EFEMEROİDLƏR

İllik vegetasiyasını qısa müddətdə (payızdan yaza kimi) başa vuran və yerüstü hissəsini yayda quruyub məhv olan çoxillik ot bitkiləri qrupu. Yeraltı hissəsi (kök yumruları, soğanaq və kökümsov) ilin çox hissəsini sakitlik halında keçirir və bir neçə il qalır. Quraqlıq E.-i səhra, yarımsəhra və bozqırlarda bitərək, həmin regionlarda otlaqların əsas yem bitkisidir. E.-ə həm də kifayət qədər rütubətli meşə və subalp (alp) zonalarında rast gəlinir. Onlar əsas meşə və subalp bitkiləri inkişafa başlayanadək öz vegetasiyasını tamamlayır. Bütün E. vegetativ çoxalır. Onların əksəriyyəti otlaq yemi kimi təsərrüfat əhəmiyyətinə malikdir, həmçinin dekorativ gülçülükdə istifadə edilir (lalə, nərgiz və digər zanbaqkimilər). Zəfəran bitkisi də efemeroidlərə aiddir.
EFEMEROFİTLƏR
EFFEKTİV ATMOSFER ÇÖKÜNTÜLƏRİ
OBASTAN VİKİ
Efemeroidlər
Efemeroidlər — illik vegetasiyanı qısa müddətə (payızdan yaza kimi) başa vuran və yerüstü hissəsi yayda quruyub məhv olan çoxillik ot bitkiləri qrupu. == Ümumi məlumat == Yeraltı hissəsi (kök yumruları, soğanaq və kökümsov) ilin çox hissəsini sakitlik halında keçirir və bir neçə il qalır. Quraqlıq efemeroidləri səhra, yarımsəhra və bozqırlarda bitərək, həmin regionlarda otlaqların əsas yem bitkidir. Efemeroidlərə həm də kifayət qədər rütubətli meşə və subalp (alp) zonalarında rast gəlinir. Onlar əsas meşə və subalp bitkiləri inkişafa başlayanadək öz vegetasiyasını tamamlayır. Bütün Efemeroidlər vegetativ çoxalır. Onların əksəriyyəti otlaq yemi kimi təsərrüfat əhəmiyyətinə malikdir, həmçinin dekorativ gülçülükdə istifadə edilir (lalə, nərgiz və digər zanbaqkimilər). Zəfəran bitkisi də Efemeroidlərə aiddir.
Efemeroidlər dəstəüstlüyü