xristian dinini qəbul etmək, dönüb xristian (xaçpərəst) olmaq.
eramızın I əsrində meydana gəlmiş din; xristian dininə mənsubluq; xaçpərəstlik.
Allah, tanrı, xudavənd.
Allahverən, Allah vergisi.
Allah vermiş, xuda vermiş.
bir – birindən ayrılarkən «Allah saxlasın», «Allah hifz eləsin» mənalarında işlədilən söz.
«Allah eləməsin», «İraq olsun» mənalarında işlənir.
bax allahpərəst.
bax allahpərəstlik.
bax Xuda.
Ay Allah! Pərvərdigara! Xudaya!
Allah (dünyanın Allahı, dünyanın ağası).
bax xudavənda.
XVII əsrdə pəhləvi dilində yazılmış Allahı mədh edən dini kitab; minacat.
mövhumat (ağlasığmayan etiqad).
mövhumatçı.
mövhumatçılıq.
1. behişt, cənnət; 2. daimi, həmişəlik.
cənnət yaraşığı, cənnət bəzəyi.
uca, əla məqamda olan cənnət.
cənnət, behişt.
daimi qalan behişt (cənnətə işarədir).
gəlirin beşdə bir miqdarında olub seyidlərə verilən dini vergi, seyidmalı.
Azərbaycanda və qonşu ölkələrdə yaranmış və Abbasilər xilafətinə zidd çıxan bir təriqət.
cümə, bayram və başqa günlərdə xətibin minbərdən camaata xitabən söylədiyi nəsihətamiz sözlər, verilən tövsiyələr, nitq, dua
1. dua oxuma, namaz qılma şəklində icra edilən dini ayin; 2. şitayiş, pərəstiş, Allahın buyurduqlarını yerinə yetirmə
ibadətlə məşğul olan adam.
bax ibadətxana.
İbadət yeri, ibadət edilən yer; ibadətgah, atəşgah, məbəd (məscid, kilsə, pir, ocaq və s.).
ibadət edən, səcdə edən.
Allah bəndələri.
şeytan.
dua, yalvarış.
dua və s.-nin yerinə yetməsi; yalvarış; diləmə.
1. müctəhidin ehkam və hədislərdən məna və hökm çıxarması; dini-hüquqi məsələlərə dair müstəqil mühakimə ixtiyarı; 2
ərindən ayrılan, ya əri ölən qadının təzədən ərə getmək üçün gözləməyə məcbur olduğu vaxt, müddət.
1. şeytan, iblis; 2. məc. amansız, qəddar (adam haqqında).
orucaçma, oruc açarkən yeyilən yemək, axşam yeməyi.
oruc açmaq üçün hazırlanmış yemək.
namaza başlarkən deyilən ilk təkbir.
bax ehram.
Quran surələrindən birinin adı («yalnız Allaha məxsus olan sifətlər» deməkdir); sədaqət, ürəyitəmizlik, saf məhəbbət
dini-sxolastik kitab.
xristianlarda: dini sitayiş obyekti; Allahın, yaxud övliyaların şəkli, geniş mənada İsanın, Məryəm ananın və bütün müqəddəslərin təsviri
ikonoborçuluq dini cərəyanın tərəfdarları.
VIII-IX əsrlərdə Vizantiyada meydana çıxmış, ikonalara sitayiş etməyə zidd olan dini cərəyan.
keçmişdə yalançı kimyagərlərin xariqüladə bir qüvvə və təsirə malik olduğunu iddia etdikləri mövhumi bir maddə
namazın əməllərindən biri.
namazın müstəhəb əməllərindən biri.
kitabını oxu (Quran ayələrindən).