Elməddin Nəsibov (baş leytenant)
Elməddin Süleyman oğlu Nəsibov (1989; Tovuz, Azərbaycan — 16 iyun 2021; Cicimli, Laçın, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, şəhid.
== Həyatı ==
Nəsibov Elməddin Süleyman oğlu 1989-cu ildə Tovuz şəhərində anadan olmuşdur. 1996-cı ildə Tovuz şəhər N.Tusi adına tam orta məktəbin 1-ci sinfinə daxil olub və 2007-ci ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir.
== Təhsili ==
O, 2007-ci ildə Azərbaycan Texnologiya Universitetinin İqtisadiyyat fakültəsinə qəbul olmuşdur. 2011-ci ildə universiteti bitirərək hərbi xidmətə yollanmışdır. 2012-ci ildə hərbi xidmətini başa vurmuşdur.
== Hərbi xidməti ==
Elməddin Nəsibov 2013-cü ilin dekabrından 2015-ci ilin iyul ayınadək FHN-nin Mühafizə idarəsində Bölük komandiri vəzifəsində çalışmışdır. 2017-ci ildən isə DSX-nin Qusar rayonu Samur Keçid Məntəqəsində nəzarətçi, 2020-ci ilin yanvar ayından isə DSX-nin Horadiz Sərhəd Dəstəsində Bölük komandirinin müavini, sonra isə Bölük komandiri vəzifəsinə irəli çəkilmişdir. 27 sentyabr 2020-ci ildə başlayan 2-ci Qarabağ müharibəsi dövründə iştirak etmişdir. Hadrut, Cəbrayıl, Zəngilan və Qubadlının işğaldan azad olunması uğrundə gedən döyüşlərdə rəşadətlə iştirak etmişdir.