Entrapment

Tələqurma – cəhd edilən müdaxilələrin aşkarlanması məqsədilə və ya hücum edənin hansı boşluqlardan istifadə edə bilməsini çaşdırmaq üçün verilənlərin emalı sistemindəki aşkar boşluqların qəsdən “gizlədilməsi”.
ENISA
Enumeration
OBASTAN VİKİ
Entrapment sindromu
Entrapment sindromu və ya dizaltı arteriyasının kompression sindromu (ing. popliteal artery entrapment syndrome (PAES)), baldırın qan təchizatının dizaltı arteriyanın (lat. arteria poplitea) ətraf toxuma, xüsusilə əzələ toxumaları ilə bitişməsi nəticəsində sıxılması və ya kompressiyası nəticəsində pozulması. Bu cür davamlı sıxılma və ya kompressiyonlar müvafiq arteriyanın divarının zədələnməsinə, tromblaşmasına, mənfəz daralmasına gətirib çıxara bilir. Əsas simptomları işemiya əlamətlərindən: müvafiq nahiyyədə ağrı, avazıma ibarətdir. Entrapment sindromun adətən cavanlarda rast gəlinir və hər iki tərəfdə müşahidə olunur. Sakit vəziyyətdə əlamətsiz olduğundan müəyyən etmək o qədər də asan olmur. Sakit vəziyyətdə (lat. a. pedicus dorsalis) üzərində belə normal nəbzi əlləmək mümkündür.