Toy sözünün sinonimi olan düyün kəlməsi var. Türk dillərinin bəzilərində (Qaqauz dilində) dünür (сватовство), dünürçü(сват), düyün(свадьба) kəlmələri işlədilir. Onlarda toy yox, yalnız düyün sözü mövcuddur, güman ki, düyün “quda”, “evlənmə” mənasını verən dünür sözü ilə bağlıdır. Maraqlıdır ki, düyün yalnız evlənmə məclisi ilə əlaqədar işlədilir. Düyün “iki gənci bağlayan, düyünləyən” deməkdir, yalnız evlənmə ilə bağlıdır. Toy isə həm də “bayram, şadlıq” mənalarını əks etdirib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)