünası Tələt Qənbərov olmuşdur. 3 fevral 1991-ci ildə Prezidentin 161№-li Fərmanı ilə ona bu Fəxri ad verilmişdir.
Hüquqşünaslıq
Hüquqşünaslıq (lat. jūris prūdentia "hüquq haqqında elm" jūs y. h. jūris "hüquq" + prūdentia "tədbirlilik, bilik") — dövlətin və hüququn xüsusiyyətlərini öyrənən bir elm; hüquqi biliklərin məcmusu; hüquqşünasların praktik fəaliyyəti və onların təlim sistemi. Beləliklə, hüquqşünaslıq bir-biri ilə əlaqəli anlayışlar deməkdir: Dövlət və hüquq elmi, hüquqi tənzimləmənin nəticələrini öyrənərək mexanizmə və cəmiyyətdə tənzimləmə yollarına mütərəqqi dəyişikliklərin edilməsi ehtimalı barədə hüquqi fikirlər irəli sürür. Dövlət, hökumət, hüquq haqqında biliklərin məcmusu, mövcudluğu peşəkar hüquq praktikasına əsas verir. Hüquq biliklərinin praktik tətbiqi, vəkillərin fəaliyyəti. Hüquqşünaslıq, hüquqi elmlər — qanunu, hüquq normalarını sosial normalar sistemi, qanunverici və hüquq tətbiqetmə sistemi kimi öyrənən ictimai elmlərdir. Qanun termini Rusiyada da istifadə olunur. Nəzəri və fəlsəfi hüquq elmləri — hüquqşünaslıq, dövlət və hüquq tarixi (hüquq tarixi), dövlət və hüquq nəzəriyyəsi, hüquq təlimləri tarixi.
Kovenant (hüquqşünaslıq)
Kovenant (ing. covenant) ingilis qanunvericiliyində — borclu olan şəxs üçün qanuni məcburi olan hər hansı bir hərəkəti həyata keçirmək və ya hər hansı bir hərəkəti etməkdən çəkinmək öhdəliyi. Müqavilələr müxtəlif sahələrdə istifadə olunur: satış qiyməti təyin edilərkən, bir müqaviləni bağlamaq üçün bir şərt olaraq və s. Müqavilələr maliyyələşdirmə əməliyyatlarının məcburi bir hissəsidir; olmadıqda, bir bankdan və ya bir institusional investordan borc almaq çox vaxt mümkün deyildir. Müqavilələr və veto səlahiyyətləri tez-tez müştərək müəssisələrdə, İngilis qanun səhmdar müqavilələrində və birləşmə və birləşmələrdə istifadə olunur. Maliyyə müqavilələri öhdəlik götürən tərəfin iqtisadi göstəricilərinin müəyyən bir səviyyədə saxlanılmasını nəzərdə tutur. Məsələn, öz vəsaiti kapitalı, kapitalın adekvatlıq əmsalı, üçüncü şəxslərin girov qoyduğu əmlak payı, alacaq məbləği və s. Üçün minimum və ya maksimum dəyərlər təyin olunur. Maliyyə olmayan kovenantlar Pozitiv kovenantlar (ing. positive covenant) — bir hərəkət etmək öhdəlikləridir.

Digər lüğətlərdə