dito

adv. yuxarıdakı kimi, həmin o
disziplinlos
Ditozeichen
OBASTAN VİKİ
Enqus Diton
Enqus Diton (ing. Angus Stewart Deaton; 19 oktyabr 1945[…], Edinburq) — Böyük Britaniya-ABŞ iqtisadçısı. 2015-ci ildə "İstehlak analizi, kasıblıq və iqtisadi rifah" mövzusundakı tədqiqatları səbəbindən İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. 1945-ci ildə Şotlandiyanın Edinburq şəhərində dünyaya göz açan Enqus Diton Kembric Universitetindən məzun olmuş və 1975-ci ildə "İstehlakçı tələbi modelləri və bu modellərin İngiltərəyə tətbiqi" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Enqus Diton 1983-cü ildə ABŞ-nin Prinston Universitetinin iqtisadiyyat fakültəsində müəllim kimi fəaliyyətə başlamışdır. Hazırda bu universitetin və Vudro Vilson adına İctimai və Beynəlxalq Münasibətlər Məktəbinin professorudur. Enqus Ditonun 1980-ci ildə nəşr etdiyi "İdeal tələb sistemi" (AIDS) onun dünya miqyasında tanınmasını təmin etmişdir. Ekonometriya Cəmiyyəti tərəfindən 1978-ci ildə “Frisch” medalına layiq görülən Enqus Ditonun 2007-ci ildən Amerika İqtisadiyyat Assosiasiyasının sədridir. O, “Böyük qaçış: sağlamlıq, zənginlik və bərabərsizliyin kökləri” (ing. “The great escape: health, wealth and the origins of inequality”) adlı məşhur kitabını 2013-cü ildə nəşr etdirmişdir.
Ditoxia
Sığırquyruğu (lat. Verbascum) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin qaraşəngikimilər fəsiləsinə aid bitki cinsi. İyun-avqust aylarında parlaq sarı rəngli çiçəklər açan 20 ilə 150 cm hündürlüyündə iki illik ot bitkisidir. Daha çox əkilməmiş yerlərdə və yol kənarlarında tapılır. Gövdəsi dik, bəzən budaqlanmış və tüklü örtüklüdür. Yarpaqları gövdənin alt hissəsində rozet şəklində düzülmüş olub, tüklüdür. Gövdədəki yarqaqlar isə saplaqsızdır. Çiçəkləri gövdənin ucunda sıx və ya seyrək, az və ya çox uzun bir salxım vəziyətində yığılmışdr. Çiçəkləri bəlğəmgətirici, efir yağı və qlikozitlər daşıyır. Bəlğəmgətirici ve sinə yumuşadıcı olaraq istifadə olunur.