Ein Volk, ein Reich, ein Führer
Ein Volk, ein Reich, ein Führer — Azərbaycan dilində “Tək Xalq, tək İmperiya, tək Lider” mənası verən nasional-sosialistlərin təbliğat sözü və qanunudur (prinsip).
Bu prinsip Üçüncü Reyxin xarici siyasətinin əsasını formalaşdırmışdır. Adolf Hitler 1933-cü ildə hakimiyyətə gəldikdən sonra bu məqsədə doğru addım irəliləmişdir və onu reallaşdırmağa başlamışdır. 1934-cü ildə Almaniya ilə Avstriyanın birləşdirilməsi üçün etdiyi ilk cəhd uğursuzluqla nəticələndi. Ancaq bundan sonra Versal sülh müqaviləsinə görə Fransaya verilmiş olan Saar əyaləti referendum yolu ilə yenidən Üçüncü Reyxə birləşdirildi. 1938-ci ildəki ikinci anşlüs cəhdi isə uğurla nəticələnmişdir və 1938-ci ilin mart ayında Avstriya Almaniyaya birləşdirilmişdir. Həmin ildə Hitler Çexoslovakiyanın Sudet vilayətinin Almaniyaya birləşdirilməsi üçün bu ölkəyə təzyiqlərə başladı. 1938-ci ilin sentyabr ayında baş tutmuş olan Münhen Konfransında əvvəlcə Sudet vilayəti, daha sonra isə bütün Çexoslovakiya Almaniyaya birləşdirilmişdir. Hitler “Tək Xalq, tək İmperatorluq, tək Lider” şüarını böyük miqyasda həyata keçirdikdən sonra xarici siyasətinin ikinci mərhələsi olan Lebensraum (həyat sahəsi) üçün fəaliyyətə başladı.
Lebensraum, dünyanın supergücü halına gətirmək istədiyi Almaniya üçün mərkəzi bölgə hakimiyyətinin şərt olduğunu fikirləşən Hitlerin müharibə səbəblərindən biri idi.