TRASEKA

сущ. нескл. сокращ. трасека (Евроазиатский транспортный коридор; “исторический шёлковый путь”). Traseka proqramı программа трасека
TRAPESOİDAL
TRASSOLOGİYA
OBASTAN VİKİ
TRASEKA
TRASEKA (abreviatur ing. TRACECA — Transport Corridor Europe-Caucasus-Asia — Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi) — Müstəqil Dövlətlər Birliyinə göstərilən texniki yardım (TASİS) çərçivəsində xüsusi bir layihədir. O, Avropa İttifaqının dəstəyi ilə həyata keçirilir. Layihə 1993-cü ilin may ayında Brüsseldə keçirilən konfransda 8 ölkənin (5 Mərkəzi Asiya, Qazaxıstan və 3 Qafqaz respublikası) iştirakı ilə qəbul edilmişdir. Avrasiya İpək Yolu ideyasının hazırda yenidən gündəmə gəlməsi Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi-TRASEKA-da öz təzahürünü tapmışdır. TRASEKA dəhlizi ilə nəqliyyat axını ilbəil artır. TRASEKA-nın məqsədi yalnız xüsusi iqtisadi maraqlarla məhdudlaşmır, o, həm də zəngin tarix və mədəniyyətin gələcək üçün qorunub saxlanmasını təmin edir. TRASEKA ərazisindən keçdiyi ölkələrin iqtisadi inkişafının ayrılmaz hissəsidir və eyni zamanda qarşılıqlı inteqrasiya və səmərəli əməkdaşlıq üçün güclü bir alətdir. Avropa İttifaqı bütün ənənəvi marşrutlara əlavə kimi TRASEKA proqramını təklif edir. Bu layihə Avropa ittifaqının TRASEKA üzv -dövlətlərinə dair qlobal strategiyasına uyğun olaraq, aşağıdakı məqsədlərə xidmət edir: Alternativ nəqliyyat marşrutları vasitəsilə Avropa və dünya bazarlarına çıxışı təmin etməklə, bu respublikaların siyasi və iqtisadi sabitliyinə yardım göstərməsi.

Digər lüğətlərdə