DSL

Digital Subscriber Line Rəqəmsal abunə xətti
DSA
DSO
OBASTAN VİKİ
DSL
DSL (ing. Digital subscriber line) — rəqəmsal abunəçi xidməti deməkdir. Bu xidmət adi telefon xəttləri üzərindən istifadəçilərə saniyədə 25 meqabitə qədər endirmə sürəti verir. DSL xidmətinin 2 tipi vardır: Assimmetrik DSL (ADSL) və Simmetrik DSL (SDSL). ADSL xidmətində istifadəçilərə təqdim edilən endirmə sürəti yükləmə sürətindən daha yüksək olur. Adi istifadəçilər daha çox ADSL xidmətinə üstünlük verirlər, çünki SDSL ilə müqayisədə bu xidmət daha ucuzdur. SDSL xidmətində isə endirmə sürəti ilə yükləmə sürəti eyni olur. VPN istifadəçiləri və ya öz datalarını bulud yaddaşlarda saxlamaq istəyənlər də SDSL xidmətinə üstünlük verirlər. xDSL – DSL rəqəmli abunəçi xəttinin yeni texnologiyalar qrupunun toplu adı. İki böyük qrupa bölünür: assimetrik (ADSL, ADSL Lite, RADSL, VDSL) və simmetrik (HDSL, HDSL2, IDSL, MSDSL, SDSL, wDSL).
DSL süzgəc
Splitter – yüksək tezlikli kanalları bir-birindən ayırmaq və onların eyni anda bir xətdə işləməsini təmin etmək üçün nəzərdə tutulmuş qurğu. Bu qurğudan ictimai telekommunikasiya şəbəkələrində istifadə olunur. ADSL-Splitter qurğusu, bir telefon xəttində ADSL-modem və danışıq (və ya faks) kanalının eyni anda işləməsini təmin edir. Kanallar işləyərkən bir-birinə heç bir maneçilik törətmir. Beləliklə istifadəçi rahatlıqla bir abonent xəttində iki funksiyadan istifadə edə bilir. ADSL-Splitter qurğusu səs siqnallarının tezliyini (0,3 – 3,4 kilo hers) və ADSL-modemin tezliyini (26 kilo hers – 1,4 meqa hers) bir-birindən ayırır. Bunun nəticəsində iki müxtəlif funksiyalara malik olan siqnalların toqquşmasının qarşısı alınır. Bu qurğu adətən ağ plastmas maddədən hazırlanır. Yığcamlıq nəzərə alındığına görə bu növ qurğular çox yüngül və praktik olurlar. ADSL-Splitter qurğusu 3 əsas yuvadan ibarətdir.
DSLAM
Digital subscriber line access multiplexer və ya qısaca DSLAM — çox vaxt telefon stansiyalarında yerləşən və çoxsaylı müştəri rəqəmsal abunəçi xətti (DSL) interfeyslərini multipleksləşdirmə üsullarından istifadə edərək yüksək sürətli rəqəmsal rabitə kanalına birləşdirən şəbəkə cihazı. Onun kabel interneti (DOCSIS) analoqu CMTS-dir. DSLAM avadanlığı bir çox modem portlarından məlumatları toplayır, onların səs və məlumat trafikini multipleksləmə vasitəsilə bir mürəkkəb kompozit "siqnalda" birləşdirir. Cihazın arxitekturasından və quraşdırılmasından asılı olaraq, DSLAM öz ATM, Frame Relay və/və ya İP şəbəkəsi, PTM-TC protokol toplusundan istifadə edən IP-DSLAM üzərindən DSL xətlərini birləşdirir. Daha sonra birləşmiş trafik 10 Gbit/s-ə qədər sürətdə NSP adlanan giriş şəbəkəsi vasitəsilə telekommunikasiya şirkətinin magistral sviçə yönəldilir. DSLAM şəbəkə sviçi kimi fəaliyyət göstərir, çünki onun funksionallığı OSI modelinin ikinci qatındadır. Buna görə də, o çoxlu IP şəbəkələri arasında yalnız ISP cihazları və son istifadəçi əlaqə nöqtələri arasındakı trafikin istiqamətini dəyişdirə bilməz. DSLAM trafiki BRAS-a (broadband remote access server) yönləndirilir, burada son istifadəçi trafiki daha sonra ISP şəbəkəsi vasitəsilə İnternetə yönləndirilir. Qoşulduğu DSLAM ilə yaxşı əlaqə quran Customer-premises equipment (CPE) təkmilləşdirilmiş telefon səsi və məlumat xətti siqnalizasiya xüsusiyyətlərindən, onun dəstəklədiyi bant genişliyinə nəzarət və kompensasiya imkanlarından istifadə edə bilər. DSLAM telefon stansiyasında yerləşə və ya yerləşməyə bilər.