EKZOGEN ÇATLAR

müxtəlif ekzogen proseslər nəticəsində səthdə əmələ gələn çatlar. трещины экзогенные exogenic fissures, exogenic fractures
EKZARASİYA
EKZOGEN PROSESLƏR/EKZOGEN QÜVVƏLƏR
OBASTAN VİKİ
Çatlar
Çatlar — süxurlarda, demək olar ki, cüzi və ya da heç bir yerdəyişmə yaratmayan qırılmalar. Çatlar mənşəyinə görə tektonik (tektoklazlar) və qeyri-tektonik olurlar. Daha çox yayılmış birincilər bu və ya digər dərəcədə düzgün həndəsi şəbəkə əmələ gətirən sistemlərdə birləşir və inkişafda olan strukturların daxilində baş verən deformasiyalarla sıx əlaqədə olurlar. Qeyri-tektonik çatlar (ilkin) poliqonal şəbəkələrlə, dəyişkən istiqamətli olması, tez-tez pazlaşması və yerləşdiyi süxurların materialının dolması ilə səciyyələnirlər. Bunların əmələ gəlməsi, əsasən, gec diagenez və epigenez prosesləri ilə bağlıdır. Yer üzərinə çıxan süxurlarda, dağ-mədən qazımalarında, kernlərdə adi gözlə müşahidə edilən çatlar makroçat adlanır. Morfoloji əlamətlərinə görə (uzunluğu və təbəqələşmə ilə qarşılıqlı əlaqəsinə görə) tektonik çatlar birinci və ikinci tərtibli çatlara bölünür. Birinci tərtibli çatlar müxtəlif litoloji tərkibli təbəqələr qrupunu kəsir, İkinci isə, adətən, eyni litoloji tərkibli bir və ya bir neçə təbəqə ilə məhdudlaşır (Smexov və b., 1962). Əlamətlərə görə müxtəlif təsnifatı təklif edilmişdir. Billinqs (1949) çatların genetik və həndəsi təsnifatını verib: 1) dartılma, qopma (qəlpələnmə), genişlənmə, çıxardılma; 2) uyğun çat, normal kəsən çat, təbəqələşməboyu çat.
Ekzogen proseslər
Ekzogen proseslər — Yer səthində və litosferin üst hissəsində günəş enerjisi, ağırlıq qüvvəsi və orqanizmlərin fəaliyyəti nəticəsində yaranan qüvvələrin təsiri ilə gedən proseslərdir. Ekzogen proseslərə süxurların aşınması, aşınma məhsullarının ağırlıq qüvvəsi, axar su, buzlaq və küləyin fəaliyyəti ilə yerdəyişməsi, çökmə süxurların və bəzi faydalı qazıntı yataqlarının əmələ gəlməsi daxildir. Azərbaycanda duz, maqnitli qum yataqları bu yolla əmələ gəlmişdir.