Elməddin Cəsur oğlu Mürsəlzadə (7 avqust 2000; əhmədbəyli, Samux rayonu, Azərbaycan — 17 oktyabr 2020; Cəbrayıl rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Elməddin Mürsəlzadə | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Qovlarsarı, Samux rayonu, Azərbaycan |
Vəfat tarixi | (20 yaşında) |
Vəfat yeri | Cəbrayıl rayonu, Azərbaycan |
Dəfn yeri | Samux, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Atası | Cəsur Mürsəlzadə |
Təhsili | Gəncə Dövlət Universiteti |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2020 |
Rütbəsi | Əsgər |
Vəzifəsi | kəşfiyyatçı, radiotelefonçu |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Cəbrayılın azad edilməsi |
Təltifləri | 2020 2020 2020 |
Elməddin Mürsəlzadə 7 avqust 2000-ci ildə Samux rayonunun Əhmədbəyli kəndində anadan olmuşdur.[1] 2006–2017-ci illərdə orta təhsil almışdır. 2017-ci ildə Gəncə Dövlət Universitetinin Qiyabi şöbəsinin "Bədən tərbiyəsi və idman müəllimliyi" ixtisasına qəbul olmuşdur.
Azərbaycan Ordusunun əsgəri olan Elməddin Mürsəlzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü, kəşfiyyatçı və radiotelefonçu olaraq iştirak etmişdir. Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Elməddin Mürsəlzadə 17 oktyabr 2020-ci ildə Cəbrayıl rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. Nəşi doğulduğu Samux rayonunun Əhmədbəyli kənd qəbirsanlığında dəfn edilmişdir.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elməddin Mürsəlzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Elməddin Mürsəlzadə ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.[3]
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Elməddin Mürsəlzadə ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.[4]