DİNDARLIQ

религиозность, набожность
DİNDAR
DİNDAŞ
OBASTAN VİKİ
Azərbaycanda qeyri-dindarlıq
Azərbaycanda qeyri-dindarlıq müxtəlif sorğu və anketlərə görə müzakirəyə açıqdır. İslam dininin şiə məzhəbi Azərbaycanda əsas üstünlük təşkil etməsinə baxmayaraq, ölkədə dini ibadətlə məşğul olan insanların sayı çox azdır. Rəsmi ölkə siyahıyaalınmasında ateistlər və aqnostiklər sayılmadığı üçün Azərbaycandakı ateistlərin və aqnostiklərin sayını ölçmək çətindir. == Araşdırma və statistika == "Caucasus Research Resource Centers"-in 2010-cu ildə təxminən 2 min nəfər insanla apardığı araşdırmada iştirak edənlərin 28 faizi bildirmişdi ki, din onların həyatında çox mühüm yerə malikdir. İki il sonra bu araşdırma 1800 nəfər insanla yenidən həyata keçirilmiş, bu insanların 33 faizi din onların həyatında çox mühüm yerə malik olduğunu bildirmişdir. Bundan başqa, müsahibə götürülənlərin 44 faizi dinin onlar üçün "kifayət qədər vacib olduğunu" bildirmişdir. Yerdə qalan 23 faiz isə dinin onların həyatında nisbətən vacib və ya ümumiyyətlə əhəmiyyətsiz olduğunu demişdilər. Müsahibə götürülən insanların 77 faizinin dinin onların həyatı üçün həyati əhəmiyyətli və ya vacib olmasını bildirməsinə baxmayaraq, onların yalnız 2 faizi gündəlik dini ibadətləri yerinə yetirən şəxslər idi. Onların 3 faizində bu həftədə bir dəfə və ya çox, 20 faizi bəzən oruc tutur və təxminən yarısı heç vaxt buna əməl etmir. Yeni bir Gallup anketinə görə, Azərbaycan əhalisinin böyük hissəsini müsəlmanların təşkil etdiyi ölkələr arasında qeyri-dindarlığın ən çox üstünlük təşkil etdiyi ölkələrdən biridir və sorğuda iştirak edən insanların təxminən 53%-ü dinin həyatındakı əhəmiyyətini çox az və ya heç olmadığını bildirir.

Digər lüğətlərdə