Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Efir
Efir - çoxmənalı termindir, ağaıdakı mənaları var: Efir Qədim yunan mifologiyasında tanrıların yerləşdiyi yer -havanın ən yuxarı, sadə, təmiz və şəffaf təbəqəsi. Dünyanı əhatə edən hava, radiodalğalarının yayıldığı fəza. Keçmişdə təsəvvür edildiyinə görə, havadan daha xəfif olub, fəzanı dolduran işıq, hərarət, elektrik və s.-nin yayılması üçün vasitə olan axıcı cisim, maddə.
Efir (mifologiya)
Efir (yun. Αἰθήρ ) qədim yunan mifologiyasında tanrıların yerləşdiyi yer, havanın ən yuxarı, sadə, təmiz və şəffaf təbəqəsinin tanrı kimi şəxsləşdirilmiş adı. İlk tanrılardan biri. Titanomaxiya poemasına görə Efir Geya-Yerin, Uran-Göyün, Pont-Dənizin, Tartar-Sonsuzluğun, Okeanın atasıdır.
Efir yağı
Efir yağı — bitkilərin hasil etdiyi müxtəlif üzvi maddələrin uçucu qarışıqlarının ümumi adı. Efir yağları əsasən distillə üsulu ilə əldə edilir. Onlardan ətir, kosmetika, sabun və digər məhsullarda, yemək və içkilərə ləzzət vermək və ya məişət təmizlik məhsullarına ətir əlavə etmək üçün istifadə olunur. Efir yağları aromatik birləşmələrlə müalicəsini ehtiva edən aromaterapiya üçün istifadə olunur. Efir yağı istehsal etmək üçün müxtəlif bitkilərdən istifadə edilir. Tərkibində efir yağı olan və praktikada geniş istifadə olunan, həddən artıq uçucu maddələr konsentrasiyasına malik bitkilərə efiryağlı bitkilər deyilir: Sarıkök Yarpız Qoz Cirə Küknar Portağal limon Naringi Kəklikotu Zəncəfil Qızılgül Qreyfurt Valerian(pişikotu) Şam Efir yağları yeganə təbii maddədir ki, onun tərkibində yüzlərlə kimyəvi komponent vardır. Hər bir komponent fərdi maddələr yığımından ibarətdir və o da nəticədə çox mürəkkəb bir qarışığın əmələ gəlməsini yaradır. Efir yağının tərkibindəki bütün maddələr üzvü maddələrdir, başqa sözlə hər bir maddənin molekulyar quruluşu karbon atomlarından təşkil olunmuşdur. Bitkilərin efir yağlarındakı komponentlər, onun tərkibində olan əsas komponentin sanki kombinasiyasıdır. Məsələn, hamıya məlum olan nanənin efir yağının əsas komponenti mentoldur.
Dimetil efir yanacağı
Dimetil efir yanacağı (DME)-(C2H6O) - rəngsiz qazdır. Keçən əsrin 80-cı illərinin sonlarında yeni növ yanacağa – dimetil efirinə (DME) həsr olunmuş ilk işlər yarandı. Öz xassələrinə görə DME - propan-butan yanacaqlarına yaxındır. DME avtobenzin ilə müqayisədə az istilik törətmə qabiliyyətinə malikdir (10760 kkal/kq-a qarşı 6920 kkal/kq), odur ki, onun mühərrikin vahid gücünə məsrəfi 1,6 dəfə çoxdur. Lakin DME yaxşı ekoloji xüsusiyyətlərə malikdir (tüstü qazlarında qurum olmur və CO2 azdır). Hazırda DME alüminium oksid üzərində metanolun dehidratasiyası ilə alınır. DME-nin əsas istehsaıçıları Du Pont və Air Products and Chemicals - Amerika şirkətləridir.2000-ci ilin məlumatlarına görə DME istehsalı ildə təxminən 150 min tona yaxın idi. DME sintezi sahəsində tədqiqatlar 1986-cı ildə Air Products and Chemicals şirkətində başlamışdır. 1990-cı ildə tədqiqatlar ABŞ-nın energetika departamenti tərəfindən müdafiə edildi. 1991-ci ildən şirkətin Texas ştatının Zaport şəhərindəki zavodunda nümayiş qurğusu işləyir və burada DME alınma texnologiyası işlənilir.
Nanə efir yağı
Nanə efir yağı — nanə cinsinə aid bitkilərin hava hissələrindən olan efir yağlarının böyük qrupunun ümumi adı, ilk növbədə nanə və tarla nanə yağlarıdır. Nanə efir yağları bitkinin kəsilmiş torpaq hissəsindən buxar distilləsi yolu ilə alınır. Nanə yağı Nanə yağı nanə yağı ailəsində "klassik"dir. Bu nanə M.viridis L. və M.aquatica arasında təbii növlərarası hibriddir. İngiltərədə onu "qara nanə" adlandırırdılar, uzun müddət ən yüksək keyfiyyət hesab edilən bu efir yağı idi. 20-ci əsrin əvvəllərində bu növ neftin ən böyük istehsalçısı Rusiya (Ukrayna nefti)dir. SSRİ-də ingilis cinsləri əsasında yaradılmış ən çox yayılmış sort Prilukskaya-6 (yağda 40–55% mentol, 20–30% menton) növüdür. Bu sort 1956-cı ildən Rusiya, Ukrayna, Qazaxıstan və digər ölkələrdə yetişdirilir. Tarla nanə yağı Tarla nanə yağı (Mentha arvensis L.) və ya Yapon nanəsi parfümeriya və kosmetika sənayesində (əsasən diş pastalarının bir hissəsi kimi) ən çox istifadə edilən yağlardan biridir. Mentolun yüksək tərkibi (bəzən 80%-dən çox) ilə seçilir Bu nanə bütün dünyada, ilk növbədə Çin və Braziliyada çox geniş şəkildə becərilir.
Dietil efiri
Dietil efiri (etil efiri, etoksietan). Kimyəvi xassəsinə görə - tipik alifatik sadə efirdir. Həlledici kimi geniş istifadə olunur. İlk dəfə olaraq orta əsrlərdə alınmışdır. Dietil efirinin ilk dəfə IX əsrdə əlkimyaçı Cabir ibn Xəyyam və ya 1275-ci ildə əlkimyaçı Raymund Lul (2,3) tərəfindən alındığı fərz edilir. Daha dəqiq tarix olaraq 1540-cı ildə Valerius Kordus tərəfindən sintez olunduğu göstərilir. V. Kordus onu həmin dövrdə “kuporus yağı”(2) adlandırılan etil spirti və sulfat turşusu qarışığının distilləsi yolu ilə almış və onu “şirin kuporus yağı” (lat. oleum dulce vitrioli) adlandırmışdır. Kordus həmçinin onun anesteziya xassəsinə malik olduğunu da göstərmişdir. 1680-cı ildə Robert Boyl tərəfindən efir ikinci dəfə sintez edilir.
Ditiofosfat turşusunun efirləri
Ditiofosfat turşusunun efirləri (ДТФ) — qeyri-üzvi birləşmədir. Belə birləşmələri almaq üçün bu turşunun Na duzundan istifadə edilir. DTF həm efirləri, həm də metal duzları sürtkü yağlarına aşqar kimi geniş tətbiq olunur. ДТФ kristalhidrat əmələ gətirir, Na3PO2S2•17H2O etanolda həll olmur. Onun kristalları 45–460C-də əriyir. ДТФ turşusunun metal duzları, o cümlədən Zn duzu (ДФ-11) oksidləşmə, korroziya, siyrilmə və yeyilməyə qarşı yüksək keyfiyyətə malikdir. Onun mürəkkəb üzvi efirləri isə transmissiya yağlarının siyrilmə və yeyilməyə qarşı xassələrini yüksək dərəcədə yaxşılaşdırır. ДТФ turşusunun aromatik həlqəvi 1 radikallı birləşmələri isə yüksək oksidləşməyə qarşı xassəyə malikdir. Tritiofosfat turşusunun efirlərinin karbohidrogen radikallarının yeyilmə və korroziyaya qarşı xassələrinin effektliyinin təsirini öyrənmək üçün onların bəzi alkil və allil radikallı efirləri sintez edilib tədqiq edilmişdir. Bəzi tədqiqatlar göstərmişdir ki, yeyilməyə qarşı təsir xassəsi bu birləşmədə olan karbohidrogen radikallarının quruluşundan asılıdır, yəni zəncir böyüdükcə birləşmələrin effektliyi azalır, S- allil efiri daha yüksək effekt verir.
Ditiokarbamin turşusunun efirləri
Mürəkkəb efirlər
Mürəkkəb efirlər (və ya esterlər) — ümumi formulu RkE(=O)l(OH)m, haradakı l ≠ 0, olan oksiturşuların törəmələri (istər karbon və istərsə də qeyri üzvi turşuların törəmələri) formal olaraq turşu funksiyasını daşıyan karbohidrogen alkenil, aromatik və heterotsiklik) –OH qrupunda olan hidrogen atomunun əvəz olunması ilə yaranan maddələrdir, onlara həmçinin asiləvəzli spirtlərin törəməsi kimi də baxılır. IUPAC təsnifatında mürəkkəb efirlərə həmçinin spirtlərin (tiolların, selenolların və tellurolların)1 halkoqenid analoqlarının asiltörəmələri də aid edilir. Mürəkkəb efirlər, oksigen atomuna iki karbohidrogen radikalının (R1—O—R2) birləşməsi ilə alınan sadə efirlərdən fərqlənir. Karbon turşularının mürəkkəb efirlərini iki sinfə bölürlər: ümumi formulu R1—COO—R2,— karbon turşularının mürəkkəb efirləri, R1 və R2 karbohidrogen radikallarıdır. ümumi formulu R1—C(OR2)3, olan karbon turşularının orto efirləri, haradakı R1 və R2 karbohidrogen radikallarıdır. Karbon turşularının orto efirləri ümumi formulu R—C(OR′)2—R″ olub, spirtlərin keton və aldehidlərin karbonil qruplarına birləşməsindən alınan məhsulların - ketal və asetalların funksional analoqlarıdır. Oksiturşuların tsiklik mürəkkəb efirləri laktonlar adlanır və ayrı-ayrı maddələr qrupuna daxil edilir. Mürəkkəb efirlərin əsas alınma metodları: Efirləşmə - turşuların katalitik iştirakı ilə karbonturşuların spirtlərlə qarşılıqlı təsirindən, məsələn sirkə turşusu və etil spirtindən etilasetatın alınması: СН3COOH + C2H5OH = СН3COOC2H5 + H2O Bəzi hallarda efirləşmə reaksiyaları mürəkkəb efirlərə spirtlərin, karbon turşularının və ya mürəkkəb efirlərin təsiri ilə yenidən efirləşməsinə əsaslanır: R'COOR + ROH = R'COOR + ROH R'COOR + RCOOH = RCOOR + R'COOH R'COOR + RCOOR' = R'COOR' + RCOOR Efirləşmə və ya yenidənefirləşmə reaksiyaları dönəndir. Efirləşmə və ya yenidən efirləşmə reaksiyaları zamanı tarazlığı nəzərdə tutulan maddənin alınması istiqamətinə yönəltmək məqsədilə, reaksiya nəticəsində alınan məhsullardan biri qarışıqdan çıxarılmalıdır (əksər hallarda asan uçucu spirt, efirləri, turşu və ya su reaksiya qarışığından çıxarılır; ilkin maddələr nisbətən aşağı qaynama temperaturuna malik olduğu halda isə azeotrop qarışıqdan suyu qovurlar). •Karbon turşularının anhidridlərinin və hallogenhidridlərinin spirtlərlə qaşılıqlı təsiri, məsələn etilasetatın sirkə anhidridi və etil spirtindən alınması: (CH3CO)2O + 2 C2H5OH = 2 СН3COOC2H5 + H2O •Turşuların duzlarının alkilhallogenlərlə reaksiyasından: RCOOMe + RX = RCOOR' + MeX X=(F2,Cl2,Br2,İ2) •Turşuların (o cümlədən Lüis turşularının) iştirakı ilə karbon turşularının alkenlərə birləşməsi: RCOOH + R'CH=CHR = RCOOCHR'CH2R •Turşu iştirakı ilə nitrillərin alkoqollaşdırılması: RCN + H+ → RC+=NH RC+=NH + R’OH → RC(OR')=N+H2 RC(OR')=N+H2 + H2O → RCOOR' + +NH4 •Arilalkiltriazenlərlə karbon turşularının alkilləşməsilə ArN=NNHR + R1COOH → R1COOR+ ArNH2 + N2 Aşağı molekullu karbon turşularının sadə bir atomlu spirtlərdən alınan mürəkkəb efirlər rəngsiz, uçucu, əksər hallarda meyvə iyinə malik mayelərdir.
Sadə efirlər
SADƏ EFİRLƏR - üzvi maddə olub, ümumi formulu: R-O-R, Ar-O-Ar -dır. Quruluşu: a. (simmetrik) nüm.: R-O-R / dimetil efiri, dipropilefiri və s. b. (qeyri simmetrik) nüm.: R-O-R’ / metiletilefiri, etilizopropilefiri və s. Fiziki xüsusiyyətləri: Sadə efirlər eyni sayda karbon atomu saxlayan spirtlərə nəzərən daha az ərimə - qaynama temperaturuna mailk olurlar. Buna əsas səbəb isə, onların tərkibində hidrogen rabitəsinin olmaması kimi izah olunur. Simmetrik efirləri adlandırmaq üçün R-qrupunun adından sonra "efir" sözü əlavə edilər: Məs., etil efiri (dietil efiri), propil efiri (dipropil efiri), fenil efiri (difenil efiri). Etil efirini çox vaxt sadəcə efir, yafud dietil efiri adlandırırlar. Qeyri-simmetrik efirləri adlandırarkən əvvəlcə kiçik radikalı sonra isə böyük radikalı adlandırıb efir sözünü əlavə edirlər: Məs., metil etil efiri, vinil propil efiri, metil fenil efiri.
Silisium turşusunun efirləri
Silisium turşusunun efirləri - sürtkü yağları və mayelər kimi işlədilən silisium üzvi birləşmələr içərisində o-silisium turşusu efirlərinin böyük əhəmiyyəti vardır. Bu birləşmələr silisium turşusu ilə müxtəlif spirtlərin təsirindən alınınr: Efir molekulunda bir və bir neçə alkoksiqrup üzvi radikallarla əvəz oluna bilər. Bu zaman silisium turşusunun R-mono-, R-Si-(ORı)3, di-R2-Si-(OR)2 və üçalkil törəməli R3-Si-ORı efirləri əmələ gəlir. Silisium turşusunun efirləri də polisiloksanlar kimi yaxşı temperatur - özlülük xassələri, aşağı donma temperaturu, zəif uçuculuq, oksidləşməyə qarşı yüksək davamlığı(2000C-yə qədər) ilə fərqlənir. Bu efirlərin ən əhəmiyyətli xüsusiyyətlərindən biri də alışmağa qarşı davamlı olmalarıdır. o-silisium turşusunun efirləri metalların əksəriyyətini korroziyadan qoruyur və orta yağlama xassəsinə malikdir. Yağlama xassəsini yaxşılaşdırmaq üçün onlara xlor, kükürd və fosfor aşqarları qatmaq lazımdır. Silisium turşusunun efirləri və onların əsasında alınmış yağlar suyun təsirinə qarşı o qədər də davamlı deyildir. Ortasilisium turşusunun efirləri geniş temperatur hədlərində işləyən yüksək konsistent yağların hazırlanmasında, hidrosistemlərdə yüksək temperaturlu mayelər və istilikdaşıyıcılar kimi tətbiq oluna bilər. Yağlar, sürtkülər və texniki mayelər.
Kraun efirləri
Kraun efirlər (ingilis sözü crown – korona) – bir-birinin ardınca gələn etilen körpüləri -CH2-CH2- və oksigen atomlarından ibarət olan böyük tsiklik molekullardır (makrotsikllər). Bəzi hallarda O atomlarının bir hissəsi N və S atomları ilə əvəz edilib. Belə molekulların forması taca (“korona”ya) oxşayır ki, onların adı da buradan götürülüb (ingiliscə crown – korona). Kraun efirlərin makroheterotsiklində 11-dən çox atom olur ki, bunlardan ən azı 4-ü heteroatomdur. Kraun efirlərinin nomenklaturası: formula I — 12-kraun-4; (1,4,7,10-tetraoksatsiklododekan) formula II — 1,10-diaza-18-kraun-6; (4,7,13,16-tetraoksa-1,10-diazasikloокtаdekan) formula III — 1,7-ditia-15-kraun-5 formula IV — dibenzo-18-kraun-6 formula V — tsikloheksano-15-kraun-5 Formal olaraq bütün kraun efirləri heterotsiklik birləşmələr sinfinə aid etmək olar, lakin bu birləşmələrin qeyri-adi xassələri onların müstəqil sinfə ayrılmasına imkan verdi və bununla əlaqədar olaraq onların adılandırılması üçün xüsusi qaydalar təklif edildi. Addakı “kraun” sözün qarşısındakı rəqəm tsikldə olan atomların sayını, adın sonundakı rəqəm heteroatomların O, N və S sayını göstərir (şəkil 1). Adda tsikldə O atomlarının olması göstərilmir bu başa düşülür (nəzərdə tutulur), əgər tsikldə digər heteroatomlar (oksigendən başqa), məsələn azot yaxud kükürd varsa, onların sayı adın əvvəlinə di-, yaxud tri- söz önlüyü əlavə edilməklə, tsikldəki vəziyyəti rəqəm indeksləri ilə göstərilir, əvvəlcədən tsikldəki bütün atomlar nömrələnir. Kraun efirlərin tərkibində sadə efirlərə xas olan C-O-C fraqmenti olur, həmçinin onların tərkibində amin fraqmenti C-NH-C, yaxud tioefir frqmenti C-S-C ola bilir. Bu sinif maddələrin xarakterik xüsusiyyəti tərkibindəki oksigen, azot və kükürdün bölünməmiş elektron cütünün hesabına kompleks əmələ gətirmək qabiliyyətidir. Bu xüsusiyyət kraun efirlərində tsikldə çox sayda heteroatomların olması hesabına dəfələrlə güclüdür.
Efor
Efor (q.yun. Έφορος; təq. e.ə. 400, Kyme, İzmir ili – təq. e.ə. 330) — məşhur qədim yunan tarixçisi. Eolidanın Kima şəhərində anadan olmuşdur. Təqribən e.ə. 405-330-cu illərdə yaşamışdır. İsokratın şagirdi olan Eforu tarixi tədiqatlarla yönəltmişdi.
Kefir
Kefir — yüksək kalorili qida məhsuludur. O südün mayalanmasından əldə edilir. Adətən açıq-sarı rəngdə olur. Kefir nədir?
Efil (Əhər)
Efil (fars. افيل‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 1,639 nəfər yaşayır (376 ailə).
Efim Heller
Efim Heller (ukr. Юхим Петрович Геллер, ing. Efim Geller; 8 mart 1925, Odessa, Ukrayna SSR) sovet şahmatçısı, qrosmeyster. Efim iki dəfə Sovet Çempionu (1955, 1979) və altı dəfə Dünya Çempionluğuna namizəd olub (1953, 1956, 1962, 1965, 1968, 1971). O, dörd dəfə Ukrayna Çempionluğu titulunu qazanıb (1950, 1957, 1958, 1959). Heller Dünya Çempionu Boris Spasski və Anatoli Karpovun məşqiçisi kimi də fəaliyyət göstərib. Şahmatçı eyni zamanda yazıçılıqda edib. Heller Odessada yəhudi ailəsində böyüyüb. Heller şahmat üzrə ixtisaslaşmamışdan əvvəl yaşsı basketbol oynayırdı və bədən tərbiyyəsi doktorluğunu qazanmışdır. Ən yaxşı oyuncu kimi onun inkişafını İkinci Dünya Müharibəsinin başlanması gecikdirdi.
Emir Kusturitsa
Emir Kusturitsa (serb.: Емир Кустурица; d. 24 noyabr 1954-cü il, Sarayevo, Yuqoslaviya) serb rejissorudur. 24 Noyabr 1954-cü ildə Yuqoslaviya'da, Bosniya və Herseqovina SRnın paytaxtı Sarayevoda Boşnak müsəlman bir ailədə dünyaya gəlmişdir. Atası Murat Kusturitsa Sarayevo Məlumatlandırma Bürosunda jurnalist, anası Senka Numankadiç məhkəmə katibi idi. 2005-ci iıdə atası həyatda olmadığı bir zamanda verdiyi bir müsahibədə atasının özünü serb hesab etdiyini və ateist olduğunu bildirmişdir. 2001-ci ildə sənədli film yaratmağa başlamışdır. 1986-cı ildən etibarən gitara çaldığı qaraçı texno-rok qrupu 'No Smoking' orkestrasının turlarında yaşadıqlarını nəql etdiyi Super 8 Stories / Super 8 tarixçəsi (film, 2001) ilə Çikaqo Film Festivalında 'Ən yaxşı sənədli film' nominasiyasında 'Gümüş Plaket' qazanmışdır. Life is a Miracle / Həyat möcüzədir (film, 2004) isə Kann kinofestivalının nominasiya verilən filmləri arasında yer almışdır. 1986-1988-ci illər arasında Sarayevodan olan rok qrupu "Zabranjeno Pušenje"-də bass gitara çaldı. Kusturitsa qrupda əhəmiyyətli bir rol oynamamasına baxmayaraq qrupun adı Emir Kusturica & No Smoking Orchestra olaraq dəyişdirilmişdir.
Emir Kusturiça
Emir Kusturitsa (serb.: Емир Кустурица; d. 24 noyabr 1954-cü il, Sarayevo, Yuqoslaviya) serb rejissorudur. 24 Noyabr 1954-cü ildə Yuqoslaviya'da, Bosniya və Herseqovina SRnın paytaxtı Sarayevoda Boşnak müsəlman bir ailədə dünyaya gəlmişdir. Atası Murat Kusturitsa Sarayevo Məlumatlandırma Bürosunda jurnalist, anası Senka Numankadiç məhkəmə katibi idi. 2005-ci iıdə atası həyatda olmadığı bir zamanda verdiyi bir müsahibədə atasının özünü serb hesab etdiyini və ateist olduğunu bildirmişdir. 2001-ci ildə sənədli film yaratmağa başlamışdır. 1986-cı ildən etibarən gitara çaldığı qaraçı texno-rok qrupu 'No Smoking' orkestrasının turlarında yaşadıqlarını nəql etdiyi Super 8 Stories / Super 8 tarixçəsi (film, 2001) ilə Çikaqo Film Festivalında 'Ən yaxşı sənədli film' nominasiyasında 'Gümüş Plaket' qazanmışdır. Life is a Miracle / Həyat möcüzədir (film, 2004) isə Kann kinofestivalının nominasiya verilən filmləri arasında yer almışdır. 1986-1988-ci illər arasında Sarayevodan olan rok qrupu "Zabranjeno Pušenje"-də bass gitara çaldı. Kusturitsa qrupda əhəmiyyətli bir rol oynamamasına baxmayaraq qrupun adı Emir Kusturica & No Smoking Orchestra olaraq dəyişdirilmişdir.
Epir (periferiya)
Эпи́р (yun. Περιφέρεια Ηπείρου) — Yunanıstanın 13 periferiyasından biri, Epir tarixi regionun cənub hissəsini əhatə edir. Epir və Qərbi Makedoniya desentralizasiya idarəsinə daxildir. Əhalisi 336.856 nəfər. Sahəsi 9203,217 km². Sıxlığı 36,6 nəf/km². Ən böyük şəhəri və inzibati mərkəzi — Yanina şəhəridir. 2010-cu ildə periferiarx Aleksandros Kaxrimanis (Αλέξανδρος Καχριμάνης) seçilmişdir.
Epir çarlığı
Epir çarlığı (yun. το Βασίλειο της Ηπείρου), həmçinin Epir dövləti və ya Epir despotluğu (yun. Δεσποτάτο της Ηπείρου) — 1204-cü ildə Dördüncü Səlib yürüşündən sonra özünü Bizans imperiyasının varis dövlətlərindən biri hesab edən, Angellər sülaləsinin bir qolu tərəfindən qurulan yunan dövləti. O, Nikeya imperiyası və Trapezund imperiyası ilə birlikdə Bizans imperiyasının qanuni varisi olduğunu iddia etmiş, hökmdarları 1227–1242-ci illərdə qısa müddətə özlərini imperator elan etmişdilər (bu dövrdə daha çox Fessaloniki imperiyası adlanır).
Esfir Şub
Esfir İlyiniçna Şub (rus. Эсфирь Ильинична Шуб; 16 mart 1894, Suraj[d], Çerniqov quberniyası[d] – 21 sentyabr 1959[…], Moskva) — Rus-sovet kinorejissoru, kinossenarist, kinomontajçı, kinotənqidçi, RSFSR-in Əməkdar artisti (1935). Esfir Şub 1910–1917-ci illərdə Moskvada Ali qadın kurslarında ədəbiyyat təhsili almış, 1919-cu ildən kinoda fəaliyyət göstərmişdir. 1922-ci ildən "Dövlətkino" kinostudiyasında xarici və kinostudiya filmlərinin montajçısı işləmişdir. Rejissor fəaliyyətinə 1926-cı ildə "Mosfilm" kinostudiyasında başlamış, 1942–1953-cü illər ərzində isə Mərkəzi Sənədli Filmlər Studiyasının rejissoru olmuşdur. Azərbaycanın müstəqilliyinin ildönümü münasibətilə təntənə (film, 1919) (tammetrajlı sənədli film) Arazın o tayında (film, 1947) Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər.
IAI Kfir
IAI Kfir (İv כְּפִיר, “Aslan balası”) IAI tərəfindən buraxılmış İsrail istehsalı bir döyüş təyyarəsidir. Təyyarənin ilk prototipi 19 oktyabr 1970-ci ildə istehsal edilmiş, ilk uçuşunu 1973-cü ilin iyununda etmiş və 1976-cı ildə istismarına başlanılmışdır. Kfir, Fransa mənşəli Dassault Mirage V bazasında hazırlanmışdır və General Electric J79 mühərriki və İsrail istehsalı avionika və silahlarla təchiz edilmişdir.
Afir (Əlcəzair)
Afir (ərəb. أعفير‎) — Əlcəzairin şimalında, Bumerdes vilayətində kommuna. Kommuna vilayətin şimal hissəsində, dəniz səviyyəsindən 17 metr yüksəklikdə, 62 km2 ərazidə yerləşir. 2008-ci ildə əhalinin sayı 13,223 nəfər idi.
Epir despotluğu
Epir çarlığı (yun. το Βασίλειο της Ηπείρου), həmçinin Epir dövləti və ya Epir despotluğu (yun. Δεσποτάτο της Ηπείρου) — 1204-cü ildə Dördüncü Səlib yürüşündən sonra özünü Bizans imperiyasının varis dövlətlərindən biri hesab edən, Angellər sülaləsinin bir qolu tərəfindən qurulan yunan dövləti. O, Nikeya imperiyası və Trapezund imperiyası ilə birlikdə Bizans imperiyasının qanuni varisi olduğunu iddia etmiş, hökmdarları 1227–1242-ci illərdə qısa müddətə özlərini imperator elan etmişdilər (bu dövrdə daha çox Fessaloniki imperiyası adlanır).
Epir dövləti
Epir çarlığı (yun. το Βασίλειο της Ηπείρου), həmçinin Epir dövləti və ya Epir despotluğu (yun. Δεσποτάτο της Ηπείρου) — 1204-cü ildə Dördüncü Səlib yürüşündən sonra özünü Bizans imperiyasının varis dövlətlərindən biri hesab edən, Angellər sülaləsinin bir qolu tərəfindən qurulan yunan dövləti. O, Nikeya imperiyası və Trapezund imperiyası ilə birlikdə Bizans imperiyasının qanuni varisi olduğunu iddia etmiş, hökmdarları 1227–1242-ci illərdə qısa müddətə özlərini imperator elan etmişdilər (bu dövrdə daha çox Fessaloniki imperiyası adlanır).
Emir Teymur
Teymur (çağatay. تیمور‎; 9 aprel 1336[…] və ya 1336, Şəhrisəbz, Cığatay xanlığı – 19 fevral 1405 və ya 1405, Otrar, Teymurilər dövləti) — türk sərkərdə, Mərkəzi, Qərbi və Şərqi Asiyanın, habelə Qafqazın, Rusun və Volqaətrafı bölgələrin tarixində böyük rol oynamış şəxsiyyət, Teymurilər dövlətinin banisi. 1370-ci ildə Əmir titulu almış Teymurun adı Azərbaycan dilində olan tarixi ədəbiyyatlarda daha çox Əmir Teymur kimi qeyd olunur. Ərəb ad qoymasına əsasən Teymurun tam adı Teymur ibn Tarağay Barlas (Tīmūr ibn Taraġay Barlas — Barlaslı Tarağayın oğlu Teymur) olub. Çağatay və monqol dilində Temür və ya Temir sözləri "dəmir" mənasını verir. Orta əsr rus mənbələrində Teymurun adı "Topal Teymur" kimi də qeyd olunub. Çingizlilər sülaləsindən olmadığı üçün Teymur formal olaraq böyük xan titulu daşıya bilməzdi. Elə buna görə də o, özünə əmir (tayfa başçısı) titulunu götürür. 1370-ci ildə Çingizlilər sülaləsi ilə qohumlaşan Teymur özünə Gürkan (fars. Timūr Gurkānī, تيموﺭ گوركانی‎) titulunu götürür.
Efi Aktsioğlu
Efi Aktsioğlu (yun. Έφη Αχτσιόγλου 4 yanvar 1985) — Yunan qadın siyasətçisi. Radikal Sol Koalisiya Partiyasının üzvü. 2019-cu ildən Yunanıstan Məclisinin üzvü. 2016-2019-cu illərdə əmək, sosial sığorta və sosial təminat naziri. 4 yanvar 1985-ci ildə Janniça şəhərində anadan olub. Saloniki Aristotel Universitetinin Hüquq fakültəsini bitirib. Bakalavr dərəcəsini, 2009-cu ildə isə beynəlxalq ictimai hüquq və siyasi elmlər ixtisası üzrə fərqlənmə diplomu ilə magistr dərəcəsini bitirib. 2014-cü ildə professor Aristidis Kazakosun (Αριστείδης ΚαΚ) rəhbərliyi altında əmək hüququ üzrə doktorluq dissertasiyasını müdafiə edir. 2009-2013-cü illərdə Salonikidə Aristotel Universitetinin hüquq şöbəsində işləmişdir.
Keyp-Fir
Keyp-Fir (ing. Cape Fear) ― Şimali Karolina sahillərində Keyp-Fir çayının mənsəbini Atlantik okeanından ayıran dil. Çayın hövzəsi boyunca Uilminqton şəhəri yerləşir. Şimali Karolina ştatı əhalisinin dörddə biri burada yaşayır. Keyp-Fir özünün qumlu çimərlikləri ilə seçilir. Bold-Hed-Aylend kəndində yaşayış məntəqələri vardır ki, onlarda dilin qurtaracağına yaxın yerləşir. Burada avtomobillərin hərəkəti qadağandır. Dil ərazisində Cey Li Tomsonun «Qorxu burnu (1962)» və Martin Skorsezenin «Qorxu burnu (1962)» filmləri çəkilmişdir. Dilin dayazlıqları hər zaman dənizçilərdə qorxu yaradırdı. Buranı Kiçik Atlantida qəbrstanlığı adlandırırlar.
Emir Han Topçu
Emir Han Topçu (11 oktyabr 2000-ci ildə Bandırmada anadan olub) — Türkiyə Birinci Liqası təmsilçilərindən olan Çaykur Rizəspor klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Türkiyəli futbolçudur. Emir Topçu Çaykur Rizəspor akademiyası vasitəsilə inkişaf etmişdir. Topçu öz peşəkar karyerasında debütünü 21 sentyabr 2017-ci ildə Nevşehirspor klubuna qarşı oyunda etmişdir. O, 66-cı dəqiqədə Halil Sönmezi əvəz etmişdir. Həmin görüşdə Rizəspor kubok görüşündə rəqibinə 3-0 hesabı ilə qalib gəlmişdir. 8 fevral 2018 tarixində yenilənib 1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Türkiyə Superkuboku görüşləri daxildir.
Emir Kusturitsanın filmoqrafiyası
Bu cədvəldə Emir Kusturiçanın 1978-ci ildən bəri çəkdiyi filmlərin siyahısı verilib.
Emir Kusturiçanın filmoqrafiyası
Bu cədvəldə Emir Kusturiçanın 1978-ci ildən bəri çəkdiyi filmlərin siyahısı verilib.
Səfir
Səfir — xarici dövlətdə və ya beynəlxalq təşkilatda dövlətin yüksək çinli diplomatik nümayəndəsi. Səfirlər dövlət başçısı tərəfindən təyin olunur.
Əmir
Əmir—Ərəbcə başçı, şah. Ərəblər ölkəni işğal etdikdə burada rast gəldikləri inzibati və idarəetmə aparatına toxunmadilar. Onlar bizanslılar və sasanilərdən görkəmli qoşun başçılarının idarəsinə verilən canişinlik sisteminə yiyələnib geniş istifadə etməyə başladilar. Canişinlər əmir (ilk zamanlar: amil) ,canişinlik isə əmirlik adlanırdı. Xilafət əmiri onun hakimiyyətinə verilən torpaqları xəlifənin fərmanı ilə ,ixtiyarında olan orduya arxalanaraq idarə edirdi. Əməvilərin hökmranlığı illərində 5-9 , Abbasilərin hökmranlığı illərində isə 14 canişinlik yaradılmışdı. Hər bir əmirlik fəth olunmuş bir sıra ölkənin torpaqlarını əhatə edən geniş ərazini birləşdirir, bu birləşik ərazi əyalət adlanırdı. Əmirəlüməra—Əmirlər əmiri.
Əsir
"Əsir" bura istiqamətləndirir. Girov və ya əsir — müharibə və ya müəyyən hərəkətlərdə qabaqlayıcı tədbir kimi təhlükəsizlik məqsədləri üçün varlıqların və ya şəxslərin tutulması və ya saxlanmasıdır. Girov qismində tutulan varlıq və ya şəxs girov və ya əsir adlanır. İndiki müasir istifadədə, müharibələrdə deyil, hər hansı bir cinayətdə iştirak etmiş şəxsin və qrupun, işəgötürən, hüquq-mühafizə orqanları və ya hökumət orqanlarına zorla tələblərini qəbul etdirməyə və tələb yerinə yetirildikdən sonra sərbəst buraxılan şəxsə deyilir. Girov götürən şəxs məhkumlara fiziki zərər verə bilər.
Ətir
Ətir — iyli əsas yağlar, aroma mürəkkəblər, fiksasiyaedicilər və ya həlledicilərin qarışığı. İnsan bədəninə, heyvanlara, obyektlərə və yaşayış fəzalarına xoş iy vermək üçün istifadə edilir. Qədim dövrlərdə çinlilər, hindular, israillilər, misirlilər, ərəblər, yunanlılar və romalılar tərəfindən istifadə olunmaqda idi. Latın dilindən tamamilə uçucu mənasına gələn per fumum sözündən meydana gəlmişdir.
Fır-fır səhləb
Purpur səhləb (lat. Orchis purpurea) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin səhləb cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status / National IUCN Status: "Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir –EN B1ab (i, iii, iv) + 2ab(iv). Azərbaycanın nadir növüdür. Çoxillik ot bitkisidir. Kökyumrusu uzunsov və ya uzunsov- yumurtavaridir. Gövdəsi 30-80 sm hündürlükdədir. Yarpaqları enli-oval və ya lansetli, ellipsşəkilli, küt, 3-6 sm enində, 20 sm-dək uzunluqdadır. Çiçəkləri iri, vanil iylidir. Çiçək qrupu sıx, uzunsov-yumurtavaridir.
Gur-Əmir
Əmiri-Gur və ya Gur-Əmir – Orta Asiyanın görkəmli abidələrindən biri. Səmərqənddə XV əsrin əvvəllərinə aid türbə. Teymurun əmrilə tikilmişdir. 1420-ci illərdə Uluqbəy tərəfindən genişləndirilmişdir. Teymur, Uluqbəy və b. Teymurilər burada dəfn olunmuşlar.
İbn Əsir
Əbülhəsən Əli bin Muhamməd bin Muhamməd bin Abdurkərim əş-Şəbəbəni əl-Cəzri Əbu əl-Fəth İzzəddin və ya İzzəddin İbn əl-Əsir (12 may 1160, Cəzirət Ömər – 1233, Bağdad) — Kürd və Ərəb əsilli İslam tarixçisi. Əbülhəsən Əli bin Məhəmməd 1160-cı ildə İraqda Cəzirət Ömərdə anadan olmuş, gəncliyi Mavsid şəhərində keçmişdir. Suriya və Fələstində təhsil almışdır. Həyatı Səlib müharibəsi illərinə təsadüf etmiş və bir çox döyüşlərin iştirakçısı olmuşdur. Misir və Suriya hakimi Səlahəddinin Əyyubinin yaxın adamı kimi bir sıra diplomatik missiyaları yerinə yetirmişdir. Bu səfərlər zamanı da gələcək əsərləri üçün külli miqdarda məlumatlar toplamışdır. Yalnız bundan sonra doğma şəhəri Mavsidə qayıdıb, əsərlərini yazmağa başlamış və bütün ərəb aləmində şöhrət qazanmışdır. İbn əl-Əsirin "Kitab əl-lübab" əsəri 1835-ci ildə Gettingendə «Specimen al-Lobabi, sive Genealogiarum» adı altında nəşr olunmuşdur. Ən böyük və ən qiymətli əsəri "Əl kamil fi-t tarix" (Mükəmməl tarix) qədim dövrlərdən 1231-ci ilə qədərki hadisələri əhatə edir. Bu əsərin ən qiymətli hissələri Azərbaycanla bağlı səhifələrdir.
Əlfir Mannapov
Əlfir Mannapov (başq. Маннапов Әлфир Ғабдулла улы; 24 fevral 1954, Buzdək rayonu, Başqırd MSSR) — Rus və başqırd bioloq. Biologiya elmləri doktoru (1999), professor (1999). 2010-cu ildən etibarən K. A. Timiryazev adına Moskva Kənd Təsərrüfatı Akademiyasında Balıqçılıq və Arıçılıq şöbəsinin müdiridir, 2006–2010-cu illərdə eyni yerdə arıçılıq şöbəsinin müdiri və 1991–96, 2000–2006-cı illərdə Başqırd Dövlət Aqrar Universitetinin Arıçılıq kafedrasının müdiri. Rusiya Federasiyasının Ali Peşə Təhsilinin Fəxri İşçisi (2013). Başqırdıstan Respublikasının əməkdar elm xadimi (2003). Kənddə anadan olub. BASSR-in Buzdək rayonunun Köhnə Boqadı. Başqırd Kənd Təsərrüfatı İnstitutunun (indiki Başqırdıstan Dövlət Aqrar Universiteti zoopark mühəndisliyi fakültəsini arıçılıq ixtisasını fərqlənmə diplomu ilə bitirib, sonra 1981-ci ilə qədər orada çalışır. 2000-ci ildən bəri Başqırdıstan Dövlət Aqrar Universitetində dissertasiya şurasının sədri olur.
Əmir (Askın)
Əmir (başq. Әмир, rus. Амирово) — Başqırdıstan Respublikasının Askın rayonunda yerləşən kənd. Kənd Kaşka kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Askın): 4 km, kənd sovetliyindən (Kaşka): 2 km. ən yaxın dəmiryol stansiyasından (Kueda stansiyası): 37 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə başqırdlar (99 %) üstünlük təşkil edir.