DNSSEC
Domain Name System Security Extensions
DNS təhlükəsizlik genişlənməsi (“di-en-es-sek” kimi oxunur) – DNS protokolunun təkmilləşdirilməsidir, domen adlarının müəyyənləşdirilməsi zamanı DNS-ünvanların saxtalaşdırılması ilə əlaqəli hücumları minimallaşdırmağa imkan yaratmaq üçün işlənmişdir. DNS-kliyentlərə (ing. resolver) DNS-sorğulara autentik cavablar verməyə (və ya məlumatın olmaması haqqında autentik cavab) və onların tamlığını təmin etməyə yönəlib. Bu zaman açıq açarlı kriptoqrafiya istifadə edilir, bütün DNSSEC cavablarında rəqəmsal imza olur. Verilənlərin əlyetərliyi və sorğuların konfidensiallığı təmin edilmir.