Eşşək-meydanı aşırımı – Ordubad rayonu ərazisində, Zəngəzur silsiləsinin suayırıcısında, Gilançayın mənbə hissəsində aşırım (hünd. 2862,0 m). Orta Eosenin Lütet mərtəbəsinə aid çökmə (Alt Paradaş yarımlay dəstəsi) və vulkanogen-çökmə (Biləv lay dəstəsi) süxurlardan təşkil olunmuş hamar səthli gəzdəkdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin şimal-şərq qurtaracağında müşahidə edilən Əyridağ sinklinalının nüvə hissəsində yerləşir. Cənub yamacında andezit tərkibli subvulkanik kütlə açılır. Səthində və yamaclarında şimal-şərq və şimal-qərb istiqamətli fay qırılmaları, həmçinin dioritli porfirit və siyenit-diorit daykaları izlənilir. [1]
Eşşək-meydanı aşırımı | |
---|---|
Ümumi məlumatlar | |
Dağ sistemi | Kiçik Qafqaz |
Mütləq hündürlüyü | 2862 m |
Yerləşməsi | |
39°17′59″ şm. e. 45°57′53″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | |
|