Otuz doqquzuncu simfoniya (Motsart)
Otuz doqquzuncu simfoniya Volfqanq Amadey Motsart tərəfindən Qırxıncı və Qırx birinci simfoniyalarla birlikdə 1788-ci ildə, iyun-avqust aylarında, bir neçə həftə ərzində yazılmışdır. Bu simfoniyanın ilk premyerası məlum deyil, lakin İvan Andersviçin qeydlərinə əsasən ilk qeyd olunan tarix 1792-ci ilə aiddir. Simfoniyanın ifa müddəti 30 dəqiqədir.
Motsart bu əsərləri ciddi maliyyə çətinlikləri və depressiya ilə xarakterizə olunan gərgin bir şəraitdə yazmışdı. (Maykl Puchbergə 27 iyun 1788-ci il tarixli məktub):
"Yanıma gəlin və məni ziyarət edin; Mən həmişə evdə oluram; — 2 ay ərzində digər yaşayış yerlərindən daha çox yaşadığım 10 gündə daha çox çalışdım və tez-tez məni sıxan, yalnız çox çətinliklə davam gətirdiyim qara düşüncələr olmasaydı, daha yaxşı olardım."
Simfoniya 4 hissədən ibarətdir.
Adagio – Allegro, 2/2
Andante con moto, 2/4
Menuetto. Allegretto, 3/4
Final. Allegro, 2/4
Wolfgang Amadeus Mozart: Symphony E flat major K. 543. Edition Eulenburg No. 451, London / Mainz ohne Jahresangabe, 64 S. (Taschenpartitur, Originalausgabe von 1933; Nachdruck ohne Jahresangabe)
W. Meves: Symphonies de W. A. Mozart.