Dramaturg

der; -en, -en dramaturq
dramatisieren
dran
OBASTAN VİKİ
Dramaturgiya
Dramaturgiya — dram sənəti və dramatik əsərlər yazma nəzəriyyəsi. Dram nəzəriyyəsinin öyrənilməsi tarixinin kökləri qədim yunanlara gedib çıxır. Bu kiçik xalqın bəşəriyyətin tarixində xidmətləri misilsizdir. Yunan xalqı bəşəriyyətə Homer, Evripid, Sofokl, Aristofan, Esxil kimi onlarca mədəniyyət, elm və sənət xadimləri yetişdirmişdir. İlk dram əsərləri təxminən XVIII–XIV əsrlərdə yazılmışdır. Yunan elmi və fəlsəfəsinin ən böyük dühalarından biri də Aristoteldir. O, dünya mədəniyyəti xəzinəsinə "Analitika", "Metafizika". "Etika", "Politika", "Ritorika" "Poetika" kimi samballı, bu gün də öz əhəmiyyətini itirməyən, tədqiqatçılara maraq doğuran elmi əsərlər bəxş etmişdir. Mənbələrin verildiyi xəbərə görə eramızdan iki əsr əvvələdək İskəndəriyyə kitabxanasında Aristotel tərəfindən yazılmış 400 kitab saxlanılırdı. Aristotel eyni zamanda da dram nəzəriyyəsinin atası sayılır.