EPOS
ER-GEC
OBASTAN VİKİ
.er
.er — Eritreyanın internet kodu. IANA .er whois information Top-Level-Domain .
Er
Er – D.İ.Mendeleyevin elementlərin dövri sistemində 68-ci element. Er (departament) — Fransanın şimalında yerləşən, Normandiya regionun departamentlərindən biri. .er — Eritreyanın internet kodu.
Er (departament)
Ör (fr. və norm. Eure) — Fransanın şimalında yerləşən, Normandiya regionun departamentlərindən biri. Sıra nömrəsi — 27. İnzibati mərkəzi — Evrö. Əhalisi — 598 347 nəfər (departamentlər arasında 43-cü yer, 2014-cü ilin məlumatları.). Ör Dənizkənarı Sena, Uaza, Val-d’Uaz, İvelin, Ör və Luar, Orn və Kalvados departamentləri ilə sərhəddir. Ərazisi — 6040 km². Sena çayı və onun qolları Ör, Ept, Andel və digərləri departament vasitəsilə axır. Departamentin əsas şəhərləri Bove, Kompyen, Krey, Nojan-sür-Uaz, Sanlis, Krepi-an-Valua, Meryü, Nuayon, Montater, Klermon.
Vernon (Er)
Vernon (fr. Vernon) — Fransanın şimalında yerləşən bir şəhər, regionu Normandiya, departamenti Ör, rayonu Evrö, mərkəzi eyniadlı kanton. Əhalisi (2013) — 23 951 nəfər. Əhalinin məşğulluq quruluşu: kənd təsərrüfatı - 0,2% sənayesi - 19,1% tikinti - 6,0% ticarət, nəqliyyat və xidmət sahələrində - 41,0% dövlət və bələdiyyə xidmətləri - 33,7% İşsizlik səviyyəsi (2014) 19,7% (Fransada ümumi - 13,5%, Ör departamenti - 13,7%) təşkil edir. Adambaşı orta illik gəlir, avro (2014) - 18,693 (ümumi Fransada 20,150, Ör departamenti - 20,445). Əhali sayının dinamikası, nəf. Bad-Kissiqen, Almaniya Seuta, İspaniya Massa, İtaliya Pyer Letelye (1614—1702) — rəssam, Nikola Pussenin şagirdi Jak Lui de Tiyi (1749—1822) — Böyük Fransa inqilabının və Birinci İmperiya dövrünün generalı. Usman Dembele (d. 1997) — futbolçu, "Borussiya" klubunun və Fransa milli komandasının hücumçusu. А. Плюшар.
Er-Fors adası
Er-Fors adası (ing. Air Force Island) — Kanada Arktik arxipelaqının bir hissəsidir. Adada hazırda yaşayış yoxdur (2012). Er-Fors adası Foks körfəzinin şimal-şərq hissəsində, Baffin Torpağının cənub-qərb sahillərində yerləşir və Verdi körfəzinin cənub sərhədini təşkil edir. Baffin Torpağına minimum məsafə 20 km-dir. 11 km enində olan Koçram boğazı adanı qərbə doğru böyük Şahzadə-Çarlz adasından ayırır. Adanın sahəsi 1720 km²-dir. Sahil xəttinin uzunluğu 201 km-dir. Er-Fors adasının uzunluğu 62 km (şərqdən qərbə) və orta eni təxminən 30 km-dir (şimaldan cənuba). Adanın relyefi alçaqdır və nadir hallarda dəniz səviyyəsindən 20 metrdən yuxarı qalxır.
Er və Luar
Ör və Luar (fr. Eure-et-Loir) — Fransa şimalı mərkəzində yerləşən departament. Mərkəz - Luara vadisi regiounun departamentlərindən biri. Sıra nömrəsi — 28. İnzibati mərkəzi — Şartr. Əhalisi — 440 291 nəfər. (departamentlər arasında 55-ci yer, 2010-cu ilin məlumatları) Sahəsi — 5880 km². Departament Luara vadisində yerləşir. Departamentə 4 rayon, 29 kanton və 403 kommun daxildir. Şartr Şatodön Drö Nojan-le-Rotru Cədvəl Ör və Luar — 1790-cı ilin martında Böyük Fransız İnqilabı zamanı yaranmış ilk departamentdən biri.
Sen-Marten-d'Er
Sen-Marten-d'Er (fr. Saint-Martin-d'Hères) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Sen-Marten-d'Er kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38421. Kommunanın 2012-ci il üçün əhalisi 38105 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 206 ilə 610 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 490 km cənub-şərqdə, Liondan 100 km cənub-şərqdə, Qrenobldan 4 km şimal-qərbdə yerləşir.
Azərbaycan Xalq Cümhuriyyəti Parlamentində erməni fraksiyası
Erməni fraksiyası — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin fraksiyalarından biri; Azərbaycan Xalq Cümhuriyyətinin ümumbəşəri demokratiya ənənələrinə hörmət və sədaqətinin bariz nümunəsi. Azərbaycan Milli Şurasının 1918 il noyabrın 19-da, Cümhuriyyət Parlamentinin formalaşdırılması ərəfəsində Bakıda keçirilmiş iclasında qeyd edilirdi ki, ölkədə yaradılacaq qanunvericilik və idarəçilik hakimiyyəti orqanlarında Azərbaycan ərazisində yaşayan bütün millətlərin nümayəndələri təmsil olunmalıdır. Azərbaycan Milli Şurasının noyabrın 19-da qəbul etdiyi Azərbaycan Məclisi Məbusanının təsisi haqqında qanunda Azərbaycan ərazisində yaşayan millətlərin onların sayına müvafiq surətdə Parlamentdə təmsilçiliyi təsbit olunurdu. Həmin qanuna əsasən, Azərbaycan Parlamentində 21 erməni nümayəndəsi təmsil olunmalı idi.Bu nümayəndələrin 16 nəfəri Gəncə və Şuşadan, yəni Gəncə 8 nümayəndə, Şuşa 8 nümayəndə kimi olmalı və 5 nümayəndə də Bakıdan olmalı idi. Azərbaycan Milli Şurasının Parlamentin çağırılması ilə bağlı Bütün Azərbaycan əhalisinə! müraciətində deyilirdi: Lakin Azərbaycan Milli Şurasının səylərinə baxmayaraq, Bakıda fəaliyyət göstərən erməni və rus milli şuraları nəinki Parlamentə öz nümayəndələrini göndərmədilər, əksinə, Azərbaycan Parlamentinin fəaliyyətə başlamasına cidd-cəhdlə mane oldular. Onlar 1918 il dekabrın 7-də açı-lan Azərbaycan Parlamentinin ilk iclasında iştirakdan imtina etdilər. Ermənilər Azərbaycan Parlamentini boykot etmək taktikasını iki aydan artıq davam etdirərək, yalnız 1919 ilin fevralından Parlamentin iclaslarına qatıldılar. Özü də ermənilər Azərbaycan Parlamentində iki fraksiya — 5 nəfərdən ibarət erməni fraksiyası və 6 nəfərdən ibarət "Daşnaksütyun" fraksiyası ilə təmsil olunmuşdular. Bu fraksiyaların Parlamentdəki sonrakı fəaliyyətləri göstərdi ki, erməniləein Azərbaycan Parlamentində iştirakı Azərbaycan dövlətçiliyinin formalaşmasına, ümumən, Azərbaycan iqtisadiyyatı və mədəniyyətinin inkişafına, Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasına hər vəchlə mane olmaq, özlərinin millətçi — separatçı "Böyük Ermənistan" yaratmaq xülyasının təbliği üçün yeni bir tribuna əldə etmək məqsədi güdmüşdür.
Azərbaycan Xalq Cümhuriyyətinin Ermənistandakı diplomatik nümayəndəliyi
Azərbaycan Xalq Cümhuriyyətinin Ermənistandakı diplomatik nümayəndəliyi — Azərbaycan Xalq Cümhuriyyətinin Ermənistan Respublikasında fövqəladə və səlahiyyətli nümayəndəliyi. 1918–1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin Ermənistan, Gürcüstan, Osmanlı imperiyası, Dağlılar Respublikası və Türküstanda diplomatik nümayəndəliyi, İranda səfirliyi, Kuban və Don hökumətləri yanında səlahiyyətli nümayəndəsi, Paris Sülh Konfransında səlahiyyətli nümayəndə heyəti fəaliyyət göstərmişdir. Həmin illərdə Bakıda isə Böyük Britaniyanın, Ermənistanın, Belçikanın, Yunanıstanın, Gürcüstanın, Danimarkanın, İtaliyanın, Litvanın, İranın, Polşanın, ABŞ-nin, Ukraynanın, Finlandiyanın, Fransanın, İsveçrənin, İsveçin diplomatik nümayəndəlikləri, konsulluqları, konsul agentləri fəaliyyət göstərirdi. Azərbaycan Xalq Cümhuriyyətinin diplomatiya tarixində ən gərgin münasibətləri, şübhəsiz ki, Ermənistanla olmuşdur. Hələ müstəqillikdən öncə erməni silahlı dəstələri indiki Ermənistan ərazisində yerli azərbaycanlılara qarşı kütləvi qırğınlar törədirdilər. Müstəqillik əldə edildikdən sonra — 1918-ci ilin yayında Azərbaycanla Gürcüstan arasında nümayəndəlik səviyyəsində diplomatik əlaqələr qurulmuşdur. Azərbaycanla Ermənistan arasında birbaşa diplomatik münasibətlərin yaradılması isə yalnız 1919-cu ilin əvvəlində mümkün olmuşdur. Həmin vaxtadək Ermənistanla yazışmalar Azərbaycanın Gürcüstandakı diplomatik nümayəndəliyi vasitəsilə həyata keçirilirdi. Azərbaycanla Ermənistan arasında diplomatik yazışmalara aid sənədlər əsasən Xalq Cümhuriyyəti Xarici İşlər və Müdafiə nazirliklərinin fondlarında, Azərbaycanın Gürcüstandakı daimi nümayəndəliyinin fondunda və Sovet Azərbaycanı Xarici İşlər Komissarlığının fondlarında saxlanılır. 1918-ci il mayın 28-də dövlət müstəqilliyinin elan edilməsindən yarım ildən artıq vaxt keçməsinə baxmayaraq, Ermənistanla Azərbaycan arasında birbaşa diplomatik münasibətlər qurulması mümkün olmamışdı.
Azərbaycan Xalq Cümhuriyyətinə Ermənistanın ərazi iddiaları
Azərbaycan Xalq Cümhuriyyətinə Ermənistanın ərazi iddiaları - Azərbaycanın və Gürcüstanın tarixi torpaqlarını ələ keçirmək üçün erməni-daşnak hökuməti tərəfindən irəli sürülmüş əsassız ərazi iddiaları. Rusiya imperiyasının dağılmasından sonra CənubiQafqazda yaranmış Ermənistan (Ararat) Respublikası Azərbaycan və Gürcüstana qarşı ərazi iddiaları ilə çıxış etməyə başladı. 1918-ci il may ayının 29-da İrəvan AXC rəhbərliyi tərəfindən Ermənistana siyasi mərkəz kimi güzəşt edildi. Bu erməniləri daha da şirnikləndirdi. Ermənilər Göyçə bölgəsinə (Yeni Bəyazid qəzasının şərq hissəsi), Naxçıvan bölgəsinə (Naxçıvan, Şərur-Dərələyəz qəzaları və İrəvan qəzasının bir hissəsi), Qazax qəzasının dağlıq hissəsinə, Qarabağa və Zəngəzura qarşı ərazi iddiaları qaldırır, xəritələr tərtib edirdilər. Lakin onlar bununla da kifayətlənməyərək, AzərbaycanRespublikasını və dünya ictimaiyyətini fakt qarşısında qoymaq məqsədilə, Azərbaycanın göstərilən tarixi torpaqlarında soyqırımlarına başladılar. Azərbaycan Xalq Cümhuriyyəti olduqca mürəkkəb daxili və beynəlxalq şəraitdə Ermənistanın ərazi iddialarını rədd edir, Cümhuriyyətin ərazi bütövlüyünü təmin etmək üçün hərtərəfli iş aparır, mümkün olan bütün tədbirləri görürdü. Azərbaycan Xalq Cümhuriyyəti Ermənistan Demokratik Respublikası Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, I cild, Bakı, 2004. Nigar Jamalova. "Diplomatic Activity of the Azerbaijani Government against the Territorial Claims of the Republic of Armenia (1918-1920)".
Azərbaycan erməniləri
Azərbaycan erməniləri — Azərbaycanda, Kürəkçay müqaviləsindən sonra yaşamağa başlayan etnik xalq. Azərbaycanda ermənilərin az qala hamısı, Ermənistan tərəfindən işğal edilən və İkinci Qarabağ müharibəsinə kimi Ermənistanın nəzarətində qalan Azərbaycan ərazilərində — Dağlıq Qarabağ və Qarabağın ətrafında Azərbaycan ərazilərində və ona bitişik rayonlarda yaşayırdılar. İkinci Qarabağ müharibəsindən sonra isə Azərbaycan həmin əraziləri nəzarət altına almışdır. Azərbaycanın yurisdiksiyasında yaşamaq istəməyən ermənilər buranı tərk edib. 20 sentyabr 2023-cü ildə Azərbaycanın Dağlıq Qarabağda separatçı erməni Dağlıq Qarabağ Respublikasına qarşı hərbi hücumunu dayandıran atəşkəs razılaşmasından sonra, ermənilər Dağlıq Qarabağı sentyabrın sonunda və oktyabrın əvvəllərində tərk edib. Hesablamalara görə, Dağlıq Qarabağda təxminən 50 erməni qalıb.
Ağa Yaqub Erməni
Yaqub Markaryan- Ağa Yaqub Erməni, Aqa Yaqub Erməni Mirzə Yaqub Erməni və ya Ağa Yaqub İrəvani kimidə tanınan Gürcüstan ermənilərindən olan Fətəli şah Qacar hərəminin saray xocalarından və şah hərəmxanasının naziri idi.O, sarayda pul oğurlamaqına görə Rusiya səfirliyinə sığındı.O, İranda müsəlman olmuş gürcü qadınların siyahısın Rusiyanın İrandakı səfiri Aleksandr Qriboyedova verdi ki səfirliyə gətirilsinlər. Ağa Yaqub Erməni bu qadınları ki müsəlmanlar ilə evlənib və övladları var idi əsir adlandırıb və Qriboyedovdan istəyirdi onları Gürcüstana qaytarsınlar.Tehran əhalisinin istəyi ilə ki rəhbərləri Mirzə Məsih Müctəhid Tehrani idi Qriboyedov bu müsəlman olmuş gürcü qadınları səfirlikdən azad edib və Ağa Yaqub Ermənini də qovdu. Ağa Yaqub Erməni qəzəbli əhalinin tərəfindən öldürüldü.
Baccharis erectifolia
Baccharis erectifolia (lat. Baccharis erectifolia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin bakxaris cinsinə aid bitki növü.
Baccharis erigeroides
Baccharis erigeroides (lat. Baccharis erigeroides) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin bakxaris cinsinə aid bitki növü.
Baccharis erioclada
Baccharis erioclada (lat. Baccharis erioclada) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin bakxaris cinsinə aid bitki növü.
Baccharis erosoricola
Baccharis erosoricola (lat. Baccharis erosoricola) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin bakxaris cinsinə aid bitki növü.
Banksia ericifolia
Süpürgəyarpaq banksiya (lat. Banksia ericifolia) — bitkilər aləminin proteyaçiçəklilər dəstəsinin proteyakimilər fəsiləsinin banksiya cinsinə aid bitki növü. Banksia ericifolia subsp. ericifolia Banksia ericifolia subsp.
Banksia erythrocephala
Dryandra erythrocephala (lat. Dryandra erythrocephala) — bitkilər aləminin proteyaçiçəklilər dəstəsinin proteyakimilər fəsiləsinin dryandra cinsinə aid bitki növü.
Bazar ertəsi
Bazar ertəsi – dünyanın bir çox ölkələrində yeni həftənin başlandığı gün. ISO 8601 beynəlxalq standartına görə yeddi günlük həftənin birinci günüdür. Rəsmi sənədlərdə bazar ertəsi bəzən qısaldılmış şəkildə b.e. də yazılır. Türk dillərində " ertə " " gün başlanğıcı", " sabah " anlamında olduğundan " bazar ertəsi " -" bazardan sonrakı " gün deməkdir. Azərbaycanda bu gün rəsmi sənədlərdə və rəsmi dildə bazar ertəsi adlansa da, cəmiyyətdə daha sadə, sıra sayına görə birinci gün deyilir. Bazar ertəsi həftədə bazar günü ilə çərşənbə axşamı arasında yerləşir. Bir çox ölkələrdə həftənin birinci günü bazar ertəsidir. Həm yeni iş, həm də yeni dərs günü bazar ertəsi ilə başlayır. Ancaq islam ölkələrində və İsraildə həftə bazar günü ilə başlayır.
Betula ermanii
Erman tozağacı (lat. Betula ermanii) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinin tozağacı cinsinə aid bitki növü.
Birləşmiş Ermənistan
Böyük Ermənistan və ya Birləşmiş Ermənistan, ermənilərin tarixən və etnik olaraq Ermənistan ərazisi kimi qəbul etdikləri və Ermənistana birləşdirməyə yönəlmiş irredentist siyasi iddiadır. Ayrıca bugünkü Türkiyənin şərq hissəsini təşkil edən ərazilərin çoxunda erməni soyqırımının olduğu iddia edilir. Bundan əlavə, iddia Azərbaycan, Gürcüstan və İran ərazilərini əhatə edir. Bu gün "Böyük Ermənistan" termini Ermənistan İnqilabi Federasiyası tərəfindən aşağıdakı regionları əhatə edəcək şəkildə istifadə olunur: Ermənistan Şərqi Anadolu regionu (bir hissəsi) Qara dəniz regionu Qarabağ Naxçıvan Samtsxe-Cavaxeti (Axıska). Böyük Ermənistanın iki növü var. Bunlar; Tarixi Böyük Ermənistan: Bu Ermənistanın sərhədləri Ermənistan Krallığının sərhədlərinin ən geniş hədlərinə çatdığı. Böyük Tiqran dövründən gəlir. Bu Ermənistanın sərhədləri Xəzər dənizindən Aralıq dənizinə qədər uzanır. Osmanlı dövründə 1919-cu il Paris Sülh Konfransına Ermənistan Demokratik Respublikası nümayəndə heyətinin təqdim etdiyi "Vahid Ermənistan" xəritəsi əsasən "Tarixi Böyük Ermənistan"dan bəhs edir Etnik Böyük Ermənistan: Osmanlı və Rusiya imperiyalarında yaşayan ermənilərə söykənən bir Ermənistandır. Ancaq qitə dövlətinin üzləşəcəyi iqtisadi və beynəlxalq problemlər nəticəsində ermənilərin çoxluqda və ya əhəmiyyətli bir etnik azlıq olmadığı Trabzon regionu da bu Ermənistana əlavə olunur və Etnik Ermənistan genişləndirilir.
Birləşmiş Krallıq–Ermənistan münasibətləri
Böyük Britaniya—Ermənistan münasibətləri — Böyük Britaniya və Ermənistan arasında iki tərəfli diplomatik münasibətlər. Böyük Britaniya Ermənistanıın müstəqilliyini 31 dekabr 1991-ci ildə tanıyır. Avropadakı ilk Ermənistan səfirliyi 1992-ci ilin oktyabrında Londonda açıldı. 1995-ci ildən bəri İngiltərənin İrəvanda səfirliyi fəaliyyət göstərir. Hər iki ölkə tərəfdaşlıq və dostluq münasibətləri saxlayır. İngilis siyasəti 1910-cu illərdə Rusiyanın Ermənistana nəzarətinə qarşı çıxırdı və Osmanlı İmperiyasını ermənilərə qarşı münasibətini yaxşılaşdırmağa sövq edirdi. Birinci Dünya Müharibəsi başlayanda Böyük Britaniya türklərlə mübarizə aparmaq üçün bir erməni legionu qurmaq fikrini rədd etdi. Bunun əvəzinə Kiprdə döyüşən Fransız komandanlığı altındakı Erməni legionunu dəstəklədi. Ermənistanla Böyük Britaniya arasında müxtəlif dövlət səfərləri olmuşdur. Bunlardan ən sonuncusu Böyük Britaniyanın Avropa üzrə Dövlət Naziri David Lidinqtonun İrəvana səfəri olur.
Bizim era
Bizim era və ya b. e. — Yulian və Qriqorian təqvimi ilə 1-ci ildən indiki dövrə qədər olan zaman. 1-ci ildə qurtaran dövr bizim eraya qədər olan dövr adlanır. Аноприенко А.Я. Археомоделирование: Модели и инструменты докомпьютерной эпохи. Донецк, УНИТЕХ, 2007, s. 202.
Blitum bonus-henricus var. erosum
Henrix tərəsi (lat. Chenopodium bonus-henricus) - tərələr cinsinə aid bitki növü. Agathophytum bonus-henricus (L.) Moq. Agatophyton bonus-henricus (L.) E.H.L.Krause Anserina bonus-henricus (L.) Dumort. Atriplex bonus-henricus (L.) Crantz Blitum bonus-henricus (L.) C.A.Mey. Blitum bonus-henricus var. alpinum (DC.) Moq. Blitum bonus-henricus var. erosum Moq. Blitum perenne Bubani Chenopodium bonus-henricus var.
Bolhovitinov 11 Dekabr 1915 Tarixli Rəsmi Erməni Hesabatı (kitab)
Hüquqşünas Məmməd Pərinçəyin rus-Sovet dövlət arxivlərində etdiyi uzun işləri nəticəsində hazırladığı, dünyada ilk dəfə Türkcə olaraq nəşr olunan bu kitab, I Dünya Müharibəsi illərində Rusiyanın Qafqaz Orduları Qərargah Başçısı olan Tuğgeneral L. M. Bolhovitinovun hesabatının tərcüməsidir. Türk tezisinə yaxın dayanan bu hesabat tərcüməsinin əhəmiyyəti, üst səviyyə vəzifəli Rus komandirinin qaynaqlıq və bəzən şahidlik etməsi, daha əhəmiyyətlisi hesabat ən üst səviyyə Çar mövqelərinə istiqamətli yazılmış olduğundan etibarlı tapılmasıdır. Osmanlı ilə döyüş halında olan Rusiyanın bir generalının, həm Türk cəbhə gerisindəki, həm Rus Ordusu yanında iştirak edən Ermənilər əleyhinə bu qədər məlumat təqdim etməsi hesabatı diqqət çəkici edir. 1. Erməni məsələsi 19. əsrdə çıxarılmışdır və Ermənilərin həyat şərtləri Türklər və Kürdlərə görə çox daha yaxşıdır. 2. Erməni məsələsi, süni olaraq İngilislər tərəfindən çıxarılmışdır. Beləcə Türkiyə ilə Rusiyanın axtarsının açılaraq rus-Türk ittifaqı önlənmək istənmişdir. Osmanlının zəifləməsindən sonra isə müstəqil bir Ermənistan ilə Türkiyə və Rusiya arasında bir tampon ölkə hədəflənmişdir.
Braziliya–Ermənistan münasibətləri
Braziliya—Ermənistan münasibətləri — Braziliya və Ermənistan arasında iki tərəfli diplomatik münasibətlər. Braziliyada təqribən 100 000 erməni əsilli vətəndaş yaşayır. Bu göstəriciyə görə Braziliya Latın Amerikası ölkələri arasında yalnız argentinadan geri qalır. XIX əsrin sonunda ilk erməni miqrantları Braziliyaya gəlir. 1920-ci illərdə bir neçə min insanın (əsasən Livan və Suriyadan) Braziliyaya köçməsi müşahidə olunur. Gələn ermənilərin əksəriyyəti San-Pauluda cəmləşirlər. 1975-ci ildə bunun nəticəsi olarq San-Paulo şəhərindəki metro stansiyalarından birinə Ermənistanın adı verilir. 26 dekabr 1991-ci ildə Sovet İttifaqının dağılmasından sonra Ermənistan müstəqilliyini bərpa edir. 1991-ci ilin dekabrında Ermənistan Xarici İşlər Naziri Raffi Hovanisyan ölkələr arasında diplomatik əlaqələrin qurulmasını müzakirə etmək üçün Braziliyaya səfər edir. 17 fevral 1992-ci ildə Ermənistan və Braziliya arasında rəsmi olaraq diplomatik əlaqələr qurulur.
Bromus erectus var. aequifolius
Yapon tonqalotu (lat. Bromus japonicus) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin tonqalotu cinsinə aid bitki növü.
Bulbophyllum erectum
Bulbophyllum erectum (lat. Bulbophyllum erectum) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Bulbophyllum ericssonii
Bulbophyllum virescens (lat. Bulbophyllum virescens) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü. Bulbophyllum virescens növü Malayziyadən Yeni Qvineyaya qədər yayılmışdır. Bulbophyllum binnendijkii J.J.Sm. Bulbophyllum ericssonii Kraenzl. Cirrhopetalum leopardinum Teijsm. & Binn.
Bulbophyllum erinaceum
Bulbophyllum erinaceum (lat. Bulbophyllum erinaceum) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Bulbophyllum erioides
Bulbophyllum erioides (lat. Bulbophyllum erioides) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Bulbophyllum erosipetalum
Bulbophyllum erosipetalum (lat. Bulbophyllum erosipetalum) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.

Digər lüğətlərdə