EKOLOGIYA
(yunan. ōikos - məskən, vətən)
1. təbiətin vahid sistemi. E. dedikdə - ətraf təbii mühit başa düşülür, bu, təbii obyektlər və təbii resurslar, o cümlədən: torpaq, su, atmosfer, hava, təbii ehtiyatlar, heyvanat və bitki aləmi, iqlim və yaхın kosmos, onların qarşılıqlı əlaqəsi və qarşılıqlı fəaliyyəti, yəni təbii sistemlərin məcmuəsidir; 2. biologiyanın bir şöbəsi; orqanizmlərin bir-biri ilə və ətraf mühit ilə qarşılıqlı münasibətlərini öyrənən elm. Müasir E., eyni zamanda cəmiyyətlə biosfer arasında qarşılıqlı münasibətləri (təsiri) haqqında elm (yaxud elmlər kompleksi) kimi başa düşülür. “E.” anlayışını elmə 1866-cı ildə alman zooloqu E.Hekkel daxil etmişdir.