Elməddin Mikayıl oğlu Məmmədov (30 iyul 1995; Şəki kəndi, Şəki, Azərbaycan — 6 oktyabr 2020; Suqovuşan, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin MAXE əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.[1]
Elməddin Məmmədov | |
---|---|
Elməddin Mikayıl oğlu Məmmədov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Şəki kəndi, Şəki, Azərbaycan |
Vəfat tarixi | (25 yaşında) |
Vəfat yeri | Suqovuşan, Azərbaycan |
Vəfat səbəbi | Şəhid |
Dəfn yeri | Şəki |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Rütbə | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Madagizin azad edilməsi |
Təltifləri | 2020, 2020, 2020 |
Mehdi Məmmədov 30 iyul 1995-ci il tarixdə Şəki rayonunun Şəki kəndində anadan olub.[2] 2001 – 2012-ci illərdə Turan qəsəbə tam orta məktəbində təhsil alıb. 2013-cü ilin iyul ayından 2015-ci ilin yanvar ayınadək həqiqi hərbi xidmətdə olub. 2020-ci ilin yanvar ayında müddətdən artıq hərbi xidmətə qəbul edilib.[3] Vaqif Mustafayevin çəkdiyi "Xoca" filmində şəhid rolunu oynayıb.
2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Mehti Məmmədov Suqovuşan döyüslərində savaşıb. 6 oktyabr 2020-ci ildə Talış Suqovuşan istiqamətində Talış Suqovuşan istiqamətində döyüşlər nəticəsində şəhid olmuşdur. şəhid olub. 2 noyabr 2020-ci il tarixdə Şəkidə Turan qəsəbə qəbiristanlığında dəfn edilmişdir.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elməddin Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[4]
Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Elməddin Məmmədov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[5]
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elməddin Məmmədov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.[6]