Karlos Kruz-Diez
Karlos Kruz-Diez (17 avqust 1923[…], Karakas – 27 iyul 2019[…], Nöyi-sür-Sen) — Optik sənət qurucularından sayılan venesuelalı rəssam; kinetik rəsm sənətinin böyük qabaqcıllarından biri.
== Həyatı ==
Karlos Kruz-Diez 1923-cü ildə Karakasda anadan olub. O, 1957-ci ildə Əsrarəngiz Sənətlər Məktəbini yaradıb. 1960-cı ildə Parisə köçüb.
Əsərləri Nyu-Yorkda Müasir İncəsənət Muzeyində, Londonda Teyt Qalereyasında, Parisdə Pompidu Mərkəzində nümayiş etdirilməkdədir. Karakasda, Parisdə və Panamada, habelə Hyustonda rəssamlıq sənət studiyaları olan rəssam 2012-ci ildə Fransanın ən yüksək mükafatı – "Fəxri Legion" ordeni ilə təltif edilib.
27 iyul 2019-cu ildə Parisdə vəfat edib.