Birinci Divizion (Azərbaycan)
Azərbaycan Birinci Liqası — Azərbaycanın peşəkar futbol klublarının çıxış etdiyi ikinci ən yüksək təbəqə. Azərbaycan Birinci Liqasının mövsümü adətən sentyabr ayından maya kimi keçirilir.
== Tarixi ==
=== 1990-cı illər ===
=== 2000-ci illər ===
=== 2010-cu illər ===
Azərbaycanda 2010-cu ildən 2017-ci ilə qədər Birinci Divizionda çempion olan komandalardan yalnız üçü Azərbaycan Premyer Liqasına buraxılıb: "Bakılı" (2008), "Gəncə" (2010) və "Araz-Naxçıvan" (2014). Digər 7 mövsümdə birinci yeri tutan "ABN-Bərdə", "Abşeron, "Qaradağ", "Ağsu", "Neftçala" (2 dəfə) yüksək liqadan kənarda qalıb. Bəzən klublar özləri imtina ediblərsə, əsasən lisenziya tələbləri ödənilməyib deyə Premyer Liqaya yüksəlmək mümkün olmayıb.2016-cı ildə UEFA-nın təzyiqindən sonra AFFA-nın İntizam Komitəsi Azərbaycan Birinci Divizionunda oyun alveri qalmaqalına görə 22 futbolçu, 1 inzibatçı və 1 hakim bütün yarışlardan kənarlaşdırıldı. İkinci mərhələdə 16 nəfərin adı silindi, əvəzinə 2-si əlavə edildi. Araşdırmaların yekunu AFFA-nın martın 15-də keçirilən Hesabat Konfransından bir gün sonra açıqlandı. 9 futbolçu mövsümün sonuna qədər, "Şahdağ"ın inzibatçısı Rafael Kübərov 2 il müddətinə, hakim Anar Niyazov isə ömürlük bütün yarışlardan kənarlaşdırıldı. Araşdırmaların daha sərt nəticəsi isə "Rəvan" və "Şərurspor"un Birinci Diviziondan uzaqlaşdırılması oldu. Hər iki komandaya növbəti oyunlarda məğlubiyyət, futbolçularına azad agent statusu verildi.2018-ci ildə Premyer Liqada mübarizə aparacan əvəzedici komandalarının çempionatı Azərbaycan Birinci Divizionu ilə birləşdirildi.