Eristika
Eristika - (yun. eristikos – mübahisә edәn) mübahisә etmәk mәharәti.
Eristika Qәdim Yunanıstanda e.ә 5 әsrin 2-ci yarısında sofistlәr arasında, e.ә. 4 әsrdә Meqara mәktәbindә geniş yayılmışdı. Qәdim yunan ritorika vә fәlsәfәsindә inandırmaq mәharәti kimi meydana gәlmiş eristika çox keçmәdәn mübahisә zamanı hәr hansı müddәanı, doğru vә ya yanlışlığından asılı olmayaraq, müdafiә, yaxud tәzkib etmәk üçün işlәdilәn üsullar mәcmusuna çevrildi. Aristotel “Sofist tәkziblәr haqqında” traktatında sofistika ilә eristika arasında fәrq qoymamış, sofist әqli nәticәlәri eristik sillogizmlәr adlandırmışdır. Hazırda bilәrәkdәn yanlış mühakimә üçün işlәdilәn üsullar sofistika, ümumiyyәtlә, mübahisә etmәk mәharәti isә eristika adlandırılır.