Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Aldadılmış ər
"Aldadılmış ər və ya üç qadının bir məşuq üçün rəqabəti", KV 430/420а, (İtalyan dilində: "Lo sposo deluso, ossia La rivalità di tre donne per un solo amante") Volfqanq Amadey Motsart tərəfindən 1783 və 1784-cü illərdə naməlum İtaliya şairinin librettosu əsasında bəstələdiyi iki aktdan ibarət komik opera. Opera müəllif tərəfindən tamamlanmamışdır və yalnız I akta aid qısa (iyirmi dəqiqəlik) bir fraqment mövcuddur. 1783-cü ilin yayında naməlum bir italyan şairi (ehtimal olunur ki, bu şəxs abbat Lorenso da Ponte idi)) 1780-ci ildə Romada Domenika Çimarozanın "İki rəqib" operasında səhnələşdirilən librettonu yenidən işlənilməsi və daha da təkmilləşdirilməsi üçün Volfqanq Amadey Motsarta təqdim edir. Motsart bu libretto əsasında Vyanadakı italyan truppası üçün yeni opera yazmağa razılaşdı. Opera üzərində işin yarımçıq qalmasının dəqiq səbəbləri məlum deyil, lakin ehtimal olunur ki, bu işə librettonun Vyana səhnəsinə uyğunlaşdırılmasındakı çətinliklər və həmçinin müəllifin "Fiqaronun toyu" operası üzərində işə başlaması mahe olmuşdur. Operada hadisələr Livarnodan çox da uzaq olmayan dəniz sahilindəki villada baş verir. Nəcib Romalı xanım Eudjeniya Don Asdubala vurulmuşdur. Lakin sevgilisinin müharibədə həlak olduğuna əmin olan gənc qız varlı Bokkonio Papparellinin arvadı olmağa razılıq verir. Gözlənilmədən Don Asdubal Livarnoya qayıdır. Eudjeniyanın rəqibləri olan Metilda və Bettina onu sevgilisinin gözündən salmağa çalışırlar.
Əhməd Ər
Əhməd Ər, (10 iyun 1927, Sünnətçilər[d], Manisa vilayəti – 29 may 2017, Akhisar[d], Manisa vilayəti), Türk əsgəri, siyasətçi və yazıçı . Xorasandan Anadoluya keçən Oğuzların bəzi tayfaları Qərbi Anadoluya çatdı. Cəddi Hayran-i- Mahmud Dədənin (Yatağan Mahmud) və şəcərəsinin nəsildən-nəslə ötürülən məlumatlarla İmam Əli Rzaya aid olduğu söylənilir. Atası Şəvkət bəy, anası Hüsniye Hanımdır. Doğulduğu kənddə ibtidai məktəbi, Akhisarda orta məktəbi bitirmiş, 1947-ci ildə Bursa Işıklar Hərbi Liseyindən məzun olmuş və həmin il Hərbi Akademiyaya daxil olmuşdur. 1950-ci ildə Türk Hərbi Akademiyasından leytenant rütbəsi ilə orduya və jandarmaya qoşulan Əhməd Ər ölkənin bir çox yerində ordunun müxtəlif səviyyələrində xidmət etdi. 1951-ci ildə Bolqarıstandan Türkiyəyə sığınan üç yüz min Türkün əzabından bəhs edən "İmmiqrant" adlı üç pərdəli bir dram yazdı. Bu tamaşa Türkiyədəki "yüz milli dram" siyahısına daxil edildi. 1957-ci ildə Milli Müdafiə Nazirliyi tərəfindən Kosovo Döyüşünün "Naməlum Atlı" adlı radiofonik nümayəndəliyi ilə açılan Radiofonik Nümayəndəlik Yarışmasında bir mükafata layiq görülmüşdür. Bu nümayəndəlik 1957 və 1960-cı illərdə iki dəfə Ankara Radiosunda və 1960-cı ildə bir dəfə İstanbul radiosunda təmsil olunmuşdur.
Ər-Rafi
Ər-Rafi (ər. الرافع) — Allahın adlarından biri. Tərifləyən.
Ər-Rahim
Ər-Rahim (ər. الرحيم) — Allahın adlarından biri. Rəhim isə, bağışlayan, axirətdə mərhəmətini, nemətini mömin bəndələrindən əsirgəməyən mənasındadır. Bu ad Allahın sonsuz mərhəmətini ifadə edir. Rəhim adı əsasən, axirət həyatı ilə bağlıdır. Rəhimdəki məna, əsasən, inananlarla əlaqədardır: "Sizin tanrınız bir olan Allahdır, Ondan başqa tanrı yoxdur. O, rəhmlidir, mərhəmətlidir" , "O Özündən başqa heç bir tanrı olmayan, gizlini də, aşkarı da bilən Allahdır. O rəhmlidir, mərhəmətlidir!" . Rəhim ismi Qurani-Kərimdə 115 dəfə təkrarlanmışdır. Ət-Tövbə surəsi istisna, bütün surələr Allahın bu adları ilə başlayır: "Bismilləhir-rəhmanir-rəhim".
Ər-Rahmən
Ər-rahim (ər. الرحمن) — Allahın adlarından biri. Rəhman dünyada yaxşı da olsa, pis də olsa, aralarında fərq qoymadan nemətini bütün bəndələrinə verən, hamısına qarşı sonsuz mərhəmətini göstərən anlamına gəlir. Bu ad Allahın sonsuz mərhəmətini ifadə edir. Rəhman adı daha çox bu dünya ilə bağlıdır. Rəhman - mömin ya, kafir olsun bütün insanlara Allahın mərhəmət göstərməsi deməkdir. Rəhman ismi Qurani-Kərimdə 57 dəfə təkrarlanmışdır. "İstər Allah, istərsə də Rəhman deyib çağırın. Hansını desəniz (fərqi yoxdur), çünki ən gözəl adlar yalnız Ona məxsusdur. Ət-Tövbə surəsi istisna, bütün surələr Allahın bu adları ilə başlayır: “Bismilləhir-rəhmanir-rəhim”.
Ər-Raqib
Ər-Raqib (ər. الرقيب) — Allahın adlarından biri.
Ər-Rauf
Ər-Rauf (ər. الرؤوف) — Allahın adlarından biri.
Ər-Razzəq
Ər-Razzəq (ər. الرزّاق) — Allahın adlarından biri. Həqiqətən, Allah ruzi verəndir, qüvvət sahibidir, Mətindir. Dümdüz bir zəmindən yaranan, içində nə dağ, nə də dəniz olan çox fərqli bir dünyada gözlərinizi açdığınızı düşünün. Üzərində yeridiyiniz torpaq qara və qupqurudur. İçində heç bir bitki yetişmir, üzərində heç bir heyvan yaşamır. Yalnız insanların yeyə bilməsi üçün acı bir ot çıxır. İnsanların bəslənməsi üçün bu otdan başqa heç bir şey yoxdur. Torpağı qazsanız da, əksəniz də heç məhsul vermir. Yaşadığınız yerdə su da yoxdur.
Ər-Raşid
Ər-Raşid (ər. الرشيد) — Allahın adlarından biri.
Ər-Riyad
Ər-Riyad (ərəb. الرياض‎) — Səudiyyə Ərəbistanın paytaxtı. Nəcd tarixi coğrafi əyalətinin inzibati mərkəzi. Ər-Riyad sürətlə inkişaf edən şəhərlərdən biridir. O, həm Səudiyyə Ərəbistanının paytaxtı, həm də Nəcd tarixi coğrafi əyalətinin inzibati mərkəzidir. Şəhər əhalisinin sayı 6,506,700 nəfərdən artıqdır. Əhalinin sıxlığı hər kv km-ə görə 3,600 nəfərdir. Paytaxtın tarixi çox qədim deyil. O, 1821-ci ildə İslam dövlətinin inzibati mərkəzi kimi salınmışdır. Müasir Ər-Riyad ölkənin ən böyük siyasi, iqtisadi və mədəni mərkəzidir.
Ər-Rutbа
Ər-Rəqqə
Rəqqə (ərəb. الرقة‎) — Suriyanın şimalında Fərat çayı üzərində yerləşən bir şəhər. Rəqqə mühafəzəsi və Rəqqə şəhristanının paytaxtı və ən böyük şəhəridir. Qəebində yerləşən Hələbdən 160 km uzaqlıqdadır. 2005-ci il rəsmi əhali hesablamasına görə şəhərin əhalisi 300.000-dən çoxdur. Şəhər Avisa al-Qarni məscidini ehtiva edir. Xəlifə Harun ər-Rəşidin hökmdarlığı müddətində 796-809 illəri arası Abbasi xəlifəliyinin paytaxtı oldu. 639-cu ildə müsəlmanlar tərəfindən xristianlardan alınan şəhərin adı Kallinikosdan Rəqqə olaraq dəyişdirildi. Abbasi xəlifəsi Harun ər-Rəşid Rəqqəni paytaxt olaraq istifadə etmişdir. Şəhər o vaxt önəmli bir mədəniyyət və elm mərkəzi olmuşdur.
Ər-Rəzzaq
Ər-Razzəq (ər. الرزّاق) — Allahın adlarından biri. Həqiqətən, Allah ruzi verəndir, qüvvət sahibidir, Mətindir. Dümdüz bir zəmindən yaranan, içində nə dağ, nə də dəniz olan çox fərqli bir dünyada gözlərinizi açdığınızı düşünün. Üzərində yeridiyiniz torpaq qara və qupqurudur. İçində heç bir bitki yetişmir, üzərində heç bir heyvan yaşamır. Yalnız insanların yeyə bilməsi üçün acı bir ot çıxır. İnsanların bəslənməsi üçün bu otdan başqa heç bir şey yoxdur. Torpağı qazsanız da, əksəniz də heç məhsul vermir. Yaşadığınız yerdə su da yoxdur.
Ər-Rаmаdi
Ramadi (ərəb. ٱلرَّمَادِي‎) — İraqın Anbar mühafəzasında yerləşən ən böyük şəhər. Paytaxt Bağdaddan təqribən 110 km qərbdə yerləşir. Şəhər 1879-cu ildə Osmanlı İmperiyası tərəfindən yaradılıb və 2011-ci ildə şəhərin əhalisi 375000 nəfər idi. 2015-ci il mayın 18-də İŞİD İraqın hökumət qüvvələri şəhər uğrunda aylarla çəkən döyüşlərdən sonra, şəhəri ələ keçirib. İŞİD qruplaşmasının nəzarətinə keçən şəhər xarabazara çevrilib, binaların böyük əksəriyyəti dağıdılıb. Hökumət qoşunlarının hücumlarının qarşısını almağa cəhd göstərən yaraqlılar Ramadidə bütün körpüləri partladıblar. 2015-ci ilin dekabr ayında İraqın hökumət qüvvələri ABŞ-nin rəhbərlik etdiyi koalisiyanın hava hücumları ilə Ramadi şəhərini İŞİD adlandıran qruplaşmadan azad edib.
Ər-Rəstən
Ər-Rəstən və ya Rəstən (ərəb. الرستن‎) — Suriyanın Homs mühafəzəsində üçüncü ən böyük şəhər. Suriyada ərəb baharı zamanı Ər-Rəstən dəfələrlə dünya mediasının diqqət obyektinə çevrimişdir.
Ər-Rutba
Rutba — İraqın Anbar mühafazasında şəhər. 1941-ci ildə baş vermiş Anqlo-İraq müharibəsi burada cərəyan edib.
Fəxrəddin ər-Razi
Fəxrəddin Əbu Abdullah Məhəmməd ibn Ömər ər-Razi, daha çox Fəxrəddin ər-Razi (ərəb. فخرالدین الرازی‎ kimi tanınır; hicri 1149, Rey — hicri 1209, Herat) — əşirət qələminin tanınmış nümayəndəsi, altıncı mücəddid. Quri sultanlığında və Xarəzmşahlar dövlətində sarayda xidmət etmişdir. Yarımçıq olan məşhur Məfatih əl-qayb təfsiri ona məxsusdur. Bu təfsiri o, mutazilit əz-Zəmaxşarinin təfsirinə cavab olaraq yazmışdır. Tam adı Əbu Abdullah Məhəmməd ibn Ömər əl-Hüseyn ət-Taymi əl-Bəkri ət-Təbaristani Fəxrəddin ər-Razi olan filosof 1149-cu ildə Reydə anadan olmuşdur. Atası Rey şəhərinin hatibi olmuşdur. Buna görə də onu İbn əl-Hatib (hatibin oğlu) deyə çağırmışlar. Şafi fiqhi, üsul əl-fiqh sahəsində ilk təhsilini atasından və əl-Kamal əs-Simnanidən almışdır. Fəlsəfəni isə Məcduddin əl-Cilidən öyrənmişdir.
Harun ər-Rəşid
Harun ər-Rəşid (ərəb. هَارُون الرَشِيد‎) (d. 7 mart 766 - ö. 24 mart 809) — 5. Abbasi xəlifəsi. Harun ər-Rəşid (l)Abbasilər sülaləsinin xəlifəsi idi. Miladi 763-cü ildə atası Mehdinin yaşadığı İranın Rey şəhərində (indiki Tehran yaxınlığında) doğulmuşdur. Xəlifə olan qardaşı Hadinin 786-cı ildə ölməsindən sonra Xilafətə başçılıq etməyə başladı. Həyatının çoxunu Bağdadda Rakka şəhərində keçirmişdir. 24 mart 809-cu ildə Xorasanda Tus şəhərində ölmüşdür və orada da dəfn edilmişdir.
Şüheyb ər-Rumi
Şüheyb ər-Rumi (ərəb. صهيب الرومي‎; 587, İraq, Sasanilər dövləti – 1 mart 659, Mədinə, Hicaz, Rəşidi xilafəti) — Müsəlmanların sonuncu peyğəmbəri Məhəmməd peyğəmbərin səhabələrindən biri. Erkən yaşlarında bizanslılar tərəfindən əsir götürüldüyündən ər-Rumi ("Romalı") olaraq anılır. Tam adı: Əbu Yəhya Şüheyb ibn Sinan ibn Malik ən-Numeyri ər-Rumidir. Atası Sinan ibn Malik Bənu Numeyr adlı ərəb qəbiləsindəndir. Fars padşahı II Xosrov Pərviz Sinanı Bəsrəyə aid olan köhnə əl-Ubul şəhərinə hakim (satrap) təyin edir. Anası Səlma Bənu Təmim qəbiləsindəndir. İran-Bizans müharibəsi zamanı o, anası ilə İraqda olub. Bir dəfə anası kiçik oğlu, yoldaşları və qulluqçuları ilə dincəlmək üçün İraqın əl-Saniy kəndinə gedir. Bu kəndə bizanslıların bir dəstəsi hücum etdiyində, onlar mühafizəçiləri öldürür, mallarını talayır və uşaqları əsir götürürlər.
Əli ər-Rza
İmam Rza — 12 aprel 770, Mədinə – 5 sentyabr 818, Tus . Məşhur tarixçi və hədisçilərin qeyd etdiklərinə əsasən həzrətin doğum günü zil-qədə ayının 11-i, hicri qəməri təqvimi ilə 148 ci il cümə axşamı və ya cümə gününə təsadüf edir. Bu tarixə əsasən İmam Rzanın(ə) doğulduğu il babası İmam Sadiqin(ə) şəhid olduğu ilə təsadüf edir. Adı: Əli Ləqəbi: Rza, Siracullah, Nurul-huda, Vəli, Kafil-xəlq, Qurrətul-eynul-muminin Künyəsi: Əbülhəsən Atası: Həzrət İmam Museyi Kazim (ə) İmamlıq müddəti: 20 il Ömrü: 55 il Vəfatı: Səfər ayının sonu, 203-cü Hicri-qəməri ilində Abbasi xəlifəsi Mə᾽mun tərəfindən zəhərlənib şəhid oldu. Məzarı: İran Məşhəd şəhəri. Əli ər-Riza (Əli Riza) və ya Əli ibn Musa - səkkizinci şiə İmamıdır. 765-ci və ya 770-ci ildə anadan olmuşdur. İmam Rzanın(ə) həyat yoldaşı Səbikə adlı ismətli bir xanım idi. Ona bəzən Ümmü Vələd olaraq müraciət edirdilər. Səbikə İmam(ə) üçün bir oğul dünyaya gətirir.
Əmin ər-Reyhani
Əmin ər-Reyhani (24 noyabr 1876[…] – 13 sentyabr 1940[…]) — Livan yazıçısı. Əmin ər-Reyhani Qərbdə təhsil almasına və uzun müddət Amerikada yaşayıb-yaratmasına baxmayaraq, Şərq ruhuna həmişə sadiq qalmış, Şərq dəyərlərini tərənnüm etmiş, insanın mənəvi kamilliyini sivi-lizasiyanın zahiri cazibəsindən uca tutmuşdur. O, bütün yaradıcılığı boyu Şərqin prioritetliyini bu və ya digər formada nəzərə çarpdırmağa çalışmışdır. Lakin bu ideyanın ən aşkar və təsirli ifadəsi "Mən Şərqəm" şeirində öz əksini tapmışdır. Əmin ər-Reyhani heç də sadəcə yazıçı olmayıb, həm də öz döv-rünün böyük mütəfəkkiri idi. Şərq və Qərbin sintezi ideyası onun bütün yaradıcılığından qırmızı xətlə keçir. Bu məqsədə xidmət etmək üçün həm Şərq, həm də Qərb ədəbi-bədii ənənələrini ehtiva edən yeni ruhlu bir ədəbiyyatın yaradılmasında fəal iştirak edir. Eyni məfkurəli, müasir düşüncəli ərəb mühacir şairləri öz səylərini birləşdirmək üçün "Qələmlər birliyi" adlanan yeni ədəbi təşkilat yaradırlar. Ümumi planda baxdıqda Cübran əsasən kosmik insan idealını, ər-Reyhani klassik Şərqi, Nüaymə isə yaşadığı gerçək ərəb mühitini və onun problemlərini tərənnüm edir. Əmin ər-Reyhanidə romantizm öz yaşadığı dövrdən daha çox keçmiş dövrə yönəlidir.
Ər-Rəhma məscidi
Ər-Rəhma ( ərəbcə:الرحمة - azərb: mərhəmət ) - Ukraynanın paytaxtdı Kiyev şəhərindəki ilk məsciddir. Ər-Rəhma məscidi Ukrayna müsəlmanları ruhani idarəsinin binasını, islam mədrəsəsi və minarəni əhatə edən İslam kompleksidir. Məscid Tatarka adlanan Kiyevin tarixi ərazisində yerləşir. Məscid 3 böyük salondan ibarətdir və içərisində 2 min nəfərədək insan ibadət edə bilər.
Ər-Rəqqə mühafazası
Ər-Rəqqə mühafəzəsi — Suriyanın 14 mühafəzəsindən biri. Mühafəzənin ərazisi 19.616 km², inzibati mərkəzi Ər-Rəqqə şəhəridir. 2008-ci ilin yanvarın 1-nə olan rəsmi təxminə əsasən mühafəzənin əhalisi 0.903 milyon nəfərdir.
Ər-Rəqqə mühafazlığı
Ər-Rəqqə mühafəzəsi — Suriyanın 14 mühafəzəsindən biri. Mühafəzənin ərazisi 19.616 km², inzibati mərkəzi Ər-Rəqqə şəhəridir. 2008-ci ilin yanvarın 1-nə olan rəsmi təxminə əsasən mühafəzənin əhalisi 0.903 milyon nəfərdir.
Ər-Rəqqə mühafəzəsi
Ər-Rəqqə mühafəzəsi — Suriyanın 14 mühafəzəsindən biri. Mühafəzənin ərazisi 19.616 km², inzibati mərkəzi Ər-Rəqqə şəhəridir. 2008-ci ilin yanvarın 1-nə olan rəsmi təxminə əsasən mühafəzənin əhalisi 0.903 milyon nəfərdir.
Azərbaycan-Səudiyyə Ərəbistanı futbol matçlarının siyahısı
20.12.2003 Ər-Riyad YO Səudiyyə Ərəbistanı – Azərbaycan 1:0
Azərbaycan (tarixi ərazi)
Bu məqalədə Azərbaycan adlı tarixi ərazinin müxtəlif dövrlərdən olan tarixi sənədlərdə təsvir edilən hüdudları qeyd olunmuşdur. Azərbaycan bir inzibati, coğrafi və etnik vahidə çevrilmə yolunda müxtəlif proseslərdən keçmişdir. Keçmiş tarixçilər bu mövzuda müxtəlif fikirlər bildirmişdir. Bu məsələ alimlər və tarixçilər arasında fikir ayrılığına gətirib çıxarıb və hazırkı dövrdə milli, etnik və bəzi siyasi məsələlərə görə bu elmi və tarixi məsələylə bağlı müzakirələr siyasi bir mahiyyət qazanmışdır. Bəzi qrupların iddiasına görə, Araz çayının şimal hissəsi heç vaxt Azərbaycan adını daşımayıb və daima "Arran" adını daşımışdır, və "Azərbaycan" adı bu bölgəyə ilk dəfə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti (AXC) qurulanda Azərbaycanın milli hökuməti tərəfindən "siyasi məqsədlərlə", sanki İrana təcavüz etmək məqsədilə verilmişdir. Bir qrup tədqiqatçıların fikrincə, 1920-ci ildə AXC-nin bolşeviklərin əlinə düşməsindən sonra da, bu ad həmin siyasi məqsədlərlə saxlanılmışdır. Digər tədqiqatçılar isə öz elmi əsərlərində bu cür fikirləri təkzib etmişdir. Tarixi Azərbaycan ərazisində e.ə. 1-ci minillikdə artıq Manna və Matiyen kimi dövlət qurumları mövcud olmuş, kuti, lullubi, kaspi tayfaları, həmçinin uti, qarqar, leq, lupen (lpin), silv (çilb), gel, savdey və s. alban tayfaları yaşamışdır.
Azərbaycan Xalq Cümhuriyyətinin Baş Ərkani-hərbi
Baş Ərkani-Hərb və ya Baş Qərərgah- qoşun hissələrinin formalaşmasına, təlim-tərbiyəsinə, döyüş hazırlığına, hərbi əməliyyatların icrasına rəhbərlik edən ali hərbi idarəçilik orqanı. 1919-cu ilin martın 26-da hərbi nazir Səməd bəy Mehmandarovun əmri ilə yaradılmışdı. Həmin vaxta qədər Baş Ərkani-hərbin funksiyalarını ümumi qərərgah həyata keçirirdiş Azərbaycan ordusu inkişaf etdikcə onun gündəlik fəaliyyət məsələlərinin və təsərrüfat problemlərinin həllinin bir orqanda- ümumi qərərgada cəmləşdirilməsi səmərəli nəticə vermirdi. Ona görə də, Baş Ərkani-hərb yaradılmaqla, qoşunların formalaşdırılması, təlim-tərbiyəsi, dislokasiyası və b. Məsələlər ona həvalə edildi. Çar Rusiyası ordusu tərkibində yaradılmış I Müsəlman korpusunun keçmiş komandiri general-leytenant Məmməd bəy Sulkeviç Baş Ərkani-hərbin rəisi təyin edildi. Bu idarəetmə strukturunun tərkibində general-kvartirmeyster, hərbi topoqrafiya və hərbi daşınmalar idarələri var idi. General-kvartirmeyster idarəsi müharibəyə hazırlıq planlarının işlənilməsi, toplanış məntəqələrinin seçilməsi, onların hər cəhətdən hazırlanması və səfərbərlik planının tərtib edilməsi ilə məşöul olan əməliyyat-səfərbərlik bölməsindən, orduda təlim-tərbiyəni təşkil edən nizami bölmədən ibarət idi. Hərbi topoqrafiya idarəsi qoşun hissələrini və qərərgahları hərbi xəritələrlə təmin edirdi. Bir müddət sonra Baş Ərkani-hərbin tərkibinə keçirilmiş hərbi daşınmalar idarəsi dəmir yollarını və digər yolları hərbi məqsədlər üçün hazırlayır, arxa cəbhəni bütün zəruri ləvazimatlarla təmin edirdi.
Azərbaycan Xalq Cümhuriyyətinə Ermənistanın ərazi iddiaları
Azərbaycan Xalq Cümhuriyyətinə Ermənistanın ərazi iddiaları - Azərbaycanın və Gürcüstanın tarixi torpaqlarını ələ keçirmək üçün erməni-daşnak hökuməti tərəfindən irəli sürülmüş əsassız ərazi iddiaları. Rusiya imperiyasının dağılmasından sonra CənubiQafqazda yaranmış Ermənistan (Ararat) Respublikası Azərbaycan və Gürcüstana qarşı ərazi iddiaları ilə çıxış etməyə başladı. 1918-ci il may ayının 29-da İrəvan AXC rəhbərliyi tərəfindən Ermənistana siyasi mərkəz kimi güzəşt edildi. Bu erməniləri daha da şirnikləndirdi. Ermənilər Göyçə bölgəsinə (Yeni Bəyazid qəzasının şərq hissəsi), Naxçıvan bölgəsinə (Naxçıvan, Şərur-Dərələyəz qəzaları və İrəvan qəzasının bir hissəsi), Qazax qəzasının dağlıq hissəsinə, Qarabağa və Zəngəzura qarşı ərazi iddiaları qaldırır, xəritələr tərtib edirdilər. Lakin onlar bununla da kifayətlənməyərək, AzərbaycanRespublikasını və dünya ictimaiyyətini fakt qarşısında qoymaq məqsədilə, Azərbaycanın göstərilən tarixi torpaqlarında soyqırımlarına başladılar. Azərbaycan Xalq Cümhuriyyəti olduqca mürəkkəb daxili və beynəlxalq şəraitdə Ermənistanın ərazi iddialarını rədd edir, Cümhuriyyətin ərazi bütövlüyünü təmin etmək üçün hərtərəfli iş aparır, mümkün olan bütün tədbirləri görürdü. Azərbaycan Xalq Cümhuriyyəti Ermənistan Demokratik Respublikası Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, I cild, Bakı, 2004. Nigar Jamalova. "Diplomatic Activity of the Azerbaijani Government against the Territorial Claims of the Republic of Armenia (1918-1920)".
Azərbaycan qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid
Azərbaycan və Gürcüstan arasındakı ərazi iddiaları (1918-1920)
Gürcüstanın ərazi iddiaları — 1918-ci il mayın 26-da elan olunmuş Gürcüstan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinə qarşı irəli sürdüyü ərazi iddiaları. Gürcüstan müstəqil respublika elan edildikdən sonra, yeni yaranmış dövlətin ərazisi və sərhədlərinin müəyyənləşdirilməsinə başlandı. Gürcüstan hökuməti vaxtilə çar Rusiyasının xüsusi məqsədlə Tiflis quberniyasının tərkibinə daxil etdiyi tarixi Azərbaycan torpaqlarına iddialarla çıxış etdi. Bu məqsədlə həm müvafiq xəritələr tərtib olunur, həm də əməli addımlar atılmasına cəhd edilirdi. Gürcüstan Sığnaq qəzasının cənub-şərq hissəsinə, Tiflis qəzasının Qarayazı düzünə, Borçalı qəzasının orta (türk) hissəsinə, həmçinin Zaqatala dairəsinə ərazi iddiaları qaldırırdı. Statistik məlumatlara görə, Gürcüstanın iddia irəli sürdüyü ərazilərin bütün əhalisinin (147362 nəfər) 135898 nəfərini (92,3%) türk-müsəlmanlar, 6526 nəfərini isə (4,4%) gürcülər təşkil edirdi. Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti mürəkkəb tarixi şəraitdə özünün tarixi-coğrafi torpaqlarında suveren hüquqlarını bərpa etmək üçün fəal siyasət yeritdi. Zaqatala dairəsi əhalisinin arzusu nəzərə alınaraq, orada Cümhuriyyət idarəçiliyi yaradıldı. Digər torpaqlar uğrunda da diplomatik fəaliyyət davam etdirildi. Щепотьев А., Доклад о спорных кавказских территориях, на которые имеют права самоопределившиеся азербайджанские тюрки, Известия АН Азерб.
Ağabağır (Ərdəbil)
Ağabağır (fars. اقاباقر‎) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. Mərkəzi şəhristanının Mərkəzi bölgəsinin Kəlxoran kəndistanında, Ərdəbil şəhərindən 6 km qərbdə, Ərdəbil-Astara avtomobil yolunun 2 kilometrliyindədir. Kənddə 2006-cı il siyahıya alınmaya görə 1,266 nəfər yaşayır (316 ailə).
Ağacəkəni (Ərak)
Ağacəkəni — İranın Mərkəzi ostanında kənd.. Ərak şəhristanının Sərbənd bölgəsinin Yuxarı Sərbənd kəndistanında, Astana şəhərindən 42 km. cənubda, dağlıq yerdədir.
Ağamirli (Ərdəbil)
Ağamirli (fars. اقاميرلو‎) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 684 nəfər yaşayır (114 ailə).
Ağaziyarət (Ərak)
Ağaziyarət — İranın Mərkəzi ostanında kənd.. Ərak şəhristanının Fərmihən bölgəsinin Yuxarı Fərəhan kəndistanında, Fərmihən qəsəbəsindən 18 km şimal-qərbdədir.
Ağbaş (Ərdəbil)
Ağbaş (fars. اقباش‎) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 105 nəfər yaşayır (27 ailə).
Ağbulaq-Ağacanxan (Ərdəbil)
Ağbulaq-Ağacanxan (fars. اقبلاغ اقاجان خان‎) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. Mərkəzi şəhristanının Mərkəzi bölgəsinin Kəlxoran kəndistanında, Ərdəbil şəhərindən 7 km şərqdə, Ərdəbil-Astara avtomobil yolunun 3 kilometrliyindədir. Kənddə 2006-cı il siyahıya alınmaya görə 1,802 nəfər yaşayır (384 ailə).
Ağbulaq-Eynalı (Ərdəbil)
Ağbulaq-Eynalı — İranın Ərdəbil ostanında kənd.. Mərkəzi şəhristanının Mərkəzi bölgəsinin Kəlxoran kəndistanında, Ərdəbil şəhərindən 15 km şərqdədir.
Ağbulaq-Fərəcbəy (Ərak)
Ağbulaq-Fərəcbəy — İranın Mərkəzi ostanında kənd.. Ərak şəhristanının Sərbənd bölgəsinin Sərbəndi-Süfi (Aşağı Sərbənd) kəndistanında, Ərak şəhərindən 45 km cənub-qərbdədir.
Ağbulaq-Məhəmmədhüseynxan (Ərak)
Ağbulaq-Məhəmmədhüseynxan — İranın Mərkəzi ostanında kənd.. Ərak şəhristanının Sərbənd bölgəsinin Yuxarı Sərbənd kəndistanında, Astana şəhərindən 39 km cənub-qərbdə, dağlıq ərazidədir.
Ağbulaq-Rüstəmxan (Ərdəbil)
Ağbulaq-Rüstəmxan (fars. اقبلاغ رستم خاني‎) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. Mərkəzi şəhristanının Mərkəzi bölgəsinin Kəlxoran kəndistanında, Ərdəbil şəhərindən 9 km şərqdə, Xalxal-Ərdəbil avtomobil yolunun 6 kilometrliyindədir. Kənddə 2006-cı il siyahıya alınmaya görə 1,837 nəfər yaşayır (372 ailə).
Ağbulaq-Sadat (Ərak)
Ağbulaq-Sadat — İranın Mərkəzi ostanında kənd.. Ərak şəhristanının Sərbənd bölgəsinin Yuxarı Sərbənd kəndistanında, Astana şəhərindən 18 km cənub-qərbdədir.
Ağcabulaq (Ərak)
Ağcabulaq — İranın Nərkəzi ostanında kənd.. Ərak şəhristanının Sərbənd bölgəsinin Yuxarı Sərbənd kəndistanında, Astana şəhərindən 18 km cənub-qərbdədir.
Ağcaqışlaq-i Ülya (Ərdəbil)
Ağcaqışlaq-i Ülya (fars. اغچه قشلاق عليا‎) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 33 nəfər yaşayır (10 ailə).
Aşıq Ədhəm Ərəbov
Aşıq Ədhəm Ərəbov (tam adı: Ədhəm Aslan oğlu Ərəbov) — Azərbaycan aşığı. Aşıqların III Qurultayının iştirakçısı Əlhəm Ərəbov 1912-cü ildə Ağstafa rayonunun Dağ Kəsəmən kəndində anadan olmuşdur.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (LATI /FAO/) (ing. Food and Agricultural Organization of the United Nations, FAO) — vəzifəsi əhalinin kənd təsərrüfatı məhsulları ilə təminatını yaxşılaşdırmaq məqsədilə fərdi və kollektiv fəaliyyətlər aparmaq və həmçinin kənd təsərrüfatının inkişafı məsələləri üzrə hökumətlərarası təşkilatların işlərini əlaqələndirmək üçün BMT-nin ixtisaslaşdırılmış təşkilatı. 1945-ci ildə yaradılmışdır. Əsas vəzifələrindən biri – kənd təsərrüfatı istehsalı, meşə və balıq təsərrüfatında inkişaf etməkdə olan ölkələrə kömək göstərməkdir. Inkişaf etmiş kapitalist ölkələrdən ərzağın birbaşa digər ölkələrə çatdırılması, kənd təsərrüfatında elmi araşdırmaların və işlərin həyata keçirilməsi və təşkilinə köməklik daxil olmaqla, FAO yardımı maddi və qeyri-maddi xarakter daşıyır. FAO milli və beynəlxalq miqyaslı tədbirlərdə iştirak edir. FAO umumdünya torpaq xəritəsini tərtib etmiş, dünya səhralaşma xəritəsinin hazırlanmasında iştirak etmişdir. Hal-hazırda FAO səhralaşma problemi ilə əlaqəli 50-yə yaxın layihə həyata keçirir. Onlar arasında "Səhralaşmanın qiymətləndirilməsi və xəritələşdirilməsi", "Quraq və yarımquraq otlaq yerlərinin ekoloji idarə edilməsi" və s. var.
Babək (Ərdəbil)
Babək — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanının Mərkəzi bəxşində şəhər. Bu şəhər Biləsuvar rayonu ilə sərhəddə yerləşir. 2016-cı ilin məlumatına görə şəhərdə 2,656 nəfər yaşayır (760 ailə). Əhalisi Azәrbaycan türklərindən ibarətdir və Azərbaycan türkcəsində danışırlar.
Bala Ərəblər
Bala Ərəblər — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Bərdə rayonunun Güloğlular kənd inzibati ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Bala Ərəblər kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir.
Balakişi bəy Ərəblinski
Ərəblinski Balakişi bəy Əli bəy oğlu (30 avqust 1828 və ya 1828, Zaqatala rayonu – 1 yanvar 1902, Dərbənd, Dağıstan vilayəti) — Rusiya İmperator Ordusunun zabiti, general-leytenant. Balakişi bəy Ərəblinski 1828-ci ildə Zaqatala mahalının Tala kəndində anadan olmuşdur. Mahal naibi Əli bəyin ailəsində böyüyən Balakişi bəy Sankt-Peterburqdakı birinci dərəcəli kadet korpusunu 1848-ci ildə müvəffəqiyyətlə bitirib kornet rütbəsi almışdır. Müxtəlif hissələrdə qüsursuz xidmət edən Ərəblinski çox gənc yaşarında Polkovnik-leytenant rütbəsində briqada komandiri kimi məsul vəzifəyə irəli çəkilmişdir. Sonralar diviziya komandiri olan general-leytenant Balakişi Ərəblinski əlli illik xidmətində o vaxt Rusiyada olan bütün yürüş və döyüşlərdə iştirak etmişdir. General-leytenant B. Ərəblinski Qafqazın müsəlman əhalisindən Rusiyada ilk ali hərbi təhsil alan Azərbaycan oğlu idi. 1896-cı ildə istefaya çıxan general-leytenant Balakişi Ərəblinski Dərbəndə qayıtmış, ömrünün axırına kimi orada yaşamış, imperator tərəfindən ona hədiyyə olunan torpaq sahəsinə başçılıq etmişdir. Yerli əhali arasındakı gözəl insani keyfiyyətləri ilə hədsiz hörmət qazanmış general-leytenant Balakişi Ərəblinskinin şərəfinə adlandırılan Dərbənd yaxınlığındakı kənd və stansya indi də onun adını daşıyır. O, 1902-ci ilin yanvarında vəfat etmiş və Dərbəndin qədim müsəlman qəbiristanlığında dəfn olunmuşdur. Hazırda general-leytenant Ərəblinskinin iki nəvəsi: Fatma xanım və Həyat Abdullayevlər, qohumlarından Bəhruz Xalid oğlu Ərəblinski və ailəsi Bakıda yaşayırlar.
Bandunq inzibati ərazisi
Bandunq inzibati ərazisi (Kabupaten Bandunq, tez-tez Bandunq rayonu olaraq adlandırılır) - Bandunq şəhərinin cənub, cənub-şərq və şərqində yerləşən bir inzibati ərazidir. Bandunq inzibati ərazisinin (reqensi) şimal hissələri, əsasən Böyük Bandunq metropolu sahəsinin bir hissəsidir, üçüncü cənub hissəsində isə şəhərləşmə azalır və Vadidən yuxarıya doğru Bandunqun dərhal şimalına uzanan dağlar kimi kəskin deyildir. Reqens İndoneziyanın Qərbi Yava əyalətinin bir hissəsidir və Cakartanın təxminən 75 kilometr cənub-şərqində yerləşir. Soreanq şəhəri rayonun inzibati mərkəzidir. İlk Cimahi şəhəri muxtar ərazi oldu və sonra Qərbi Bandunq inzibati ərazisindən ayrıldı. 2010-cu il əhalinin siyahıya alınmasında son dəyişikliklər edildikdən sonra əhali 3,178,543-ə çatdı. Ən son rəsmi hesablama (2014-cü ilin yanvar ayı üçün) kvadrat kilometr başına ortalama sıxlıq 1,933 kvadratmetr üçün 3,418,246 əhali təşkil edirdi. Bandunq Reqensi siyahıya alınmış otuz bir rayona (kekamat) bölünür. 2010-cu il siyahısında rayonların ərazisi və əhalisi verilmişdir: Bandunq inzibati ərazisinin (reqens) indiki reqenti Dadanq M Naserdir. Şimal-Qərbi Bandunq inzibati ərazisi,Cimahi şəhəri,Bandunq şəhəri,Subanq inzibati ərazisi,Sumedanq inzibati ərazisi.
Şəəba əl-Əmr
Şəəba əl-Əmr (ərəb. شعبة العامر‎) və ya Şavet-el-Amör (fr. Chabet el Ameur) — Əlcəzairin şimalında, Bumerdes vilayətində kommuna. Kommuna vilayətin şimal hissəsində, dəniz səviyyəsindən 187 metr yüksəklikdə yerləşir, 73 km2 ərazini əhatə edir. Kommuna ölkənin paytaxtı Əlcəzairdən təqribən 73 kilometr şərqdə və Bumerdes vilayətinin inzibati mərkəzindən 39 kilometr cənub-şərqdə yerləşir. 2008-ci ildə əhalinin sayı 33.459 nəfər idi.
.er
.er — Eritreyanın internet kodu. IANA .er whois information Top-Level-Domain .
Er
Er – D.İ.Mendeleyevin elementlərin dövri sistemində 68-ci element. Er (departament) — Fransanın şimalında yerləşən, Normandiya regionun departamentlərindən biri. .er — Eritreyanın internet kodu.
Er (departament)
Ör (fr. və norm. Eure) — Fransanın şimalında yerləşən, Normandiya regionun departamentlərindən biri. Sıra nömrəsi — 27. İnzibati mərkəzi — Evrö. Əhalisi — 598 347 nəfər (departamentlər arasında 43-cü yer, 2014-cü ilin məlumatları.). Ör Dənizkənarı Sena, Uaza, Val-d’Uaz, İvelin, Ör və Luar, Orn və Kalvados departamentləri ilə sərhəddir. Ərazisi — 6040 km². Sena çayı və onun qolları Ör, Ept, Andel və digərləri departament vasitəsilə axır. Departamentin əsas şəhərləri Bove, Kompyen, Krey, Nojan-sür-Uaz, Sanlis, Krepi-an-Valua, Meryü, Nuayon, Montater, Klermon.
Vernon (Er)
Vernon (fr. Vernon) — Fransanın şimalında yerləşən bir şəhər, regionu Normandiya, departamenti Ör, rayonu Evrö, mərkəzi eyniadlı kanton. Əhalisi (2013) — 23 951 nəfər. Əhalinin məşğulluq quruluşu: kənd təsərrüfatı - 0,2% sənayesi - 19,1% tikinti - 6,0% ticarət, nəqliyyat və xidmət sahələrində - 41,0% dövlət və bələdiyyə xidmətləri - 33,7% İşsizlik səviyyəsi (2014) 19,7% (Fransada ümumi - 13,5%, Ör departamenti - 13,7%) təşkil edir. Adambaşı orta illik gəlir, avro (2014) - 18,693 (ümumi Fransada 20,150, Ör departamenti - 20,445). Əhali sayının dinamikası, nəf. Bad-Kissiqen, Almaniya Seuta, İspaniya Massa, İtaliya Pyer Letelye (1614—1702) — rəssam, Nikola Pussenin şagirdi Jak Lui de Tiyi (1749—1822) — Böyük Fransa inqilabının və Birinci İmperiya dövrünün generalı. Usman Dembele (d. 1997) — futbolçu, "Borussiya" klubunun və Fransa milli komandasının hücumçusu. А. Плюшар.
Er-Fors adası
Er-Fors adası (ing. Air Force Island) — Kanada Arktik arxipelaqının bir hissəsidir. Adada hazırda yaşayış yoxdur (2012). Er-Fors adası Foks körfəzinin şimal-şərq hissəsində, Baffin Torpağının cənub-qərb sahillərində yerləşir və Verdi körfəzinin cənub sərhədini təşkil edir. Baffin Torpağına minimum məsafə 20 km-dir. 11 km enində olan Koçram boğazı adanı qərbə doğru böyük Şahzadə-Çarlz adasından ayırır. Adanın sahəsi 1720 km²-dir. Sahil xəttinin uzunluğu 201 km-dir. Er-Fors adasının uzunluğu 62 km (şərqdən qərbə) və orta eni təxminən 30 km-dir (şimaldan cənuba). Adanın relyefi alçaqdır və nadir hallarda dəniz səviyyəsindən 20 metrdən yuxarı qalxır.
Er və Luar
Ör və Luar (fr. Eure-et-Loir) — Fransa şimalı mərkəzində yerləşən departament. Mərkəz - Luara vadisi regiounun departamentlərindən biri. Sıra nömrəsi — 28. İnzibati mərkəzi — Şartr. Əhalisi — 440 291 nəfər. (departamentlər arasında 55-ci yer, 2010-cu ilin məlumatları) Sahəsi — 5880 km². Departament Luara vadisində yerləşir. Departamentə 4 rayon, 29 kanton və 403 kommun daxildir. Şartr Şatodön Drö Nojan-le-Rotru Cədvəl Ör və Luar — 1790-cı ilin martında Böyük Fransız İnqilabı zamanı yaranmış ilk departamentdən biri.