Elektrostatik plotter
Elektrostatik plotter – görüntünü kağız üzərində qələmlə cizgilər çəkmək yolu ilə deyil, nöqtəli rastr əsasında formalaşdıran plotter növü. Standart plotterlər məlum koordinatlar üzrə cizgilər çəkən vektor qurğular olsalar da, elektrostatik plotterlər görüntünü elektrostatik örtüklü kağıza köçürür (vurur). Bundan sonra, boyaq hissəcikləri vurulmuş nöqtələr özlərinə cəzb olunmaqla kağız boyaq maddəsində emal olunur və görüntünün yaranması başa çatır. Bu anlamda elektrostatik plotterlər funksional olaraq ənənəvi plotterlərdən daha çox lazerli printerlərə oxşayır. Elektrostatik plotterlər iri, mürəkkəb şəkilləri qələmli plotterlərdən təxminən 50 dəfə tez yarada bilir, buna görə də, onlar bahalıdır.
İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 253 s.