drin

s. darin; içində; F es ist noch alles ~ hälä här şey mümkündür
Drillinge
dringen
OBASTAN VİKİ
Ağ Drin
Ağ Drin (serb. Бели Дрим, alb. Drini i Bardhë) — Kosovo və Albaniyanın şimalında axan çaydır. Drin çayının iki qolundan biridir. Digər qolu Qara Drindir. == Qisimləri == === Kosovo hissəsi === Ağ Drinin Kosovo hissəsi 156 km uzunluğundadır. Bu hissə Kosovonun cənub-qərbindən şimala doğru irəliləyir. Ağ Drinin mənbəyi İpək şəhərinin şimalıdır. Bu çay şəlalə və bu kimi digər coğrafi yerlərin yaranmasına səbəb olmuşdur. Şəlalərdən ən böyüyü 25 metr yüksəkliyindədir.
Qara Drin
Qara Drin (mak. Црн Дрим, alb. Drini i Zi) — Şimali Makedoniyada və Albaniyada çay. Mənbəyi Oxrid gölü olub, Şimali Makedoniyanın Struqa şəhərindən keçməklə Albaniyanın Kukes şəhəri yaxınlığında Ağ Drin çayı ilə birləşərək Drin çayını əmələ gətirir. Çay Oxrid gölündən dəniz səviyyəsindən 695 metr hündürlükdən axır və göldən çıxan yeganə su mənbəyidir. Şimali Makedoniya ərazisində çay üzərində 2 böyük su anbarı tikilib: Qlobovise və Spile. Bənd üzərində SES fəaliyyət göstərir. Spile su anbarı Debar şəhərində Debar gölü ilə birləşir. Debar gölünə Qara Drinin əsas qolu olan Radika çayı tökülür. Su anbarından sonra Qara Drin bir neçə km Şimali Makedoniya ilə Albaniya sərhəddi boyu axaraq Albaniyanın Kukes və Dibra vilayətləri ərazisinə daxil olur.
Drin çayı
Drin çayı (alb. Drini; mak. Дрим; yun. Δρινος), Drilon (Δρίλων) — Albaniyanın şimal hissəsində, Kukes şəhəri yaxınlığında Ağ və Qara Drinin birləşməsindən əmələ gələn Albaniyanın ən böyük çayı. Transsərhəd drenaj hövzəsinə Balkan yarımadasının cənub-şərq hissəsində Albaniya, Şimali Makedoniya və Kosovo əraziləri daxildir. Çay hövzəsinin sahəsi 12,6 min km² (14,173 km²), orta su sərfi isə 290 m³/s təşkil edir. Çayın iki qolu var ki, biri Şkoder şəhəri yaxınlığındakı şimal (əsas) Şkoder gölündən axan Buna çayına, digəri isə Leja şəhəri yaxınlığında birbaşa Adriatik dənizinə axır. Balkan yarımadasında Avropa və Asiyanın kəsişməsində yerləşən çay hövzəsinin müxtəlif iqlimi və topoqrafiyası bu ərazinin flora və faunasının geniş spektrini formalaşdırmışdır. Bundan əlavə, Avropanın ən mühüm biomüxtəliflik qaynar nöqtələrindən biri kimi də tanınıb. Drin deltası Beynəlxalq BirdLife Konvensiyasına uyğun olaraq təyinatına görə beynəlxalq əhəmiyyətli mühüm quş ərazisi kimi də təsnif edilir.
Ağ Drin kanyonu
Ağ Drin kanyonu və ya Ağ drin dərəsi (alb. Gryka e Drinit të Bardhë; serb. Кањон Белог Дрима) — Qismən tanınmış Kosovo Respublikasının cənub-qərbində yerləşən kiçik kanyon. Kanyon ərazisindən Ağ Drin çayı axır. Kanyon elə də böyük deyildir. Onun uzunluğu 900 metr, hündürlüyü isə 45 metr təşkil edir. Kanyonun girəcəyində Osmanlı imperiyası dönəmindən qalma Şvan körpüsü yerləşir. Bu isə Balkan yarımadasından dalğıcları əraziyə cəlb edir. Kanyonun hidroloji və geomorfoloji əhəmiyyəti nəzərə alınaraq 1986-cı ildə dövlət tərəfindən təbiət abidəsi kimi qoruma altına alınmışdır. == Coğrafiyası == Ağ Drin kanyon Şvan körpüsünün qarşısında Zrze kəndinin yaxınlığında, Cakovis — Prizren yolunun üzərində yerləşir.
Drina
Drina (serb. Дрина, bosn. Drina) — Bosniya və Herseqovina ilə Serbiya arasında dövlət sərhəddini təşkil edən çay. İki çayın birləşməsindən əmələ gələn çay mənsəbə qədər 346 km məsafədə uzanır. Yaşımtıl suya malik olması səbəbində bəzən serblər tərəfondən «zelyonka» adlandırılır. Yuxarı axarlarda çay ensiz dağ dərələri ilə axdığından əsrarəngiz mənzərələr yaradır. Bu səbəbdən bütün Balkan ərazisində ən gözəl mənzərəli çay hesab edilir. İki çay Drina çayının başlanğıcını təşkil edir. Tara və Piva Monteneqronun şimal-qərbindən axaraq, Bosniya və Herseqovinanın Xum şəhərciyi yaxınlığında birləşirlər. Drina buradan başlayır.
Drina banovinası
Drina banovinası (serb-xorv. Дринска бановина/Drinska banovina) — 1929-1941-ci illər arasında Yuqoslaviya krallığında mövcud olmuş vilayət (banovina). == Coğrafiyası == Drina banovinası krallığın mərkəzi hissəsi, müasir Bosniya və Herseqovina və Serbiya ərazisində yerləşirdi. Banovinanın bu adı burada axan Drina çayı görə verildi. Şimalda Sava və Dunay banovinaları, şərqdə Dunay və Morava, cənubda Zeta və qərbdə Sahil və Vrbas banovinaları ilə həmsərhəd idi. Banovinanın inzibati mərkəzi Sarayevo idi. == Tarixi == 1939-cu ildə banovina ərazisinin bir hissəsi Xorvatiya banovinasının tərkibinə daxil oldu. 1941-ci ildə banovina ərazisi Müstəqil Xorvatiya Dövləti və Üçüncü Reyx işğalı altında olan Serbiya arasında bölündü.
Drina körpüsü
Sokollu Mehmed Paşa və ya Drina körpüsü — 1577-ci ildə Memar Sinan tərəfindən Sokollu Mehmed Paşanın şərəfinə Drina çayı üzərində tiklimiş körpü. == Qaleriya == == Xarici keçidlər == About the Mehmed Pasa Sokolović bridge on the official presentation of Tourist organization of Višegrad Arxivləşdirilib 2009-01-24 at the Wayback Machine UNESCO listing of Mehmed Paša Sokolović Bridge in Višegrad Vikianbarda Drina körpüsü ilə əlaqəli mediafayllar var.
Mitya Drinovek
Mitya Drinovek (22 fevral 1996) — Sloveniyalı biatlonçu. Mitya Drinovek Sloveniyanı 2018-ci ildə Cənubi Koreyada təşkil edilən XXIII Qış Olimpiya Oyunlarında təmsil etdi. Mitya Drinovek birinci dəfə Olimpiya Oyunlarına 2018-ci ildə qatıldı. O, Cənubi Koreyada baş tutan XXIII Qış Olimpiya Oyunlarında kişilər 10 km məsafəyə sprint yarışlarında iştirak etdi. Drinovek 26:13.7 saniyəlik nəticəsi ilə 87 atlet arasında 72-ci yeri tutdu və medalçılar sırasına düşə bilmədi.
Paul Drinhol
Paul Drinhol (16 yanvar 1990) — Birləşmiş Krallıqı təmsil edən stolüstü tennisçi. Paul Drinhol Birləşmiş Krallıqı 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci, Komanda turnirində isə 9-cu pillənin sahibi olub. Daha sonra Paul Drinhol Birləşmiş Krallıqı 2016-cı ildə Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 9-cu pillənin sahibi olub.