DUNTƏB
DURBİN
OBASTAN VİKİ
Dur-Şarrukin
Dur-Şarrukin (akkad. "Sarqonun qalası") — qədim Aşşur şəhəri. Hazırda İraqda, Neynəva mühafazasının şimal-şərqində Xorsabad şəhər yeri kimi tanınır. E.ə. 717-707-ci illərdə II Sarqon tərəfindən salınmış, ancaq II Sarqonun qəfil ölümündən sonra şəhərin tikintisi dayandırılmışdır. Paytaxt Nineviya şəhərinə köçürülmüşdür. E.ə. VII əsrdə şəhər Midiya orduları tərəfindən dağıdılmışdır. Ərazinin daima sakinləri isə aysorlardır. == Tarixi == Assuriya çarı II Sarqon e.ə.
Dur yolçu heykəli
Türkiyə nin ən böyük heykəlidir.6 Avqust 2008-cı tarixdə Türkiyənin paytaxtı Ankarada(Polatlı ,Kartaltepe) Dur yolçu abidəsinin açılış mərasimi olmuşdur.Dur yolçu abidəsinin uzunluğu ümumilikdə 32 metrdir. Heykəl 22, postament isə 10 metrdir.Abidənin müəllifi akademik Sait Rüstem dir.
Emil Durkhaym
David Emil Dürkheym (fr. David Émile Durkheim; 15 aprel 1858[…] – 15 noyabr 1917[…], Paris) — Fransa sosioloqu və filosofu, Fransa sosiologiya məktəbinin və struktur-funksional analizin banisi, sosiologiyanın müstəqil elm kimi əsasını qoyanlardan biri. == Həyatı == Emil Dürkheym 1858–1917-ci illər arasında yaşamış və sosiologiya elminə müstəsna töhfələr vermiş dahi fransız sosioloqudur və elə buna görə də sosiologiyanın "atalarından" biri sayılır. Onun "Suicide", "Division of Labour" və "The Elementary forms of Religious Life" əsərləri tarix boyu hər bir cəmiyyətdə mövcud olmuş və indiki dövrdə də müşahidə olunan intihar, xaos, özbaşınalıq, birliyin olmaması kimi ciddi sosial problemlərə işıq tutmuş və onları anlamağımızda və həll yolları tapmaqda köməkçi olmuşdur. Dürkheym dinin insanları birləşdirən və pis əməllərdən çəkindirən ən əsas amil olduğunu apardığı araşdırmalarla sübut etmişdir. Qısacası, cəmiyyətdəki problemlərin kökünün dinsizlik, birliyin pozulması, eqoizm və maddiyyatın mənəvi dəyərləri üstələməsindən yarandığını deyən Dürkheymin bu ideyası hələ də öz çəkisini qoruyub saxlamaqdadır və XX–XXI əsrlərdə yaşamış məşhur Amerikan sosioloqu Brayan Vilson tərəfindən də sübut olunmuşdur. == İntiharla bağlı olan tədqiqatları == Emil Dürkheymin sosiologiya və ümumiyyətlə, bütün elm aləminə verdiyi ən böyük töhfə şübhəsiz ki, onun intihar hadisələri ilə bağlı apardığı araşdırmalar olmuşdur. Dürkheymə qədər təkcə Qərbdə deyil, bütün dünyada intiharın səbəbi hər zaman intihar edən şəxsin səhhətində və psixoloji durumunda görülürdü, lakin Dürkheym kəşf etdi ki, intiharın səbəbi fərdin özündən çox onun yaşadığı ətraf mühitdə axtarılmalıdır. Dürkheym araşdırmasına müxtəlif Avropa ölkələrindəki intiharla bağlı statistik məlumatları yığaraq başladı. O tez bir zamanda gördü ki müəyyən qrup insanlar (katoliklər, qadınlar, varlı şəxslər, cavanlar) digərlərindən (protestantlar, kişilərdən, qocalardan, imkansızlardan) daha az hallarda intihara əl atırlar.
Ertuğrul Dursun Önkuzu
Ertuğrul Dursun Önkuzu — Ankara Kişi Texniki Liseyində oxuyarkən solçu tələbələr tərəfindən işgəncə ilə öldürülən Ülküçülü tələbədir. Onun adına şeirlər və xalq mahnıları yazıldı. Yazıçı Emine Işınsu "Sancı" romanı ilə Dursun Önkuzunun həyatını izah etdi. Sənətçi Mustafa Yıldızdoğan şair Niyazi Yıldırım Gençosmanoğlunun "Önkuzu" şeirini bəstələyərək albomuna daxil etdi. 12 sentyabr çevriliş dövründən bəhs edən Lütfü Şehsuvaroğlunun " Kafes" kitabından tərtib edilmiş Kafes filmi Dursun Önkuzunun canlandırıldığı səhnələrdə yer alıb. Film 2 oktyabr 2015-ci ildə nümayiş olundu. == İstinadlar == Emine Işınsu: Sancı, 1977 (ISBN 975-437-044-3) Yeniden Milli Mücadele Dergisi, 18 aprel 972, Sayı 116.
Eupatorium durandi
Ageratina anisochroma (lat. Ageratina anisochroma) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin ageratina cinsinə aid bitki növü. == Sinonimləri == Eupatorium anisochromum Klatt ex T.Durand & Pitt. Eupatorium anisochromum Klatt Eupatorium durandi Klatt Eupatorium durandi Klatt ex T.Durand & Pitt.
Euphorbia duranii
Euphorbia duranii (lat. Euphorbia duranii) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü.
Fərid Dursunov
Hamza Dursun
Hamza Dursun (11 fevral 1994) — Türkiyəli xizək yürüşçüsü. Hamza Dursun Türkiyəni 2018-ci ildə Cənubi Koreyada təşkil edilən XXIII Qış Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Hamza Dursun birinci dəfə Olimpiya Oyunlarına 2018-ci ildə qatıldı. O, Cənubi Koreyada baş tutan XXIII Qış Olimpiya Oyunlarında kişilər klassik sprint yarışlarında iştirak etdi. Dursun 3:36.53 saniyəlik nəticəsi ilə 80 atlet arasında 71-ci yeri tutdu və növbəti mərhələyə vəsiqə qazana bilmədi.
Hordeum durum
Juniperus durangensis
Juniperus durangensis (lat. Juniperus durangensis) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin sərvkimilər fəsiləsinin ardıc cinsinə aid bitki növü.
Kevin Durant
Kevin Ueyn Durant (ing. Kevin Wayne Durant; 29 sentyabr 1988) — Amerikalı peşəkar basketbol oyunçusu. Milli Basketbol Asossasiyası komandalarından olan Foniks Sansda forma geyir. "Durantula" və "KD" kimi ləqəbləri olan Durant, yaxın hücumçu və uzaq hücumçu mövqelərində oynayır. Karyerası dövründə bir NBA Çempionu, bir NBA Finalları Ən Dəyərli Oyunçu Mükafatı, bir NBA Ən Dəyərli Oyunçu Mükafatı, bir NBA All-Star oyunu Ən Dəyərli Oyunçu Mükafatı, dörd NBA basket sayı Lideri, bir NBA İlin Gənc Oyunçusu və iki "Olimpiya Oyunları qızılı" mükafatları var. Durant həmçinin səkkiz dəfə "All-Star" heyətinə düşüb və bunların yeddisində də NBA İlin ən yaxşı beşliyinə seçilib. Lisey karyerasının ardından Texas Universitetində bir mövsüm forma geyən Durant, buradakı gənclər liqasında "İlin kollec liqası" oyunçusu seçildi. Universitet karyerasının ardından 2007 NBA Seçmələrinə qatıldı və Sietl Supersoniks tərəfindən seçildi. Bundan sonra Durantın komandası olan Supersoniks Oklahoma şəhərinə daşındı və adı Oklahoma-Siti Tander olaraq dəyişdirildi. 2012-ci ildə komandası ilə bərabər karyerasında ilk dəfə NBA Finallarına yüksəldi, ancaq Mayami Hitə beş oyun sonrası 4–1 məğlub oldular.
Lev Durov
Lev Konstantinoviç Durov (rus. Лев Константинович Дуров; 23 dekabr 1931, Moskva - 20 avqust 2015, Moskva) — Sovet və Rusiya teatr və kino aktyoru, teatr rejissoru, pedaqoq, SSRİ xalq artisti (1990). == Həyatı == == Filmoqrafiya == Qocalar-quldurlar (film, 1971) Baharın on yeddi anı (film, 1973) Al çiçək (film, 1977) Qorxma, mən səninləyəm Papaq (film, 2007) Qorxma, mən səninləyəm!
Lupinus duranii
Lupinus duranii (lat. Lupinus duranii) — paxlakimilər fəsiləsinin acıpaxla cinsinə aid bitki növü.
Marina Durunda
Marina Durunda (12 iyun 1997, Sevastopol) — Azərbaycanı təmsil edən bədii gimnast. == Həyatı == Marina Durunda 1997-ci il iyunun 12-də Sevastopol şəhərində anadan olub. 2001-ci ildən idmanla məşğul olur. 2002-ci ildən Kiprda yaşayır. Evlidir. 1 uşağı var. == Karyerası == Marina Durunda 2006-2012-ci illərdə Kipr Çempionatlarında qızıl medalların sahibi oldu. Bununla belə Marina Durundanın Kipr vətəndaşlığı olmadığına görə o, beynəlxalq turnirlərdə mübarizə apara bilmirdi. 2012-ci ildə Azərbaycan Gimnastika Federasiyası (AGF) tərəfindən Marina Durunda Azərbaycan yığmasının heyətinə cəlb edildi. Marina Durunda 2012-ci ilin mayında Rusiyanın Nijni Novqorod şəhərində baş tutan Avropa Çempionatında mübarizə apardı.
Mentha aquatica var. duriuscula
Su nanəsi (lat. Mentha aquatica) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin nanə cinsinə aid bitki növü. Avropa, Cənub-qərbi Asiyada və şimal-qərbi Afrikada bitir. Çoxillik, uzun, sürünən zoğludur. Gövdəsi düz və ya qalxan, hündürlüyü 30-80 sm, budaqlı, demək olar ki, çılpaq və ya tüklənmiş bitkidir. Yarpaqları saplaqlı, 2-5 sm uzunluqda, 1-3 sm enində, uzunsov yumurtavari və ya elliptik, küt və ya ucubiz, kənarları mişarvari, zəif tüklü, yaşılbozumtul rəngdədir. Köbələri çoxçiçəklidir, 2-3 sayda gövdənin və budaqların təpəsində birləşərək kürəvari, oval və ya uzunsov başcıqlı çıçəkqrupunda yığılmışdır. Kasacıqları pırpızlaşmış tüklü, boruvari, tacı 6-8 mm uzunluqda, çəhrayıdır. Fındıqcıqları yumurtavari, xırda nöqtəlidir. BQ qərbi, BQ şərqi, BQ Quba sahəsi, Samur-Dəvəçi ovalığının rayonlarında arandan orta dağ qurşağına kimi yayılmışdır.
Mentha duriuscula
Su nanəsi (lat. Mentha aquatica) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin nanə cinsinə aid bitki növü. Avropa, Cənub-qərbi Asiyada və şimal-qərbi Afrikada bitir. Çoxillik, uzun, sürünən zoğludur. Gövdəsi düz və ya qalxan, hündürlüyü 30-80 sm, budaqlı, demək olar ki, çılpaq və ya tüklənmiş bitkidir. Yarpaqları saplaqlı, 2-5 sm uzunluqda, 1-3 sm enində, uzunsov yumurtavari və ya elliptik, küt və ya ucubiz, kənarları mişarvari, zəif tüklü, yaşılbozumtul rəngdədir. Köbələri çoxçiçəklidir, 2-3 sayda gövdənin və budaqların təpəsində birləşərək kürəvari, oval və ya uzunsov başcıqlı çıçəkqrupunda yığılmışdır. Kasacıqları pırpızlaşmış tüklü, boruvari, tacı 6-8 mm uzunluqda, çəhrayıdır. Fındıqcıqları yumurtavari, xırda nöqtəlidir. BQ qərbi, BQ şərqi, BQ Quba sahəsi, Samur-Dəvəçi ovalığının rayonlarında arandan orta dağ qurşağına kimi yayılmışdır.
Molla Dursun
Molla Dursun, Şaumyan — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Üçkilsə (Eçmiədzin) rayonunda kənd. Rayon mərkəzindən 5 km şimalda, Abaran çayının yanında yerləşir. 1590-cı ildə tərtib edilmiş "İrəvan əyalətinin müfəssəl dəftəri"ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kənd Molla Dursun adlı şəxs tərəfindən salınmışdır, kəndi onun şərəfinə Molla Dursun adlandırmışlar. Kəndin adı 1920-ci ildə dəyişdirilərək Şaumyan (26-ların başçısı Stepan Şaumyanın şərəfinə) qoyulmuşdur. Monqol dilində mayla "tala", "əkin sahəsi" sözündən və Dursun şəxs adından ibarətdir. "Dursunun əkin sahəsi" mə’nasındadır. Burada 1828-ci ilə kimi yalnız azərbaycanlılar yaşamışdır. Türkmənçay müqaviləsindən sonra, 1828–1829-cu illərdə İrandan buraya ermənilər köçürülmüşdür. Kənddə 1831-ci ildə 75 nəfər azərbaycanlı, 45 erməni, 1873-cü ildə 124 nəfər azərbaycanlı, 114 erməni, 1886-cı ildə 134 nəfər azərbaycanlı, 146 erməni, 1897-ci ildə 147 nəfər azərbaycanlı, 150 erməni yaşamışdır.
Murad Duruər
Murad Duruər (türk. Murat Duruer; d. 15 yanvar 1988; Gərədə, Bolu, Türkiyə) — Türkiyə futbolçusu, Türkiyə Super Liqası komandalarından biri olan Gənclər birliyi komandasının yarımmüdafiəçisidir. Futbolçu Mustafa Duruərin ekiz qardaşıdır. Ankaragücü komandasında qardaşı Mustafa Duruər ilə bərabər oynayan Murad, 2004-cü ildə müqavilə imzalayaraq digər peşəkar komandalarda oynamağa başladı. Ankaragücü komandası üçün ilk qarşılaşması 29 mart 2006-cı il tarixində Qalatasaraya qarşı olmuşdur. Bu oyun Murad Duruərin ilk Türkiyə Super Liqası qarşılaşması idi. 2005-ci ildən bu yana Murad Duruər Türkiyə Super Liqasında oynayıb və bir çox komandalara transfer olub. 2011-2012-ci il mövsümündə, liqada çətin günlər keçirtdi. Komanda heyəti Ankaradan Əskişəhərə transfer edilən zaman, Murad Duruər atası ilə birlikdə Türk iş adamı və Gənclər birliyi idman komandası prezidenti İlhan Cavcavı ziyarət etdi.
Məmmədzəki Dursunzadə
Məmmədzəki Dursunzadə (17 oktyabr 1890, Axalsxi qəzası[d] – 28 yanvar 1937, Tbilisi) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri. Məmmədtağı Dursunzadə 1890-cı ilin 17 oktyabrında Axalsıx qəzasının Azğur kəndində anadan olmuş, Müəllimlər institutunun hüquq fakültəsini bitirmişdir. Parlamentin 1 sentyabr 1919-cu il tarixli qərarına əsasən 1920–1925-ci illərdə təhsilini tarix-filologiya sahəsində davam etdirmək üçün İstanbul Universitetinə göndərilmişdi. Sonradan təhsilini öz hesabına davam etdirmiş, Türkiyədən Almaniyaya getmişdir. Təhsilini başa vurduqdan sonra Bakıya qayıtmış, qadın müəllimlər seminariyasında və yer quruluşu texnikumunda müəllimlik etmişdir. Afət adlı qızı olmuşdur. 1937-ci ilin 28 yanvarında doğma kəndinə getmiş, orada həbs olunaraq güllələnmişdir. Cümhuriyyət tələbələri Əşrəf Əliyev (mühəndis) "Студенты Республики" Hüseyn Cavidin qızı ailəsi ilə bağlı müsahibəsində bir çox mətləblərdən danışıb – Çox maraqlıdır + MÜSAHİBƏ ODLAR YURDU UNİVERSİTETİNİN ELMİ VƏ PEDAQOJİ XƏBƏRLƏRİ. HUMANİTAR ELMLƏR SERİYASI/THE SCIENTIFIC AND PEDAGOGICAL NEWS OF ODLAR YURDU UNIVERSITY. HUMANITIES SERIES/НАУЧНЫЕ И ПЕДАГОГИЧЕСКИЕ ИЗВЕСТИЯ УНИВЕРСИТЕТА ОДЛАР ЮРДУ.СЕРИЯ ГУМАНИТАРНЫХ НАУК; ISSN 1682–9123, № 38; Bakı, 2013 Vazeh Asgarov. L’immigration des Azerbaïdjanais en France : histoire et perspectives. Histoire.
Naşidə Gözdə Durmuş
Naşidə Gözdə Durmuş (türk. Naşide Gözde Durmuş; 1985, İzmir) — Türkiyə genetiki. 1985-ci ildə İzmirdə dünyaya gəlib. 2003-cü ildə Orta Doğu Teknik Üniversitesinin Molekulyar biologiya ixtisasına daxil olmuşdur. Fulbright kursunu qazanaraq Amerika Birləşmiş Ştatlarında oxumağa gedir. 2014-cü ildə Stantord Universitetində doktorluq işini müadifə edir. 2015-ci ildə mükafata layiq görülür. İnsan genetikası öyrənmiş və prof. Ronald Deyvislə birlikdə araşdırma aparmışdır. 1985-ci ildə İzmirdə anadan olmuşdur.
Nursel Duruel
Nursel Duruel — türk hekayə yazarı 1941-ci ildə anadan olub. Hekayələrində insanın müxtəlif həyat şərtləri içindəki davranışlarını, onun güclü və zəif tərəflərin qələmə aldı. İlk hekayələr kitabı 1982-ci ildə (“Marallar, anam və Almaniya”), ikinci kitabı isə 1992-ci ildə “Yazılı qaya” adıyla çap olunub.
Nöqtə (durğu işarəsi)
Nöqtə (.) – yazıda nəqli cümlənin bitdiyini göstərmək üçün işlədilən durğu işarəsi. Hər hansı bir fikrin və ya məlumatın bitdiyini göstərərkən, cümlənin sonunda nöqtə işarəsi qoyulur. Nöqtədən sonra tam fasilə edilir. Məsələn: Dünən Azərbaycanda bələdiyyə seçkiləri keçirilib. Adlıq cümlələrin sonunda nöqtə qoyulur ki, bu nümunələrə də əksər hallarda köşə yazılarında rast gəlinir. Məsələn: 1990-cı il. 20 Yanvar. 20 il bundan əvvəlki o gün. Tabesizlik bağlayıcıları müstəqil cümlələri mürəkkəb cümlənin tərkib hissələri kimi birləşdirirsə, özündən əvvəl nöqtə qoyulur. Məsələn: Onlar seçkiləri rəsmən müşahidə etməyiblər.
Osman Durmuş
Osman Durmuş (5 avqust 1947, Çanqırı – 26 oktyabr 2020, Ankara) — Türkiyə siyasətçisi, həkim. 1947-ci ildə Çanqırıda doğulub. Ankara Universitetinin tibb kakültəsini bitirmişdir.
Pavel Durov
Pavel Valeryeviç Durov (rus. Павел Валерьевич Дуров; 10 oktyabr 1984, Leninqrad) — VKontakte sosial şəbəkə saytının və Telegram proqramının yaradıcısı kimi tanınan rusəsilli Fransa və BƏƏ sahibkarı. Nikolay Durovun kiçik qardaşıdır. 29 sentyabr 2022-ci il tarixinə olan məlumata görə onun sərvəti 15,1 milyard ABŞ dolları dəyərindədir. 2022-ci ildə Forbes jurnalına görə BƏƏ-nin ən varlı adamı kimi tanınıb. 2023-cü ilin fevralında Arabian Business onu Dubayın ən güclü sahibkarı adlandırırdı. 2014-cü ildə VK-nın baş direktoru vəzifəsindən azad edildikdən sonra bir neçə il ərzində Durov qardaşları Sent-Kits və Nevis vətəndaşları kimi könüllü sürgün kimi dünyanı gəzdilər. 2017-ci ildə Finlandiyanın nümayəndəsi kimi Dünya İqtisadi Forumunun Gənc Qlobal Liderlər qrupuna qoşulub. Durov 2021-ci ilin avqustunda Fransa vətəndaşlığına qəbul edilib və buna görə də hazırda Avropa İttifaqı vətəndaşlığına sahibdir. Pavel Durov Leninqradda anadan olub, lakin uşaqlığının çox hissəsini atasının işlədiyi İtaliyanın Turin şəhərində keçirib.
Pinus durangensis
Pinus durangensis (lat. Pinus durangensis) — şamkimilər fəsiləsinin şam ağacı cinsinə aid bitki növü.
Qafqaz durnası
Qafqaz durnası və ya Anadolu durnası (lat. Grus grus archibaldi)— ayrıca quş növü olmayıb boz durnanın yarımnövlərindən biridir. Qafqaz durnalarının digər boz durnalardan başlıca xüsusiyyəti baş hissəsində digər durnalarda olan iri qırmızı xalın olmamasıdır. Çoxalma populyasiyasının çoxu Anadolunun yüksək dağlıq göllərində olan bu yarımnöv buna görə Anadolu durnası da adlanır. Qafqaz durnalarının dəqiq sayı da məlum deyil. 2000-ci illərdə saylarının 200 ətrafı çoxalan cütlük olduğu qeyd olunur.
Qara durnabalığı
Qara durnabalığı (lat. Esox niger) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin durnabalığıkimilər dəstəsinin durnabalığılar fəsiləsinin durnabalığı cinsinə aid heyvan növü.

Значение слова в других словарях