EŞŞƏK

сущ. 1. лам; // ламран; eşşək arabası ламран араба; 2. даях (эцигунрин крара са затӀунин заланвал хуьн патал вахтуналди кӀаникай кутадай дестек); 3. пер. рах. къанмаз, кубут, куьт, ахмакь, авам касдин гьакъинда; 4. спорт. лам (винел гимнастикадин гьерекатар ийидай); ** eşşək nə bilir zəfəran (plov) nədir, eşşək nə bilir xurmanın dadını ламраз мухан къадир вуч чир хьуй (гзаф къанмаз, писни-хъсанди сад-садакай ччара ийиз тежер касдин гьакъинда); iki eşşəyin arpasını bölə bilməmək кьве ламран мух пайиз тахьун (гьич са кардални алакьунар авачир касдин гьакъинда).
EŞSİZ
EŞŞƏKARISI
OBASTAN VİKİ
Eşşək
Ulaq, uzunqulaq və ya eşşək (lat. Equus asinus asinus) — təkdırnaqlılar dəstəsinin atlar fəsiləsinə aid afrika eşşəyi növünün əhliləşdirilmiş yarımnövü. Təsərrüfatda mühüm əhəmiyyət kəsb etmişdir. Dünyada 40 milyondan çox uzunqulaq yaşayır və onların əksəriyyəti inkişaf etməmiş ölkələrdədir. Onlar tez-tez ağır yüklərin daşınması və ya arabaların çəkilməsi kimi işlərdə istifadə olunur və gücü və dözümlülüyü ilə tanınır. Uzunqulaqların ömrü təxminən 30 ilə yaxındır. Uzunqulaqlar ən çox istismara və pis rəftara məruz qalan heyvanlar sırasındadır. Uzunqularların hündürlükləri 1–1.4 metrə çatır. Onların iri başları və uzun yumşaq qulaqları olur. Vəhşi afrika eşşəkləri qırmızı dəniz sahillərində Somalidə, Eritreyadq və Şimali Efiopiyada yaşayırlar.
Eşşək şousu
Eşşək şousu — qadının eşşəklə zoofilik əlaqədə olduğu canlı seks şousu növü. Şəhər əfsanəsinə və bəzi bədii əsərlərə görə, bu, bir vaxtlar Meksikanın sərhəd şəhəri Tixuanada, xüsusən XX əsrin ortalarında həyata keçirilmişdir. Qustavo Arelyano "Meksikalıdan soruş" adlı köşə yazısında bu cür eşşək şoularının real olmadığını iddia etmişdir. 2008-ci ilin sonlarında Tixuanaya səfər etmək üçün bir səbəb kimi qeyd edilmişdir. == Populyar mədəniyyətdə == 2005-ci ildə bu terminin "tam qarışıqlığa" çevrilmiş vəziyyəti təsvir etmək üçün istifadə edildiyi iddia olunmuşdur. Buna misal olaraq Meksikada hökumət və xəbər mediasının vəziyyəti göstərilmişdir.
Eşşək-meydanı aşırımı
Eşşək-meydanı aşırımı – Ordubad rayonu ərazisində, Zəngəzur silsiləsinin suayırıcısında, Gilançayın mənbə hissəsində aşırım (hünd. 2862,0 m). Orta Eosenin Lütet mərtəbəsinə aid çökmə (Alt Paradaş yarımlay dəstəsi) və vulkanogen-çökmə (Biləv lay dəstəsi) süxurlardan təşkil olunmuş hamar səthli gəzdəkdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin şimal-şərq qurtaracağında müşahidə edilən Əyridağ sinklinalının nüvə hissəsində yerləşir. Cənub yamacında andezit tərkibli subvulkanik kütlə açılır. Səthində və yamaclarında şimal-şərq və şimal-qərb istiqamətli fay qırılmaları, həmçinin dioritli porfirit və siyenit-diorit daykaları izlənilir.
Eşşək arısı (komiks)
Arı (ing. Wasp) — Marvel Comics tərəfindən yaradılmış super qəhrəman personajı. Sten Li və Cek Körbi tərəfindən yaradılmış və ilk dəfə "Heyranedici hekayələr" komiksinin 1963-cü ilin iyununda çıxan sayında yer almışdır. "Şirin" ləqəbli bu personajın əsas gücləri böcək qanadları vasitəsilə uçmaq, əlindən bioelektrik iynələr göndərmək və böyüdüb-kiçilməkdir. Arı Qisasçıların qurucu üzvlərindəndir və uzun illər komandanın üzvü olmuşdur. Partneri və həyat yoldaşı Henk Pim olmuşdur. 2011-ci ilin martında IGN "Ən yaxşı komik super qəhrəmanları" siyahısında Arını 99-cu yerdə göstərmişdir. "Comics Buyer's Guide" jurnalının "Ən cazibədar qadın komiks super qəhrəmanları" siyahısında 94-cü yeri tutmuşdur. 2013-cü ildə isə Marvel.com saytı tərəfindən ən yaxşı 5-ci Qisasçı seçilmişdir. == Bioqrafiya == Canet van Din zəngin alim Vernon van Dinin qızı kimi Nyu Cersinin Kriskill şəhərində anadan olur.
Eşşək arısı (personaj)
Arı (ing. Wasp) — Marvel Comics tərəfindən yaradılmış super qəhrəman personajı. Sten Li və Cek Körbi tərəfindən yaradılmış və ilk dəfə "Heyranedici hekayələr" komiksinin 1963-cü ilin iyununda çıxan sayında yer almışdır. "Şirin" ləqəbli bu personajın əsas gücləri böcək qanadları vasitəsilə uçmaq, əlindən bioelektrik iynələr göndərmək və böyüdüb-kiçilməkdir. Arı Qisasçıların qurucu üzvlərindəndir və uzun illər komandanın üzvü olmuşdur. Partneri və həyat yoldaşı Henk Pim olmuşdur. 2011-ci ilin martında IGN "Ən yaxşı komik super qəhrəmanları" siyahısında Arını 99-cu yerdə göstərmişdir. "Comics Buyer's Guide" jurnalının "Ən cazibədar qadın komiks super qəhrəmanları" siyahısında 94-cü yeri tutmuşdur. 2013-cü ildə isə Marvel.com saytı tərəfindən ən yaxşı 5-ci Qisasçı seçilmişdir. == Bioqrafiya == Canet van Din zəngin alim Vernon van Dinin qızı kimi Nyu Cersinin Kriskill şəhərində anadan olur.
Eşşək beli sındırdı
Eşşək beli sındırdı - Azərbaycanda əsasən yazqabağı (bayramqabağı) günlərdə uşaq və gənclər arasında geniş şəkildə yayılan ən qədim oyunlardan biri. Bu oyun müəyyən mənada ənzəliyə bənzəyir, onun davamı kimidir. == Oyunun qaydaları == Oyunu keçirmək üçün iki dəstəyə ayrılmaq gərəkdir. Dəstələr halay getmək yolu ilə ayrılır. Püşk ilə uduzan dəstə bir-birinin arxasından yapışaraq əyilir, o biri dəstə isə onların belinə tullanıb otururlar. Əgər bu arada dəstədən biri yıxılırsa, dəstələr yerlərini dəyişdirir.
Qarışqa-adam və Eşşək arısı (film, 2018)
Qarışqa-adam və Eşşək arısı (ing. Ant-Man and Wasp) — Marvel istehsalı film. 2015-ci il filmi Qarışqa-adamın davam filmidir. Kapitan Amerika: Qəhrəmanların savaşı filmindən sonra ev həbsinə məhkum olan Skot Lanq həm ata həm də superqəhrəman seçimlərinin nəticələrinə tab gətirir. Skot yeni tapşırığıa başlayır. Bu tapşırıqda Eşşək arısı ilə savaşacaq.
Qarışqa-adam və Eşşək arısı: Kvantmaniya (film, 2023)
Qarışqa-adam və Arı: Kvantomaniya (ing. Ant-Man and the Wasp: Quantumania) — 2023-cü il ABŞ istehsalı Marvel Kinematoqrafiya Kainatının filmi. Filmin çəkilişləri Atlanta, London və Los-Ancelesdə aparılır.
Eşşəkquduran
Eşşəkquduran — İrəvan əyalətinin, Abaran nahiyəsində, İrəvan xanlığının, Dərəçiçək mahalıda kənd. == Tarixi == XVIII əsr erməni katalikosu və salnaməçisi İrəvanlı Simeon Keçaris monastrına məxsus kəndlər arasında Təkəlik və Eşşəkquduran kəndlərinin adlarını çəkmişdir. Keçaris monastrına məxsus olan Eşşəkquduran kəndi 1728-cil tarixli Osmanlı mənbəsinin məlumatına əsasən İrəvan əyalətinin Abaran nahiyəsində(6, s.194), xanlıqlar çağında isə İrəvan xanlığının Dərəçiçək mahalında qeydə alınmışdır.(Şopen). Bu kəndin adı İrəvan vilayətində Pəmbək dağ silsiləsinin zirvələrindən biri olan Eşşəkquduran dağının adındandır. Toponim "oşiq" və "kudur" sözlərinin birləşməsindən yaranmışdır. Buryat-monqol dillərində oşiq "külək tərəfindən çox aşınmış dağ suxuru", türk dillərində kudur "Dalğavari dağ silsiləsi" anlamındadır.(3, s.245). Əli Ömər oğlunun adına olan timar. Eşşəkquduran kəndi. Gəlir: 3.000 ağça Kənd 1828-ci ildə dağıdılmışdır.
Yaponiya nəhəng eşşəkarısı
Yaponiya nəhəng eşşəkarısı (Vespa mandarinia japonica) dünyanın ən böyük eşşəkarısı olan Asya nəhən eşşəkarısının (V. mandarinia) yarımnövüdür. Yetginliyə çatdıqlarında uzunluğu 4,5 sm-dən və qənəd açıqlığı 6 sm-dən çox olur. Böyük gözləri olan iri sarı başı, tünd qəhvəyi rəngli thorax (sinə) və sarı-qəhvəyi çizgili qarnı vardır. Başının üstündə iki gözün arasında əlavə üç ədəd kiçik sadə gözə sahibdir. Adından da məlum olduğu kimi bu növ yanlızca Yaponiya adalarına endemikdir. Kənd ərazilərində ağac oyuqlarında yuva qururlar. Yaponiyada ōsuzumebachi (オオスズメバチ(大雀蜂、大胡蜂) adı ilə bilinir ki, hərfi tərcümədə "böyük sərçə arısı" deməkdir İşcilər süfrəni qidalandırmaq üçün yem axtarar. Onların qidası həşəratın müxtəlif növlərindən, o cümlədən bitki zərərvericilərindən ibarətdir və bu səbəbə görə eşşək arıları faydalı hesab olunur. İşcilər şikarının bədənini yalınızca uçuş əzələləri kimi qida cəhətdən zəngin olan parçaları yuvaya apardıqları üçün qalan hissələri atırlar. Yuvada işcilər süfrəni qidalandırmadan əvvəl gətirdikləri qida parçalarını çeynəyib onu xüsusi bir mayeyə çevirirlər.

Значение слова в других словарях