ermənilər

ermənilər
erməniəsilli
erməniləşdirilmə
OBASTAN VİKİ
Ermənilər
Ermənilər (erm. հայեր) — Qafqaz və Yaxın Şərqdə xalq. Özlərini "Hay", ölkələrini "Hayastan" adlandırırlar. Ermənistan əhəlisin əsasını təşkil edirlər. Bundan əlavə İran, Gürcüstan, Türkiyə, Livan və Suriyada da məskunlaşmışlar. Sayları 2010-cu ilə olan təxminlərə əsasən 6–8 milyon nəfərdir. Ermənistandankı ermənilərin sayı rəsmi rəqəmlərə görə 3 milyona yaxındır. Türkiyədə ermənilərin sayı müxtəlif mənbələrə görə 35000 ilə 50000 arasında olub, demək olar ki, hamısı İstanbul və ətrafında yaşamaqdadır. 19-cu əsrə kimi əksəriyyəti Osmanlı İmperiyası və İranda yaşayan ermənilər bu dövrdən sonra müxtəlif səbəblərdən dünya ölkələrinə səpələnib və bu səpələnmə nəticəsidə dünyanın müxtəlif ölkələrində yaşayan erməni topluluqlarına erməni diasporası adı verilib. Erməni diasporasının ən güclü olduğu ölkələr ABŞ, Rusiya və Fransadır.
Serbiyada ermənilər
Serbiyada ermənilər — Serbiya ərazisində yaşayan erməni əsilli əhali. 2011-ci il siyahıya alınmasına görə Serbiyada 222 erməni yaşayır. Serbiya erməniləri haqqında ilk məlumat X əsrə aiddir. Artıq o dövrdə Bizans imperiyasının sərhədlərində, Makedoniya və Frakiyaya yaxın ərazilərdə ermənilərdən təşkil olunmuş ordulara aid yaşayış məskənləri vardı. Ermənilərin Serbiya ərazisində növbəti dəfə adları 1218-ci ildə Serbiya Provaslav kilsəsinin birinci arxiyepiskopu Müqəddəs Savanın erməniləri monastır tikintisinə dəvət etməsi ilə əlaqədardır. Savva erməni arxitekturası ilə tanış olmuş və heyranlığı səbəbindən məhs erməni ustalarını dəvət etmişdir. Ermənilər Vitovisa monastırını inşa etməli idilər. Bu gündə kilsənin kitabəsində erməni və serb dilində yazılar qorunur. Osmanlıların avropa fəthləri zamanı türk ordusunun tərkibində erməni əsgərlər də olmuşdur. Ancaq ermənilər adətləri üzrə osmanlı ordusuna dönük çıxaraq serb tərəfə keçmişlər.
Ermənilər tərəfindən işğalı edilmiş Qazax rayonun kəndləri
Qazax rayonunun Ermənistan tərəfindən işğal edilmiş kəndləri — Qazax rayonu 7 kəndi Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. Qazax rayonunun işğal altında olan anklav kəndləri: Sofulu, Barxudarlı və Yuxarı Əskipara kəndləridir. Qazax rayonunun işğaldan azad olunan kəndləri: Bağanıs Ayrım, Qızılhacılı, Aşağı Əskipara və Xeyrımlı kəndləridir. == İşğal edilmiş anklav kəndlər == === Yuxarı Əskipara === Kənd 8 iyun 1992-ci ildən Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. Kənd ərazisində çoxlu tarixi abidələr var: Şəkər qalası, Qatır körpüsü, Kazım körpüsü və s. === Barxudarlı və Sofulu === Barxudarlı və Sofulu kəndlərinə ermənilərin hücumu 1992-ci ilin aprelin 23-dən başlayıb və çətinliklə də olsa onlar bu kəndləri aprelin 27-də işğal ediblər. Bir neçə gün davam edən döyüşlərdə kənd sakinləri Barxudarlıda 11, Sofuluda 9 post quraraq ermənilərə qarşı döyüşüblər. Qazax rayonundan köməyə gələn olmasın deyə, bura gələn dəmir yolu xəttidə ermənilər tərəfindən partladılıb. Sofulu və Barxudarlı yalnız 4 gün mühasirədə saxlanıldıqdan sonra çətinliklə işğal edilib. Hadisələrin şahidi Barxudarlı kənd sakin Əhmədin dedikləri: Hadisələr zamanı 7 nəfər kənd sakini şəhid olur, 3 nəfər ağır yaralanır.
Ermənilər Tərəfindən Qətlə Yetirilən Şəhid Türklər Abidəsi və Muzeyi
Ermənilər Tərəfindən Qətlə Yetirilən Şəhid Türklər Abidəsi və Muzeyi (türk. Ermeniler Tarafından Katledilen Şehit Türkler Anıt ve Müzesi) — ermənilərin İğdır bölgəsindəki türklərə qarşı həyata keçirdiyi soyqırıma həsr olunmuş abidə-muzey kompleksi. == Haqqında == Türkiyənin İğdır bölgəsində yerləşən kompleksin tikintisinə 1 avqust 1997-ci ildə başlanılmış və 5 oktyabr 1999-cu ildə sona çatdırılmışdır. Abidənin təməli İğdır valisi Şəmsəddin Uzun tərəfindən atılmışdır. 43.5 metr hündürlükdə olan abidə Türkiyədəki ən hündür abidədir. Abidənin açılış mərasimində Türkiyənin o zamankı prezidenti Süleyman Dəmirəl və dövlət naziri Ramazan Mirzəoğlu da iştirak etmişdir. Memorialın açıqlanan məqsədi I Dünya Müharibəsi və Ermənistan-Türkiyə müharibəsi (1920) zamanı "ermənilərin İğdır vilayətində törətdikləri qırğınları və zülmləri anmaqdır". == Memarlığı == 350 m² qapalı muzey və 36 m hündürlüyündə 5 ədəd qılıncdan ibarətdir. Ətrafı yaşıl sahə və park olaraq inşa edilmişdir. Ümumilikdı 14.000 m² sahədən ibarətdir.
Məxfi ermənilər
Məxfi ermənilər və ya kripto-ermənilər (erm. ծպտեալ հայեր; Rom: tsptyal hayer) əsasən türk cəmiyyətindən erməni mənsubiyyətini gizlədən tam və ya qismən etnik erməni mənşəli insanları təsvir etmək üçün istifadə edilən ümumi termindir. Onlar əsasən Erməni qətliamı zamanı “fiziki cəhətdən yox olmaq təhlükəsi altında” islamlaşmağa (türkləşmə və yaxud da kürdləşmə) məcbur olan Osmanlı ermənilərinin nəvələridirlər. Türkiyəli jurnalist Erhan Başyurt gizli ermənilər haqqında belə demişdir; “Deportasiyalardan və ölüm yürüşlərindən canlarını xilas etmək üçün İslamı qəbul etmiş ailələr (bəzi kəndlərdə və ya məhəllələrdə) [...] erməni kimi öz aralarında nikahlar bağlamış, bəzi hallarda isə gizli şəkildə xristianlığı yenidən qəbul etmişdirlər”. Avropa Komissiyasının Türkiyə ilə əlaqədar olan 2012-ci ildəki hesabatına əsasən, "bir qrup kripto-ermənilər öz orijinal adlarını və dinlərini yenidən istifadə etməyə başlamışdırlar". The Economist jurnalında isə qeyd edilmişdir ki, erməni mənşəli olduğunu ortaya qoyan türklərin sayı artmaqdadır. Erməni xalqının ənənəvi vətəni hesab olunan Erməni dağlarının qərb hissələri XVI əsrdə Osmanlı imperiyasının hakimiyyəti altına keçmişdir. XVII əsrə qədər ermənilər regionun əhalisinin böyük əksəriyyətini təşkil edirdilər, lakin onların sayı getdikcə azalmağa başlamış və XX əsrin əvvəllərində onlar o dövrdə altı vilayət olaraq nəzərdə tutulmuş olan Qərbi Ermənistanın əhalisinin 38%-ni təşkil edirdilər. Bundan əlavə, türklər və kürdlər region əhalisinin əhəmiyyətli hissəsini təşkil edirdilər. 1915-ci ildə və ondan sonrakı növbəti illərdə Osmanlı İmperiyasının hakimiyyəti altında öz ata-baba torpaqlarında yaşayan ermənilər Erməni soyqırımı zamanı Gənc türklər hökuməti tərəfindən sistemli şəkildə məhv edilmişdirlər.
Efiopiya erməniləri
Efiopiya erməniləri (erm. Հայերը Եթովպիայում) — Efiopiyada yaşayan erməni icmasına verilən ümumi ad. Ermənilərin Efiopiyaya nə zaman gəlmələri dəqiq məlum deyil. Efiopiyaya gəlmiş ilk ermənilərdən biri Sarkis Tərziyandır. O, Osmanlı imperiyasının topçusu kimi 4 il davam etmiş səfərin ardından 1887-ci ildə Efiopiyaya gəlmişdir. Tərziyan İstanbula qayıtmır və Əddis-Əbəbə şəhərində silah ticarəti ilə məşğul olur. Qanunsuz silah satışı və çatdırılması nəticəsində Sarkis Tərziyan böyük gəlir əldə edir. XX əsrin əvvələrində Əddis-Əbəbə şəhərində ermənilər tərəfindən ilk foto studiya açılır. 1902-ci ildə Bedros Boyacıyan tərəfindən açılan studiya, onun vəfatından sonra oğulları tərəfindən işlədilir. Bu dövrdə yalnız bir erməni yüksək vəzifədə fəaliyyət göstərmişdir.
Ermənilərin Azərbaycan ərazisində törətdikləri terror aktları
Ermənilərin Azərbaycan ərazisində törətdikləri terror aktlarının siyahısı — Müxtəlif illərdə ermənilərin Azərbaycan ərazisində törətdikləri terror aktlarının siyahısı. Artıq 3 əsrdir terrorçu qrupları dünyada fəaliyyət göstərirlər. 1975-ci ildə ASALA və ESƏD kimi erməni terrorçu qruplarının yaranması ilə yeni əsasən bu iki qrup və digərləri tərəfindən dünyanın 20-dən çox ölkəsində müxtəlif illərdə terror aktları törədildi. Terrorizmi və terrorizmlə mübarizə aparmağı tədqiq edən amerikalı siyasi analitik Bryus Hoffmana görə erməni terror qrupları təkcə 1975-ci ildən 1986-cı ilə qədər dünyada 200 terror aktı törədiblər. == Terror aktları == == Həmçinin bax == Hnçak Daşnaktsutyun == Xarici keçidlər == Armenian terror in Azerbaijan / Azərbaycanda erməni terroru 106 nömrəli avtobusda partlayış / Lider Tv == İstinadlar == == Ədəbiyyat == Erməni cinayətləri (sənədlər əsasında) (PDF). I. Bakı: «Vətən» Nəşriyyat-Poliqrafiya Mərkəzi. 2004. 164. Archived from the original on 2020-10-28. İstifadə tarixi: 2020-10-28.
Ermənilərin Azərbaycan ərazisində törətdikləri terror aktlarının siyahısı

Ermənilərin Azərbaycana yerləşdirilməsi
Ermənilərin tarixi miqrasiyası yerləşdirilməsi — ermənilərin İrandan, Türkiyədən və digər ərazilərdən planlı sürətdə Cənubi Qafqaza köçürülməsi prosesi. Rusiyanın himayəsi altında erməni dövlətinin yaradılması, həmçinin ermənilərin İran və Türkiyədən Rusiyanın işğal etdiyi torpaqlara köçürülməsi təsadüfi hadisə olmayıb, erməni-rus münasibətlərinin qanunauyğun nəticəsi idi ki, bu münasibətlərin əsasını rus və erməni tarixi ədəbiyyatında təbliğ edildiyi kimi, yalnız ticarət əlaqələri deyil, başlıca olaraq Şərqin müsəlman dövlətlərinə, xüsusilə Türkiyəyə, XVIII əsrdən etibarən isə həm də Azərbaycana qarşı düşmənçilik münasibəti təşkil edirdi. == Köçürülmə planının məqsədi == Səfəvilər dövlətinin zəifləməsindən istifadə edən I Pyotrun 1724-cü ilin noyabrın 10-da ermənilərin Azərbaycanın Xəzər dənizi sahillərində, Dərbənd və Bakı, həmçinin Gilan, Mazandaran və Gürgan ərazilərində məskunlaşmasını rəsmiləşdirən fərmanından sonra başladı. Bu fərmana görə ermənilər Rusiya İmperiyasının Cənubi Qafqazdan İran körfəzinə kimi geniş əraziləri ələ keçirmək planının həyata keçirilməsində "beşinci qüvvə" rolunu oynayacaqdılar. Bu planın bir hissəsi kimi Rusiya generalları Azərbaycan əhalisini hansı yolla olursa olsun yaşadığı yerlərdən didərgin salmaq əmri almışdılar. Lakin Rusiyanını Qafqazdakı hərbi uğursuzluqları onun ermənilərin planlı məskunlaşdırılması siyasətini bir müddətə dondurdu. == Türkmənçay müqaviləsinin nəticəsi == Türkmənçay müqaviləsinin nəticəsi olaraq 40000 erməni Azərbaycanın müxtəlif ərazilərində məskunlaşdırıldı. 1829-cu ilin Ədirnə sülhünün nəticələrinə görə isə, Osmanlı İmperiyası ərazilərində yaşayan 90000 erməni də Azərbaycanda yerləşdirildi. Onlar əsasən Naxçıvan, İrəvan və Qarabağ xanlıqlarında məskunlaşdırıldılar. Məşhur rus diplomatı və yazıçısı A. S. Qriboyedov yazırdı: "Erməni əhalisi əsasən müsəlman torpaq sahiblərinin ərazilərində yerləşdirilirdilər … onlar yavaş-yavaş müsəlman əhalisini ərazilərdən sıxışdırıb çıxarmağa başlamışdılar.
Ermənilərin Cənubi Qafqaza köçürülməsi

Ermənilərin Naxçıvana köçürülməsi

Ermənilərin türk-müsəlman əhaliyə qarşı soyqırımı
Ermənilərin türk əhaliyə qarşı soyqırımı
Fransa erməniləri
Fransa erməniləri — Fransada yaşayan ermənilərə verilən ümumi ad. Qərb ölkələri arasında Fransa erməniləri ABŞ ermənilərindən sonra ikinci ən böyük erməni diasporudur. Fransada yerləşən Erməni Məsələsinin Müdafiə Komitəsi (Comité de défense de la cause arménienne (CDCA)) və Erməni Diasporunun Araşdırmalar Mərkəzinin (Centre de recherches sur la diapora arménienne (CRDA)) verdiyi məlumata görə bu gün Fransada 600 min nəfər erməni əsilli yaşayır. == Tarixi == 19-20-ci əsrlərdən etibarən ermənilərin Avropa ölkələrinə və ABŞ-yə miqrasiyası kütləvi hal almağa başlayır. Bu miqrasiya əsasən siyasi və hərbi səbəblərdən baş verirdi. İlk dəfə ermənilərlə bağlı məsələ San-Stefano (1878, 16-cı maddə) və Berlin müqaviləsində (1878, 61-ci maddə) öz əksini tapmışdı. 19-cu əsrin ikinci yarısında Osmanlı imperiyası ərazisində etnik erməni azlığın Qərb dövlətləri və Rusiya imperiyası tərəfindən qızışdırılması ilə Böyük Britaniya, Çar Rusiyası, Fransa, ABŞ kimi güclər də bu məsələyə daxil olmuş və ermənilərdən Osmanlı imperiyasına qarşı təzyiq vasitəsi kimi istifadə etməyə başlamışdılar. Məhz bu dövrdə Osmanlı imperiyası ərazisində ermənilərin siyasi fəaliyyəti, silahlı üsyanları dövlət rəhbərliyinin onlara qarşı təhlükəsizlik tədbirlərini gücləndirməsi ilə nəticələnmiş, bu da erməni siyasi aktivistlərinin və ümumilikdə etnik ermənilərin Qərb ölkələrinə mühacirət etməsinə gətirib çıxarmışdır. == Demoqrafiyası == Müasir dövrümüzdə Fransada ermənilərin üçüncü nəsli yaşamaqdadır. Bunlardan 400 mini Fransa ərazisində anadan olmuş ermənilər, əlavə 200 min nəfəri isə sonradan Fransaya miqrasiya etmiş ermənilərdir.
Gürcüstan erməniləri
Gürcüstan erməniləri — Ermənistan Respublikasından kənarda yaşayan etnik ermənilərin təşkil etdiyi Erməni diasporunun Gürcüstanda yaşayan hissəsinin adı. 17-24 yanvar 2002-ci il Ümumumgürcüstan əhali siyahıyaalınmasının yekunlarına əsasən sayları 248.929 nəfərdir. == Mənbə == Армяне в Грузии (с древних времен до сегодняшнего дня). Шота Тетвадзе, Отар Тетвадзе. Тбилиси-2008, 211 стр.
Hindistan erməniləri
Hindistan erməniləri - Hindistanda yaşayan etnik ermənilərə verilən ümumi ad. Hindistanda ermənilərin məskunlaşması XVII əsrin ortalarından başlamışdır. İlk vaxtlar ermənilər, Hindistana ticarət məqsədilə gəlmişdilər. Erməni mənbələrində, tacirlərin Hindistana ilk dəfə X əsrdə getmələri qeyd olunmuşdur. Tacirlər əsasən dəyərli daş-qaş və parça ticarəti ilə məşğul olurdular. 1956-cı ildə Yeni Dehli şəhərinin arxiv idarəsi, ermənilər haqqında bəzi sənədləri açıqlamışdır. Həmin sənədlərdə, ermənilərin Hindistana 780-cı ildə gəldikləri göstərilmişdir. Tarixi baxımdan təsdiqini tapmamış, məlumatlardan birində isə Vasko da Qamanın Hindistana 1498-ci ildə təşkil etdiyi səfər zamanı, erməni tacirləri ilə qarşılaşmışdır. Hindistanda ermənilərə məxsus ilk dini ibadətgah 1562-ci ildə inşa olunmuşdur. 1772-ci ildə Yakop Şahamiryan adlı erməni, Cenay şəhərində mətbəə yaratmışdır.
Kanada erməniləri
Kanada erməniləri – Kanadada yaşayan ermənilərə verilən ümumi ad.
Kipr erməniləri
Kipr erməniləri — Kipr adasında yaşayan etnik erməni toplumuna verilən ümumi ad. Kipr adasında 2012-ci ilə olan əhalinin siyahıya alınmasına əsasən 3.500 civarında erməni yaşamaqdadır. Ermənilərin böyük əksəriyyəti adanın yunan tərəfindən idarə edilən hissəsində yaşayır. Ermənilərin ada da yaşadıqları əsas yer Nikosiya şəhəridir. Nikosiyanın ardından siyahını Limasol və Larnaka şəhərləri izləyir. == Tarixi == Ermənilərin Kipr adası ilə təması Kilikiya erməni çarlığının 1078-ci ildə adanın şimal hissələrini işğal etməsi ilə başlamışdır. Çarlığın varlığına Səlcuqlar tərəfindən son qoyulmasından sonra ada da yaşayan az saylı erməni toplumu qorunmaq üçün Bizans İmperiyasının ada da yerləşən hakimiyyətinə sığınmaq qərarı verir. Kilikiya erməni çarlığı ilə Kipr adasında yaşayan etnik ermənilər arasında münasibətlər Səlib yürüşləri zamanı sürətlə inkişa etməyə başlayır. Erməni çarı II Leo, Kipr Krallığını idarə edən Luziyanlar sülaləsinə məsub bir qadınla evlənməsi münasibətləri daha da dərinləşdirir. Orta Əsrlərdə Kipr adasında iki erməni dini mərkəzi yerləşirdi.
Livan erməniləri
Livan erməniləri — Livanda yaşayan ermənilərə verilən ümumi ad. Ermənilər Livan əhalisinin 4% təşkil edir. Ermənilər Livan vətəndaş müharibəsi zamanı döyüşlərdə faəl iştirak etmişdilər. Bəzi mənbələrdə, müharibədən əvvəl Livanda 100 minə yaxın, erməninin yaşadığını, müharibə səbəbindən ölkəni tərk etdikləri göstərilir. == Tarixi == Livanda ilk ermənilərin dəqiq nə zamandan yaşamağa başladıqları məlum deyil. Eranın ilk illərində, Livan ərazisində yaşayan xalqlar haqqında məlumat veriləndə, ermənilərində adları qeyd edilir. 1915-ci ildə Livan Osmanlı imperiyasının tərkibində idi. Bu dövrdə ermənilər daha çox Beyrut şəhərində yaşayırdılar. Sultanın fərmanı ilə ermənilərin yaşadıqları ərazilərdən köçürülməsi nəticəsində, Livanda erməni əhalisi sürətlə artmağa başlamışdır. Ermənilər Karantina və Burc Hamod bölgələrində sürətlə məskunlaşmışdılar.
Meksika erməniləri
Meksika erməniləri (erm. Հայերը Մեքսիկայում; isp. armenia en México) — Şimali Amerika qitəsində yerləşən Meksikada məskunlaşmış erməni əsilli əhali. Meksikaya ermənilərin kütləvi gəlişi 1910–1928-ci illər aralığında baş vermişdir. == Tarixi == Meksikaya gəlmiş ilk ermənilərdən biri 1672-ci ildə Fransisko Martin adlı şəxs olmuşdur. Don Pedro de Zárate adlı bir digər erməni isə 1723-cü ildə İspan qalyonunun tərkibində Çindən Sakit okeanın sahilində yerləşən liman şəhəri Akapulko səfər etmişdir. 1897-ci ildə Meksika prezidenti Porfirio Diasın təklifi ilə ölkənin şimalında yerləşən Tamaulipas ştatında ermənilərin kənd təsərrüfatı ilə məşğul olmaları üçün torpaq sahəsinin ayrılması planlaşdırılsada, təklif icra olunmamışdır. Erməni icmasının Meksikada əsas fəaliyyətləri Erməni soyqırımından sonrakı dövrlərə təsadüf edir. 1921–1928-ci illərdə Meksika hökümətinin miqrantlara qarşı açıq qapı siyasətinin tətbiq etməsindən faydalanan ermənilər öz saylarını bu qanunun hesabına artırmağa çalışırdılar. İqtisadi baxımdan ölkənin zəifləməsindən sonra erməni icmasının üzvləri Amerika Birləşmiş Ştatlarına yaxın olan ərazilərə köçməyə başladı.
Misir erməniləri
Misir erməniləri (erm. Հայերը Եգիպտոսում) - Misirdə yaşayan erməni icmasına verilən ümumi ad. Misirdə ermənilərin məskunlaşması XVII əsrdən başlamışdır. XIX əsrin ortalarında Misirdə yaşayan erməni icmasının sayı 45 minə qədər yüksəlmişdir. Sosializm, müharibələr və dini-etnik zəmində mübarizələr səbəbindən burada yaşayan ermənilərin sayı 1970-ci illərdən etibarən sürətlə azalmağa başlamışdır. Hal-hazırda Misirdə 5 minə yaxın erməni yaşayır. Burada onlar üçün 6 kilsə, 3 məktəb və 2 qəzet fəaliyyət göstərir. Misirdə ermənilərin nə zamandan məskunlaşması barədə dəqiq məlumatlar yoxdur. Osmanlı İmperiyasının XVI əsrdə Misiri fəth etməsindən sonra bir neçə yüz erməni Misirə köç etmişdir. Tarixçi Simon Lexatsinin fikirlərinə əsasən 1615-ci ildə Qahirə şəhərində 100 erməni ailəsi yaşayırdı.
Osmanlı erməniləri
Osmanlı erməniləri — Osmanlı imperiyasında yaşayan ermənilərə verilən ümumi ad. Ermənilər XIX əsrdə Türkiyədə Şərqi Anadolu bölgəsində yaşayırdılar. 1361-ci ildə Bursa şəhərinin Osmanlı imperiyasının paytaxtı olmasından sonra, erməni kilsəsi də yeni paytaxta köçürülmüşdür. 1453-cü ildə İstanbulun fəth edilməsindən sonra dini qurumda bu şəhərə köçürülmüşdür. Bu dövrlərdə Osmanlı imperiyasında ermənilərin sayı çox deyildi. Əsasən ticarətlə məşğul olan ermənilər, böyük şəhərlərdə ailələri ilə birlikdə qalmırdılar. XVII əsrdən etibarən isə Anadolu bölgəsində yaşayan ermənilərin İstanbul kütləvi axını nəticəsində, böyük bir etnik qrup formalaşmışdır. Osmanlı imperiyasında yaşayan digər etnik qruplardan fərqli olaraq, ermənilər daha çox imtiyazlara sahib olmuşlar. Onlar, cəmiyyətin əsas üzvüləri hesab edilirdi. Dini mənsubiyyətlərinə görə hərbi xidmətdən azad olan ermənilər, uzun illər İstanbulda parça ticarətinə rəhbərlik etmişlər.
Rus-türk müharibələrində ermənilərin iştirakı (kitab)
Kitab AMEA-nın A. A. Bakıxanov adına Tarix İnstitutu Elmi Şurasının qərarı ilə çap olunmuşdur. "Azərbaycanlıların soyqırımı haqqında" Respublika prezidenti Heydər Əliyevin 26 mart 1998-ci il tarixli fərmanı əsasında hazırlanmışdır. Elmi məsləhətçi: Yaqub Mahmudov əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor Redaktorları: Cəbi Bəhramov (t.ü. fəlsəfə doktoru) Hacı Həsənov (t.ü. fəlsəfə doktoru) Kitabda "Böyük Rusiya" uğrunda rusların, "Böyük Ermənistan" uğrunda ermənilərin birgə qüvvələrlə türk torpaqlarında apardıqları qanlı müharibələrdən, türklərə qarşı törətdikləri dəhşət və vəhşətlərdən bəhs edilir. Məmmədov İsrafil Süleyman oğlu. Rus-türk müharibələrində ermənilərin iştirakı. Səbəb və nəticələr. Баkı, "Elm və təhsil", 2011. – 272 səh.
Rusiya erməniləri
Rusiya erməniləri — Ermənistan Respublikasından kənarda yaşayan etnik ermənilərin təşkil etdiyi Erməni diasporunun Rusiyada yaşayan hissəsinin adı. Ermənistanın Rusiyadakı səfiri Vardan Toqanyanın 2017-ci ildə bildirdiyinə görə Rusiyada 2,5 milyona yaxın erməni yaşayır.
Suriya erməniləri
Suriyadakı ermənilər və ya Suriya erməniləri ( erm. Հայերը Սիրիայում, ərəb. أرمن سوريا‎ - Suriyada yaşayan erməni əsilli şəxslərə verilən ümumi ad. Ermənistan Diaspor Nazirliyinin məlumatına görə, Suriyada vətəndaş müharibəsi başlayana qədər 100 minə yaxın erməni yaşayır ki, onlardan 60 mini Hələbdə, 8 mini Əl Qamışlıda, 6-7 mini Dəməşqdə yaşayır. Suriyanın müasir erməni icması 1915-1920-ci illərdə Osmanlı Türkiyəsində ermənilərin kütləvi deportasiyası nəticəsində formalaşmışdır. 1918-ci ildə Suriya ermənilərinin sayı 142.000 nəfər idi ki, onlardan 60.000-i Hələbdə idi. Sonralar Suriya ermənilərinin bir hissəsi tədricən Livana, Avropa ölkələrinə, Kanadaya, ABŞ-yə və Ermənistana (1946-1948-ci illərdə və 1964-1966-cı illərdə) mühacirət etmişlər. 2011-ci ildə Suriyada başlayan vətəndaş müharibəsi səbəbindən bir çox erməni Suriyanı tərk etmək məcburiyyətində qalıb. 2014-cü ilin yanvar ayına olan məlumata görə, Ermənistanda Suriyadan olan 11 min erməni qaçqın yaşayırdı . Onların bir hissəsi Ermənistan hakimiyyəti tərəfindən Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölk=gəsində məskunlaşdırıldı.
Qarabağ erməniləri
Qondarma Dağlıq Qarabağ Respublikası (erm. Լեռնային Ղարաբաղի Հանրապետություն, translit. Lernayin Ğarabaği Hanrapetut’yun) və ya rejimin özünü adlandırdığı kimi Artsax Respublikası (erm. Արցախի Հանրապետություն) — Beynəlxalq hüquqa əsasən Azərbaycan Respublikasına aid, Cənubi Qafqazda dənizə çıxışı olmayan və Ermənistan Respublikası, Rusiya Federasiyası və Erməni Diasporunun hərbi, siyasi və maliyyə dəstəyi ilə qurulmuş, BMT-yə üzv olan heç bir dövlət tərəfindən müstəqilliyi tanınmayan keçmiş dövlət. 1991–2024-cü illər arasında tanınmamış respublika keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin bəzi hissələrinə, o cümlədən mərkəz Xankəndinə nəzarət edirdi. Onun Ermənistana yeganə quru yolu eni 5 km olan Laçın dəhlizindən keçirdi. Rəsmi olaraq 10 noyabr 2020-ci ildə üçtərəfli atəşkəs bəyannaməsinə əsasən böyük hissəsində Azərbaycan Respublikası suveren nəzarəti bərpa etmişdir, bir hissəsinə isə Rusiya sülhməramlı qüvvələri nəzarət edir. 28 sentyabr 2023-cü ildə qondarma respublikanın "prezidenti" Samvel Şahramanyanın imzaladığı fərmana əsasən, 1 yanvar 2024-cü ildən etibarən idarə fəaliyyətində olan bütün dövlət qurumları və təşkilatları ləğv edilir və qondarma rejim fəaliyyətini dayandırır. 10 dekabr 1991-ci ildə azərbaycanlıların boykot etdiyi və yalnız ermənilərin qatıldığı referendum nəticəsinə görə "müstəqillik qərarı" alınmış və 6 yanvar 1992-ci ildə də "müstəqillik" rəsmən elan edilmişdir. Lakin Ermənistan Respublikası daxil, heç bir ölkə və ya beynəlxalq qurum qondarma rejimin müstəqilliyini tanımamışdır.
Dağlıq Qarabağ Muxtar Vilayətinə daxil olmayan və ermənilər tərəfindən işğal olunmuş 7 rayon
Dağlıq Qarabağın ətrafında Ermənistan tərəfindən işğalı olunmuş Azərbaycan əraziləri — keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinə daxil olmayan, Birinci Qarabağ müharibəsi (1988–1994) dövründə Ermənistan tərəfindən işğal olunmuş və İkinci Qarabağ müharibəsi başlanana qədər işğal altında qalmış ərazi. == Ərazilər haqqında ümumi məlumat == 12.05.1994–27.09.2020 tarixləri aralığında bu ərazilərin aid olduğu inzibati rayonlar: Kəlbəcər rayonu — 1993-cü ildə bütün ərazisi (o cümlədən 02.04.1993 tarixində rayon mərkəzi) işğal olunub. İkinci Qarabağ müharibəsi nəticəsində qəbul olunmuş 10 noyabr 2020-ci il bəyanatının şərtlərinə əsasən 13 oktyabr 1992-ci il tarixli inzibati ərazi dəyişikliyinə qədərki ərazisi işğaldan azad edilmişdir. 2020-ci il 25 noyabr tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Kəlbəcər rayonunun işğaldan azad edildiyi Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən bəyan edilmişdir. Laçın rayonu — 1992–1993-cü illərdə bütün ərazisi (o cümlədən 18.05.1992 tarixində rayon mərkəzi) işğal olunub. İkinci Qarabağ müharibəsi nəticəsində qəbul olunmuş 10 noyabr atəşkəs bəyanatının şərtlərinə əsasən işğaldan azad edilmiş, rayon mərkəzi daxil olmaqla Laçın dəhlizi Rusiya sülhməramlılarının nəzarətinə verilmişdir. Məlum bəyanatın şərtlərinə uyğun olaraq Laçın dəhlizinə alternativ yol hazır olduqan sonra − 26.08.2022-ci ildə Laçın şəhəri, Zabux və Sus yaşayış məntəqələri Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçmişdir. Qubadlı rayonu — 1993-cü ildə bütün ərazisi (o cümlədən 31.08.1993 tarixində rayon mərkəzi) işğal olunub. II Qarabağ müharibəsi nəticəsində bütün ərazisi işğaldan azad edilimişdir. 2020-ci il 25 oktyabr tarixində ASQ tərəfindən Qubadlı rayonunun inzibati mərkəzi olan Qubadlı şəhərinin işğaldan azad edildiyi İlham Əliyev tərəfindən bəyan edilmişdir.