Elektroliz
Elektroliz — elektrik cərəyanından keçdikdən sonra elektrodlarda ikinci reaksiyalardan yaranan həll olunmuş maddələrin ayrılmasını təmin edən fiziki-kimyəvi proses. Elektroliz elektrolitdən elektrik cərəyanı keçən zaman elektrodlar üzərində maddə toplanmasına deyilir. Elektrolit elektrik cərəyanı keçirən duz,turşu və qələvi məhluluna deyilir. Elektrolitik dissosiasiya suda neytral molekulların parçalanması zamanı mənfi və müsbət ionların əmələ gəlməsinə deyilir.
Elektroliz qanunu:Elektroliz zamanı elektrodlar üzərində ayrılan maddənin kütləsi elektrolitdən keçən yükün miqdarı ilə düz mütənasibdir,m=k.q və ya m=kJt.Burada m-elektrodda ayrılan maddənin kütləsi,q- elektrolitdən keçən yükün miqdarı,k isə mütənasiblik əmsalı olub maddənin elektrokimyəvi ekvivalentidir.BS-də ölçü vahidi 1kq/kl-dur. Maddənin elektrokimyəvi ekvivalenti elektrolitdən 1kl yük keçdikdə ədədi qiymətcə elektrodda ayrılan maddənin kütləsinə bərabərdir və maddənin növündən asılı olan sabitdir.Elektrolizdən texnikada müxtəlif məqsədlər üçün istifadə edilir.Məsələn,elektroliz üsulu ilə bir metalın səthi başqa metalın nazik təbəqəsi ilə örtülür(nikelləmə, xromlama, qızıl çəkmə və s.). Bu örtük metalın səthini xarici təsirlərdən (məsələn, korroziyadan)qoruyur.Elektrolizin tətbiqi ilə metallar aşqarlardan təmizlənir, mürəkkəb relyefli iri ölçülü mis örtüklər alınır(qalvanoplastika). Rus alimi B.S.Yakobi 1836-cı ildə qalvanoplastika üsulu ilı Leninqraddakı İsaak kilsəsi üçün içi boş fiqurlar hazırlamışdır.