Birinci Divizion (Azərbaycan)

Azərbaycan Birinci Liqası (əvvəlki adı: Azərbaycan Birinci Divizionu) — Azərbaycanın peşəkar futbol klublarının çıxış etdiyi ikinci ən yüksək təbəqə. Azərbaycan Birinci Liqasının mövsümü adətən sentyabr ayından maya kimi keçirilir.

Ölkə Azərbaycan Azərbaycan
Konfederasiya UEFA
Açılış ili 1992
İlk sezon 1992
Komandaların sayı 10
Liqalar sistemində səviyyə 2
Yuxarı liqa Azərbaycan Premyer Liqası
Aşağı liqa Azərbaycan İkinci Liqası
Digər kubok(lar) Azərbaycan Kuboku
Son çempion Şamaxı
Ən uğurlu komanda Neftçala (2 dəfə)
Qaradağ (2 dəfə)
MOİK (2 dəfə)
Turan-Tovuz (2 dəfə)
Araz Naxçıvan (2 dəfə)
Şamaxı (2 dəfə)
TV partnyoru I divizion/YouTube
Veb səhifəsi www.pfl.az
Cari mövsüm

1990-cı illər

[redaktə | mənbəni redaktə et]

Azərbaycanda 2010-cu ildən 2017-ci ilə qədər Birinci Divizionda çempion olan komandalardan yalnız üçü Azərbaycan Premyer Liqasına buraxılıb: "Bakılı" (2008), "Gəncə" (2010) və "Araz-Naxçıvan" (2014).[1] Digər 7 mövsümdə birinci yeri tutan "ABN-Bərdə", "Abşeron, "Qaradağ", "Ağsu", "Neftçala" (2 dəfə) yüksək liqadan kənarda qalıb.[1] Bəzən klublar özləri imtina ediblərsə, əsasən lisenziya tələbləri ödənilməyib deyə Premyer Liqaya yüksəlmək mümkün olmayıb.[1]

2016-cı ildə UEFA-nın təzyiqindən sonra AFFA-nın İntizam Komitəsi Azərbaycan Birinci Divizionunda oyun alveri qalmaqalına görə 22 futbolçu, 1 inzibatçı və 1 hakim bütün yarışlardan kənarlaşdırıldı.[1][2] İkinci mərhələdə 16 nəfərin adı silindi, əvəzinə 2-si əlavə edildi.[1] Araşdırmaların yekunu AFFA-nın martın 15-də keçirilən Hesabat Konfransından bir gün sonra açıqlandı.[1] 9 futbolçu mövsümün sonuna qədər, "Şahdağ"ın inzibatçısı Rafael Kübərov 2 il müddətinə, hakim Anar Niyazov isə ömürlük bütün yarışlardan kənarlaşdırıldı.[1] Araşdırmaların daha sərt nəticəsi isə "Rəvan" və "Şərurspor"un Birinci Diviziondan uzaqlaşdırılması oldu. Hər iki komandaya növbəti oyunlarda məğlubiyyət, futbolçularına azad agent statusu verildi.[1]

2018-ci ildə Premyer Liqada mübarizə aparacan əvəzedici komandalarının çempionatı Azərbaycan Birinci Divizionu ilə birləşdirildi.[3] Lakin əvəzedici komandalar çempion olarsa, onların çempionluğu əhəmiyyət kəsb etməyəcək və Premyer Liqaya yüksələ bilməyəcəklər.[3]

7 iyul 2023-ci ildə "Azərbaycan Birinci Divizionu"nun adı Azərbaycan Birinci Liqası olaraq dəyişdirildi.[4]

2023-cü ilin AFFA İcrayyə Komitəsinin qərarına əsasən çempion olan klub Azərbaycan Premyer Liqasına vəsiqə əldə edəcək, mövsüm yekununda liqada sonunca olan klub isə Azərbaycan İkinci Liqasında mübarizəni davam etdirəcək

Korporativ strukturu

[redaktə | mənbəni redaktə et]

13 iyun 2008-ci ildən Azərbaycan Peşəkar Futbol Liqası Azərbaycan Premyer Liqası, Azərbaycan Birinci Divizionu və Azərbaycan Kuboku yarışlarını təşkil edir.[5] Qurumun ilk Ramin Musayev rəhbərlik edib.[6] Hal-hazırda Elxan Səmədov PFL prezidentidir.

Müsabiqə formatı

[redaktə | mənbəni redaktə et]

Hazırda Azərbaycan Birinci Liqasında 10 futbol klubu iştirak edir. Mövsüm ərzində (avqustdan maya qədər) hər klub rəqibləri ilə üç dəfə (dairəvi sistem) görüşür: ilk görüş hansl sahədə keçirilibsə 3-cü görüş də eyni sahədə, cəmi 27 oyun keçirilir. Komandalara qələbəyə görə üç xal, heç-heçəyə görə bir xal və məğlubiyyətə görə sıfır xal verilir. Komandalar ümumi xallar, sonra qol fərqləri ilə və daha sonra vurulan qollarla sıralanır. Əgər vəziyyət eynidirsə, komandalar eyni mövqedə yer alır.

Aşağıda Azərbaycan Birinci Liqasının tarixi boyu komandaların sayı qeyd olunur:

 

Avrokuboklar üçün kvalifikasiya

[redaktə | mənbəni redaktə et]

Azərbaycan Kubokunun qalibi UEFA Avropa Liqasının birinci mərhələsində avtomatik vəsiqə qazanır.

Azərbaycan Birinci Divizionu 2022-23 komandalarının xəritədə yeri.
Kursiv ilə yazılan klub Qarabağ regionunda yerləşir və ev oyunlarını Qarabağ münaqişəsinə görə Bakıda keçirir.

Stadionları və yerləri

[redaktə | mənbəni redaktə et]
Qeyd: Cədvəl əlifba sırası ilə siyahlanıb
Komanda Ərazi Stadion Stadion tutumu
MOİK Bakı ASCO Arena 8,000
Qaradağ Bakı "Qaradağ Olimpiya İdman Kompleksi" stadionu 2,500
Mingəçevir FK Mingəçevir Yaşar Məmmədzadə adına stadion 5.000
İmişli İmişli Heydər Əliyev adına İmişli şəhər stadionu 9,500
Şamaxı Şamaxı Şamaxı şəhər stadionu 2,200
Zaqatala Zaqatala Zaqatala şəhər stadionu 3,500

Çempionlar və bombardirlər

[redaktə | mənbəni redaktə et]
Mövsüm Çempion İkinci Üçüncü Bombardir
1992 Nicat Maştağa Kür Pambıqçı Neftçala
1993 Avtomobilçi Yevlax Polad Sumqayıt Plastik Salyan
Xəzri Buzovna Pambıqçı Neftçala Şəmkir
1993-94 Azneftyağ Bakı Pambıqçı Neftçala Çeşmə Lənkəran
Metallurq MOİK Bakı Sahil
1994-95 Şəmkir MOİK Bakı Kürmük Qax
1995-96 Xəzər Sumqayıt Çinar Fərid Bakı
1996-97 Kürmük Qax Çinar Qartal-95
Qum Adası Araz Bakı Bərəkət
1997-98 Şahdağ Qusar Şəfa
1998-99 İnter Bakı
1999-00 Şahdağ Quba Şəfa-2 HHQ-Şahin
2000-01 MOİK Bakı Ümid Bakı Şahdağ Qusar
2001–02 Lokomotiv Xəzər Sumqayıt Bakılı
2002-03 AFFA və klublar arasında yaranan münaqişəyə görə bu mövsüm heç bir futbol çempionatı təşkil edilməmişdir.[7]
2003-04 Gənclərbirliyi Sumqayıt Göyəzən Qazax Karat Bakı
2004-05 AMMK Energetik Xəzər-Lənkəran 2
2005-06 Gilan Xəzər-Lənkəran 2 Simurq
2006-07 Standard Bakı ABN-Bərdə Bakı
Viləş Masallı Göyəzən Qazax
2007-08 NBC Salyan Bakılı Neftçi Bakı
MKT-Araz MOİK Bakı
2008–09 ABN-Bərdə Şahdağ Qusar ANŞAD-Petrol Neftçala Azərbaycan Vasif Əliyev (ANŞAD-Petrol Neftçala, 14 qol) / Azərbaycan Zahid Talıbov (Şahdağ Qusar, 14 qol)
2009–10 Gəncə MOİK Bakılı Azərbaycan Zaur Məmmədov (MOİK, 14 qol) / Azərbaycan İbrahim Hüseynov (Gəncə, 14 qol)
2010–11 Abşeron Rəvan Bakı Bakılı
2011–12 Qaradağ Neftçala Karvan
2012–13 Ağsu Qaradağ Neftçala Azərbaycan Nicat Tağıyev (Ağsu, 19 qol)
2013–14 Araz-Naxçıvan Neftçala Qaradağ Azərbaycan Əli Bağırov (Karvan, 25 qol)
2014–15 Neftçala Ağsu Rəvan Azərbaycan İlham Allahverdiyev (Qaradağ, 21 qol)
2015–16 Neftçala Qaradağ Ağsu Azərbaycan Röyal Nəcəfov (MOİK, 24 qol)
2016–17 Turan Tovuz Səbail Ağsu Azərbaycan Oruc Balaşlı (Zaqatala, 27 qol)
2017-18 Xəzər Qaradağ Şüvəlan Azərbaycan Bəhruz Teymurov (MOİK, 15 qol)
2018-19 MOİK Sumqayıt-2 Neftçi-2 Azərbaycan Raul Yaqubzadə (MOİK, 21 qol)
2019-20 Turan Tovuz Səbail-2 Zaqatala Azərbaycan Musa Qurbanlı (Qarabağ-2, 15 qol)
2020-21 Neftçi-2 Zaqatala Turan Tovuz Azərbaycan Vidadi Novruzov (Turan Tovuz, 18 qol)
2021-22 Qaradağ Şamaxı-2 Qarabağ-2 Azərbaycan Sabir Allahquliyev (Qaradağ, 22 qol)
2022-23 Araz-Naxçıvan Neftçi-2 Turan Tovuz-2 Azərbaycan Orxan Əliyev (Araz-Naxçıvan, 27 qol)
2023-24 Şamaxı Qaradağ Lökbatan MOİK AzərbaycanElmir Rəhimzadə (MOİK, 17 qol)

Azərbaycan Birinci Divizionu başladığı ildən, 32-dən çox klub müflis olub.[8] 2000-ci illərin ortasında Azərbaycan Premyer Liqası və Azərbaycan Birinci Liqa arasında uçurum yaranması futbol ekspertləri tərəfindən tənqid olunmuşdur.[9]

  1. 1 2 3 4 5 6 7 8 "I Divizion nəyə lazımdı? (LAYİHƏ)". futbolpress.az. 2023-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 oktyabr 2017.
  2. "Oyun alverində niyə ancaq kiçiklər günahlandırılır?". www.meydan.tv. İstifadə tarixi: 4 oktyabr 2017.[ölü keçid]
  3. 1 2 "Azərbaycanda bir çempionat ləğv olundu". oxu.az. oxu.az. 2021-05-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 iyul 2018.
  4. "Birinci Divizionunun adı dəyişdirildi". pfl.az (az.). 2023-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-10.
  5. "Peşəkar Futbol Liqası 8 yaşında". www.fanat.az. 2023-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 sentyabr 2017.
  6. "Ramin Musayev elected President of Azerbaijan Professional Football League Zoom". en.apa.az. İstifadə tarixi: 3 sentyabr 2017.[ölü keçid]
  7. "Azerbaijan 2002/03". 2014-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-02.
  8. "Azərbaycan futbolu son 20 ildə 14 klub itirib - RƏSMİ". www.fanat.az. 2020-08-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 noyabr 2017.
  9. "Ramil Əliyev: "Premyer Liqa ilə I divizion arasında böyük uçurum var"". 2022-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-02.