drang

s. dringen
dranbleiben
Drang
OBASTAN VİKİ
Drangiana
Drangiana, Dranga - Əhəmənilər dövlətinin tarixi bölgəsi, eləcə də inzibati ərazisi. Drangiana Həmun (Zareh) gölləri hövzəsində, İranın daxili axarsız hövzəsində və Hilmənd çayının aşağı axarlarında (indiki İran və Əfqanıstanın qonşu vilayətləri) yerləşən qədim tarixi-coğrafi vilayətdir. Bölgənin bir hissəsi Əfqanıstanın cənub-qərb bölgəsinə aiddir. Drangiananın mərkəzi şəhəri Zranka idi. Qədim İran adı olan Zranka (sonralar Z(a)ranq) e.ə. 1-ci minilliyin birinci yarısına aiddir, Zarangiana (Zapayyıavıj) adı, həmçinin yerli xalqların (Zapayyäıı və ya Lapayydı) adları buradan götürülmüşdür. Ümumən qədim zamanlarda Drangiana ərazisində qədim iran mənşəli xalqlar yaşamışdır. Yunanlar onları saranqianlar və ya drangianlar adlandırırdı. E.ə. VII əsrin ortalarında Drangianada yaranmış siyasi birliklər Madanın təsiri altında olmuşdur.

Digər lüğətlərdə