Edikt

das; -(e)s, -e fərman, əmr
edieren
Edition
OBASTAN VİKİ
Fontenblo edikti
Fontenblo edikti — IV Henrix tərəfindən 1598-ci ildə qəbul edilmiş və Hugenotlara din azadlığını təmin edən Nant ediktini ləğv etmək üçün XIV Lüdovikin 18 oktyabr 1685-ci il tarixli edikti. == Tarixi == Nant ediktinə könülsüz tabe olan XIV Lüdovik dövründəki katolik ruhaniləri hər vasitə ilə onu məhv etməyə və ya əhəmiyyətini iflic etməyə çalışdılar. Dini təqiblər 1661-ci ildə başladı. Nant ediktinin 9-cu maddəsində 1596 və 1597-ci illərdə ibadət edildiyi yerlərdə ibadət etməyə icazə verildi. Bu əsasda katoliklər başqa yerlərdə protestant kilsələrini dağıtmağa başladılar. 2 aprel 1666-cı ildə Lui Nant edikti ilə tanınan azadlıq prinsipinin məhv edildiyi bir bəyannamə verdi. Nəhayət, 1685-ci il oktyabrın 18-də XIV Lüdovik Fontenbloda Nant ediktini ləğv edən fərman imzaladı. Bu sənəd kansler Letelye tərəfindən tərtib edilmişdir. Kral orada deyir ki, Nant fərmanı onun əcdadı tərəfindən Huqenotların lehinə onları katolik kilsəsinin bağrına qatmaq niyyəti ilə tərtib edilib, lakin təbəələrin ən yaxşı və çoxlu hissəsi katolikliyi qəbul etdiyi üçün, Nant fərmanı artıqlaması ilə çıxır. Huqenotların son məbədlərini və onların məktəblərini dağıtmaq əmri verildi.
Maksimum qiymətlər edikti
Maksimum qiymətləri fərmanı (Latınca: Edictum (Diocletiani) De Pretiis Rerum Venalim), Diocletian tərəfindən eramızın 301-ci ilində qəbul edilmiş və bir növ qiymətlərin maksimum həddinə nəzarət etmək məqsədi daşımış qanundur. Fərman bir çox məhsul üçün maksimum qiymət təyin etmiş və bu qiymətlərdən baha qiymətə məhsul satan şəxsə ölüm cəzasına qədər sanksiyalar tətbiq edilmişdir. Fərman Üçüncü Əsr Böhranı kimi tanınan böhran zamanı yaranan inflyasiyanı dayandırmaq məqsədi daşımışdır. == Əlavə ədəbiyyat == İznik, Erkan . "İmparator Diocletianus’un “Tavan (En Yüksek) Fiyatlar Fermanı” “Edictum de pretiis Rerum Venalium”". Tarih Araştırmaları Dergisi 30 (2011 ): 97-130 Frank Frost Abbott: The Common People of Ancient Rome. Studies of Roman Life and Literarture. New York 1911, Neudruck New York 1965, S. 145 ff. Hugo Blümner: Edictum Diocletiani. In: Paulys Realencyclopädie der classischen Altertumswissenschaft (RE).
Milan edikti
Milan Tolerantlıq Fərmanı, Milan Fərmanı və ya Milan Edictum (Latınca: Edictum Mediolanense, Müasir Yunanca: Διάταγμα των Μεδιολάνων, Diatagma tōn Mediolanōn) — Roma İmperiyası daxilindəki xristianlara kömək məqsədilə 313-cü ilin fevralında imzalanan razılaşma. Balkanlara nəzarət edən İmperator Licinius və Qərbi Roma İmparatoru I Konstantin, Mediolanumda (indiki Milan) bir araya gələrək, digər şeylərdən başqa, xristianlara qarşı siyasətlərini dəyişdirməyə razı oldular. Bu fərman imperator Galerius tərəfindən iki il əvvəl Serdicada imzalanmış fərmanlardan sonra verilmişdir. Milan Fərmanı, xristianlara hüquqi bir status verdi, ancaq Xristianlığı Roma İmperiyasının dövlət kilsəsi etmədi; Bu, 380-ci ildə, imperator I Theodosius dövründə Saloniki Fərmanı ilə həyata keçirildi.
Serdika edikti
Serdika edikti, həmçinin Qalerinin tolerantlıq haqqında fərmanı — 311-ci ildə Serdikada (indiki Sofiya, Bolqarıstan) Roma imperatoru Qaleri tərəfindən verilmiş fərman. Roma imperiyasında xristianlığın təqibinə rəsmi ilə son qoymuşdur. Fərman dolayısı ilə xristianlığa "religio licita" statusu vermişdir.
Hayco edikti
Hayco edikti (廃城令, Haycorey) və ya Qəsrlərin ləğvi qanunu – Meyci hökuməti tərəfindən 1873-cü ildə qəbul olunmuş, Yaponiyadakı qəsrlərin ləğvini və sökülməsini nəzərdə tutan qanun. 1875-ci ilə qədər 100-dən çox Edo dövrünə aid qəsr sökülmüşdür. Lakin XIX əsrin sonlarında qəsrlər yapon irsinin simvolu hesab olunmağa başlamış və 1891-ci ildən sonra heç bir qəsr sökülməmişdir. == Tarixi == 1615-ci ildə Tokuqava şoqunluğu "bir əyalət, bir qəsr" dekretini yayımlamışdır. Bu dekretə görə daymyolar yaşadıqları qəsr istisna olmaqla ərazilərindəki digər qəsrlərini sökməli idilər. 14 yanvar 1873-cü ildə Meyci hökuməti qəsrlərin sökülməsi və ləğvi haqqında Hayco ediktini yayımlamışdır. Qərara əsasən qəsrlər Maliyyə Nazirliyinin səlahiyyətini verilmiş, sökülməli və ya imperator ordusunun məqsədləri üçün istifadə olunmalı idi. Sökülmüş qəsrlərin materiallarından məktəb və inzibati binalar kimi tikililərin tikintisində istifadə olunmuşdur. Hayco edikti nəticəsində 1870 və 1880-ci illərdə 150-dən çox qəsr məhv edilmişdir. Bu qəsrlərə Boşin müharibəsində (1867–1868) Tokuqava şoqunluğunun tərəfindən döyüşmüş daymyoların qəsrləri də daxil idi.

Digər lüğətlərdə