Düşmən (film, 2013)
Düşmən (ing. Enemy) — Denis Vilnoevin 2013-cü ildə neo-noir, psixoloji triller janrında çəkdiyi film. Kino Joze Saramaqonun "Double" romanının əsasında ekranlaşdırılıb. Ceyk Cillenhol filmdə fiziki cəhətdən eyni, lakin şəxsiyyət baxımından müxtəlif olan iki kişi rolunu birdən ifa edir. Kişilərin sevgilliləri rollarını Melani Loran və Sara Gadon almışdı. İlk göstərimi 2013-cü ildə Toronto Beynəxalq Film Festivalında olmuşdur.
Düşmən 5 dənə Kanada Film Mükafatını almışdır: ən yaxşı rejissor (D. Vilynov), ikinci plan qadın rolu (Sara Gadon), operator işi (Nikolya Boldyuk), montaj (Metyu Hannam), orijinal musiqi (Denni Bensi, Sonder Yurriaans). Həmçinin film 5 kateqoriyada namizəd idi: ən yaxşı film, uyğunlaşdırılmış ssenari (Havyer Qullon), kişi rolu (Ceyk Cillenhol), rəssam işi (Patris Vermett), vizual effektlər.
== Süjet ==
Adam Bell asıq sifətli (?), dağınıq bir tarix professorudur. Bir iş yoldaşının tövsiyəsi ilə video prokatdan baxmadığı komediya filmini götürür.