doğal
doğanaq
OBASTAN VİKİ
Aydın Doğan
Aydın Doğan — Doğan Holding şirkətinin sahibi. Türkiyənin nüfuzlu media başçılarından biridir.
Doğan (Əhər)
Doğan (fars. دوغان‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 106 nəfər yaşayır (23 ailə).
Doğan Babacan
Doğan Babacan (d. 30 Kasım 1929, İstanbul, ö. 18 Mayıs 2018) Türkiyə futbolçusu və hakimi. 1930-cu ildə anadan olan Doğan Babacan FİFA Dünya Kubokunda oyun idarə edən yeganə Türkiyəli hakimdir. O, 1974-cü il mundialında Almaniya – Çili (1:0) matçının baş hakimi olub. Həmin oyunda Çilili futbolçuya göstərdiyi qırmızı kartla FİFA Dünya Kuboku tarixində ilk qırmızı kart göstərən hakim olmuşdur.
Doğan Bayraqdar
Doğan Bayraqdar(24 aprel 1995, İstanbul) — Türk aktyoru. == Həyatı == Doğan Bayraktar 1995-ci ildə İstanbulda anadan olub. Nişantaşı Universitetində Mülki Aviasiya və Kabin Xidmətləri ixtisası üzrə təhsil alan Doğan universitetdə oxuduğu müddətdə Erkan Özermanın təşkil etdiyi 2015 Best Model of Turkey model yarışmasında iştirak edib və İkinci Yarışçı seçilib. İlk aktyorluq təcrübəsini 2017-ci ildə FOX-da yayımlanmağa başlayan Döyüşçü serialı ilə yaşadı. Daha sonra Hercai serialında rol aldı. 2021–2022-ci illər arasında BluTV-də yayımlanan Börü 2039 serialında "Korkut Buğra Orbay" obrazını canlandırıb. Son olaraq 2022-ci ildə FOX-da yayımlanan Gülümse Kaderine serialında "Ekin" rolunu canlandırıb.
Doğan Öz
Doğan Öz (1934, Sultandağı, Afyonqarahisar ili – 24 mart 1978, Ankara) — türk prokuror. Dövlət daxilindəki əks-partizan qruplaşmalar barəsindəki tədqiqatları ilə tanınmışdır. 1978-ci ilin mart ayının 24-də evindən çıxıb işə gedərkən, naməlum şəxslər tərəfindən avtomobilinə açılan atəş nəticəsində vəfat etmişdir.
Kamal Doğan
Kamal Doğan (1879, Üskub – 1951, İstanbul), türk əsgər və siyasətçi. == Həyatı == Anası Pembe xanım, atası maliyyə işçilərindən olan İbrahim Bəy olmuşdur. Ailə 1885-ci ildə Kırklarelinə köçmüşdür. 1897-ci ildə Topçu Məktəbinə daxil olmuşdur. 1900-cu ildə baş leytenant rütbəsiylə məzun olaraq Ədirnədə 2. Ordunun 2. Topçu firqəsinin 4. Livası köməkçisi təyin edilmişdir. Daha sonra Topçu Alayı 7. Bölgə 5.
Nihad Doğan
Nihad Doğan (13 fevral 1977, İstanbul) — kürd mənşəli Türkiyə müğənnisi.
Ziya Doğan
Ziyaeddin Doğan (ziya Doğan kimi tanınır) (1 yanvar 1961, Gümüşxanə) — türk məşqçisi və yarımmüdafiədə oynayan keçmiş milli futbolçudur. Futbola Beşiktaş akademiyasında başlayıb. 1978-ci ildə əsas komandaya yüksəldi. Qısa müddətdə rəqabətli futbolu və zəhmətkeşliyi ilə komandanın sevimlisinə çevrildi. Əvvəllər baş zərbələrində zəif olsa da, "Şərəf" stadionunda torpaqla keçirdiyi məşq sayəsində bu çatışmazlığı aradan qaldırdı və hava ilə vurduğu baş qolları ilə məşhurlaşdı. İllərdir çempion olmayan Beşiktaş, tarixi və öz karyerası üçün 1982-ci il liqasının son matçında Əskişəhərə 2 qol vuraraq Beşiktaşı çempionluğa göndərərək, Beşiktaş azarkeşlərinin qəlbində taxt qurdu. ona görə də pərəstişkarları onu ən çox sevir. Türkiyə kubokunda "Fənərbaxça"nı əlavə vaxtda 4:2 hesabı ilə məğlub etdikləri matçda vurduğu qol onu unudulmazlardan biri edib. Yarımmüdafiəçi olmasına baxmayaraq, o, son dərəcə məqsədəuyğun oyun tərzinə malik idi. O, "Beşiktaş"ın heyətində 9 mövsümdə 194 liqa matçına çıxıb və 38 qol vurub.
Doğan Bekin
Doğan Bekin (1957, Mardin ili) — tərcüməçi və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. == Həyatı == Doğan Bekin 1957-ci ildə Mardin ilində anadan olub. Qazi Universiteti İngilis dili Bölməsindən məzun olub. Xarici siyasətlə bağlı həm daxildə, həm də xaricdə məqalələri, təhlilləri, araşdırmaları, təqdiqatları və müsahibələri dərc olunub. Nəcməddin Ərbakan Vəqfinin Baş Katibidir. Rifah Partiyasının və Səadət Partiyasının İdarə Heyətinin üzvü olub. Yenidən Rifah Partiyasının qurucularından olub. Yenidən Rifah Partiyasında İdarə Heyətinin üzvü və xarici əlaqələr üzrə sədr müavini vəzifələrində çalışır. 2023-cü il mayın 14-də Yenidən Rifah Partiyasının namizədi olaraq Ədalət və İnkişaf Partiyası siyahısından İstanbul ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM Avropa İttifaqının Uyğunlaşdırma Komissiyasının üzvü vəzifəsində təmsil olunub.
Mesut Doğan
Məsud Doğan (1972, Toqat ili) — iş adamı və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. Məsud Doğan 1972-ci ildə Tokat ilində anadan olub. Qazi Universiteti Təhsil Bölməsindən məzun olub. İş adamı olaraq çalışır. Tələbə illərində bir müddət Milli Gənclər Fondunda (MGV) çalışıb. Siyasi fəaliyyəti ərzində Rifah Partiyası, Fəzilət Partiyası və Səadət Partiyasının üzvü olub. Səadət Partiyasında 2014-2016-cı illərdə təhsil üzrə sədr müavini, 2016-2019-cu illərdə şöbələr üzrə sədr müavini vəzifəsində çalışıb. 2019-cu ildən Səadət Partiyasının Baş Katibidir. 2023-cü il mayın 14-də Səadət Partiyasının namizədi olaraq Cümhuriyyət Xalq Partiyasının siyahısından Ankara ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM Sənaye, Ticarət, Enerji, Təbii Sərvətlər, İnformasiya və Texnologiyalar Komissiyasının üzvü və TBMM İnsan Hüquqları Araşdırma Komissiyasının üzvü vəzifəsində təmsil olunub.
Məsud Doğan
Məsud Doğan (1972, Toqat ili) — iş adamı və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. Məsud Doğan 1972-ci ildə Tokat ilində anadan olub. Qazi Universiteti Təhsil Bölməsindən məzun olub. İş adamı olaraq çalışır. Tələbə illərində bir müddət Milli Gənclər Fondunda (MGV) çalışıb. Siyasi fəaliyyəti ərzində Rifah Partiyası, Fəzilət Partiyası və Səadət Partiyasının üzvü olub. Səadət Partiyasında 2014-2016-cı illərdə təhsil üzrə sədr müavini, 2016-2019-cu illərdə şöbələr üzrə sədr müavini vəzifəsində çalışıb. 2019-cu ildən Səadət Partiyasının Baş Katibidir. 2023-cü il mayın 14-də Səadət Partiyasının namizədi olaraq Cümhuriyyət Xalq Partiyasının siyahısından Ankara ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM Sənaye, Ticarət, Enerji, Təbii Sərvətlər, İnformasiya və Texnologiyalar Komissiyasının üzvü və TBMM İnsan Hüquqları Araşdırma Komissiyasının üzvü vəzifəsində təmsil olunub.
Əli Doğan
Əli Doğan (türk. Ali Doğan, 1947, Qəhrəmanmaraş) — Türkiyəli siyasətçi, nazir (2002). İstanbul Universitetinin iqtisadiyyat fakültəsini bitirib. Çekmece Nüvə Araşdırmaları Mərkəzində inzibati mütəxəssis vəzifəsində çalışıb. Sərbəst ticarətlə məşğul olub. O, Türkiyə Böyük Millət Məclisinin 20-ci və 21-ci dövrlərində Ana Vətən Partiyasının Kahramanmaraş millət vəkili olub və 2002-ci ildə qısa müddət ərzində Türkiyənin 57-ci hökumətində insan haqlarından məsul dövlət naziri vəzifəsində çalışıb. O, 1994-cü ildə ləğv edilən Fatih bələdiyyəsinə seçkilərdə Ana Vətən Partiyasından namizədi olub.
Doğan Cüceloğlu
Doğan Cüceloğlu(9 fevral 1938, Silifke, Mersin ili – 16 fevral 2021, Beşiktaş, İstanbul ili) — Türk psixoloq və akademik. O, şəxsi inkişaf kitabları və televiziya proqramı ilə tanınıb. 1980-1996-cı illərdə ABŞ-ın Fullerton şəhərindəki Kaliforniya Dövlət Universitetində işləyib. Onun qırxdan çox elmi məqaləsi dərc olunub. 1990-cı illərdən türkcə türk xalqının duyğularını, düşüncələrini və davranışlarını elmi psixologiya anlayışları ilə araşdıran kitablar nəşr etdirir. Onun 1992-ci ildə nəşr olunan "The Child In Us" adlı kitabı psixoloqun ən populyar kitablarından biridir. 1996-cı ildə Türkiyəyə qayıtmış və universitet tələbələri, müəllimlər, valideynlər və iş adamları üçün seminarlar, konfranslar və məşğələlər keçirmişdir. == Həyatı == 9 fevral 1938-ci ildə Mersinin Silifke rayonunda 11 uşaqlı bir ailənin ən kiçik uşağı olaraq anadan olmuşdur. Orta məktəbi Ankara və Kırklarelidə bitirib. İstanbul Universitetinin Psixologiya fakültəsini bitirib.
"Doğan günəş" ordeni
"Doğan günəş" ordeni (旭日章, Kyokujitsu-shō) — beynəlxalq əlaqələr, Yapon mədəniyyətinin təbliği, yapon mədəniyyəti sahəsindəki irəliləyişlər, rifahın təşviqi və ya ətraf mühitin mühafizəsi kimi səbəblərə görə verilən Yaponiya ordenidir. Orden Yaponiya hökumətinin 10 aprel 1875-ci il tarixli fərmanı ilə verilən ilk milli yapon ordeni olmuşdur.
Doğan günəş bayrağı
Kokucisu-ki (旭日旗) — hərfi tərcüməsi "Doğan günəş bayrağı") — Yaponiyanın hərbi bayrağı. Bu bayraq müvəffəqiyyət arzusunun simvolu kimi istifadə olunurdu.. Lakin hərbi bayraq qismində isə ilk dəfə Edo dövrünün sonlarında (1854-cü ildən) istifadə olunmuşdur. 1870-ci il 27 yanvar tarixində Meyci dövründə aparılan siyasət çərçivəsində milli bayraq qismində qəbul olunmuşdur..Hal-hazırda bayraqdan hərbi dəniz qoşunlarında, dəyişilmiş şəkildə Yaponiya özünümüdafiə quru qüvvələrində istifadə olunur. Vaxtaşırı olaraq, bayrağın təsvirinə reklam plakatları və məhsulların üzərində rast gələ bilərik. İkinci dünya müharibəsi dövründə isə yapon qoşunları bayraqdan Cənub-Şərqi Asiya ölkələrini işğal etdikləri zaman istifadə etmişdilər. Cənubi Koreya və Çində bu bayraq yapon militarizmi və imperializminin simvolu sayılır, ondan istifadə etmək isə təhqir hesab edilir. == Xarici görünüşü == Ağ parça üzərində qırmızı dairəyə malik olan bu bayraq Yaponiyanın müasir bayrağını xatırlatsa da, günəş şüalarının sayı ilə (adətən 16 olur) fərqlənir. Beləki bu şüalar Yaponiyanın "Gündoğan ölkə" olmasını nümayiş etdirir. Yaponiya İmperator ordusu bu bayraqdan 1870-ci ildən bəri istifadə edir. .
Doğan Öz cinayəti
Doğan Öz (1934, Sultandağı, Afyonqarahisar ili – 24 mart 1978, Ankara) — türk prokuror. Dövlət daxilindəki əks-partizan qruplaşmalar barəsindəki tədqiqatları ilə tanınmışdır. 1978-ci ilin mart ayının 24-də evindən çıxıb işə gedərkən, naməlum şəxslər tərəfindən avtomobilinə açılan atəş nəticəsində vəfat etmişdir.
Doğan Haber Ajansı
Dəmirören Xəbər Agentliyi, həmçinin "Dəmirörən" Xəbər Agentliyi və ya "Demirören" İnformasiya Agentliyi (türk. Demirören Haber Ajansı, DHA) — Türkiyə informasiya agentliyi. == Tarixi == 1999-cu ildə "Hürriyyət" Xəbər Agentliyi ilə "Milliyyət" Xəbər Agentliyinin birləşməsi ilə "Doğan Xəbər Agentliyi" adı ilə qurulmuşdur. 2011-ci ildə Türkiyədə 41, xaricdə isə 26 ofisi olmuşdur. "DHA" Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana tənqidi yanaşması ilə tanınırdı. Agentlik 2018-ci ilin martında "Doğan Holdinq" tərəfindən sahibi Ərdoğan hökumətinə yaxın olan "Dəmirören Holdinq"ə satılmışdır. Bundan sonra agentliyin adı "Demirören Xəbər Agentliyi" olaraq dəyişdirilmişdir. == Məzmunu == Türkiyədə 34 ofisi olan DHA, müxtəlif yayım təşkilatlarına, xüsusən də "Dəmirören Media" qrupuna bağlı televiziya, radio və qəzetlərə xəbər və video xidmətləri göstərir. Burada ingilis, alman və Çin, eləcə də türk dillərində xəbərlər təqdim edilir.
Ayşəgül Doğan Dağlı
Ayşəgül Doğan Dağlı (1977, Ankara) — siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. == Həyatı == Ayşəgül Doğan Dağlı 1977-ci ildə Ankara şəhərində anadan olub. İbtidai, orta və lisey təhsilini Cizrə ilçəsində alıb. Fransanın Metz Universitetindən məzun olub. Tələbə olan illərdə Agence France-Presse (AFP), Courrier International və Voice of America (VoA) Kürdcə xidmətində, həmçinin Şərqi Dilləri və Sivilizasiyaları üzrə Milli İnstitutunun (INALCO) Kürdologiya şöbəsində çalışıb. Vətənə qayıtdıqdan sonra Le Monde Diplomatique qəzetində tərcüməçi-jurnalist olaraq çalışıb. Növbəti illərdə isə HaberSİZsiniz, webiz, Tele1, Gazete Duvarda çalışıb. 2020-ci ildə Yeniden TV-ni təsis edib. Barış Məclisində Leyla Zananın siyasi əlaqələr üzrə məsləhətçisi olub. 2023-cü il mayın 14-də Yaşıl Sol Partiyasının namizədi olaraq Şırnak ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib.
Burhan Doğançay
Burhan Doğançay (türk. Burhan Cahit Doğançay; 11 sentyabr 1929, Konstantinopol – 16 yanvar 2013, İstanbul) — Türkiyə rəssamı. == Həyatı == Burhan Doğançay 11 sentyabr 1929-cu ildə Türkiyənin İstanbul şəhərində anadan olub. Öz adına – "Doğançay" muzeyi var. Muzeyin direktoru Bergin Azərdir. Burhan Doğançay 16 yanvar 2013-cü ildə 83 yaşında ikən İstanbulda vəfat edib. == Yaradıcılığı == Doğançayın 2004-cü ildə İstanbulda açılan muzeyi Türkiyədə ilk müasir incəsənət muzeyi olub. Onun şəkilləri Quggenhaym və Metropolitan İncəsənət Muzeyində daimi kolleksiyanın hissəsidir. 2009-cu ildə İstanbulda onun şəkillərindən biri hərracda 1,7 milyon dollara, Türkiyədə müasir incəsənət rəsmi üçün ən yüksək qiymətə satılıb. Dünyanın 70 muzeyində rəsmləri nümayiş etdirilmişdir.
Doğanlı (Xudabəndə)
Doğanlı (fars. دوغانلو‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 95 nəfər yaşayır (20 ailə).
Doğanşar
Doğanşar (türk. Doğanşar) — Sivas ilinin ilçəsi.
Doğancı Yusif Paşa
Doğancı Yusif Paşa (v. yanvar 1670, Timeşvar əyaləti, Osmanlı imperiyası) — IV Mehmed səltənətində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi. Həyatının ilk illəriylə bağlı yetərli məlumat yoxdur. Əndərun doğancılar ocağında təlim-tərbiyə gördükdən sonra 1652-ci ildə vəzir rütbəsi alaraq divana daxil olan Yusif Paşa həmin ilin iyulunda Sultan Əhmədin qızlarından Burnaz Atikə Sultanla nigahlandı. Rumeli və Anadoluda müxtəlif dövlət vəzifələrində xidmət edən Yusif Paşa 1666-cı ildə Timeşvar bəylərbəyi təyin edildi. 1670-ci ilin yanvarında burada vəfat etdi.
Doğanyurd (Duzluca)
Almalıq — Türkiyənin İğdır vilayətinin Duzluca rayonunda kənd. == Tarixi == Kəndin köhnə adı "karvan yolu" mənasını verən Nərzivan olmuşdur. Bu kənd Qarsdan gəlib Sürməli-Kərvansaray-Çilli yolu ilə İrana gedən tarixi karvan yolunun üzərindədir. 1960-cı ildə "Doğanyurd" olmuşdur.

Значение слова в других словарях