Ermənilərin Azərbaycan ərazisində törətdikləri terror aktları

Ermənilərin Azərbaycan ərazisində törətdikləri terror aktlarının siyahısı — Müxtəlif illərdə ermənilərin Azərbaycan ərazisində törətdikləri terror aktlarının siyahısı.

Artıq 3 əsrdir terrorçu qrupları dünyada fəaliyyət göstərirlər. 1975-ci ildə ASALAESƏD kimi erməni terrorçu qruplarının yaranması ilə yeni əsasən bu iki qrup və digərləri tərəfindən dünyanın 20-dən çox ölkəsində müxtəlif illərdə terror aktları törədildi.[1] Terrorizmi və terrorizmlə mübarizə aparmağı tədqiq edən amerikalı siyasi analitik Bryus Hoffmana görə erməni terror qrupları təkcə 1975-ci ildən 1986-cı ilə qədər dünyada 200 terror aktı törədiblər.[2]

Terror aktları

[redaktə | mənbəni redaktə et]
Baş verdiyi yer İl Terror aktını törədənlər Təşkilatın adı Teror fəaliyyəti
Bakı 11 may 1905 Simon Balasanov, Georgi Mayramov, Petros Saxakyans, Levon Arutunov, Minas Aqayans, Drastamat Kanayan Daşnaksütyun 1905-ci ildə mayın 11-də gündüz saat 3-də erməni kilsəsinin yaxınlığında, Parapet bağı (indiki Fəvvarələr meydanı) ilə Voronsov (indiki Mirzə İbrahimov) küçəsinin kəsişdiyi yerdə hərəkət edən Bakının general-qubernatoru knyaz Mixail Nakaşidzenin faytonuna ermənilər bomba atırlar.[3] Terror aktı zamanı Nakaşidzenin özü, onun yavəri Q. Takayşvili və həmin vaxt hadisə yerindən təsadüfən keçən iki azərbaycanlı da həlak olurlar. Partlayışa görə məsuliyyəti Daşnaksütyun partiyasının Mərkəzi Komitəsi öz üzərinə götürür.[4] Nakaşidzenin öldürülməsindən sonra polis şəhərdə ermənilərə məxsus idarə-müəssisələrdə axtarışlar aparır. Polis tərəfindən 19 may 1905-ci ildə Bakıdakı Telefonnaya küçəsindəki Sarkis Poğosbekovun metaləritmə emalatxanasında partlayıcı mərmilər və 80 hazır bomba aşkar edilir. Həmçinin həmin emalatxananın həyətində qazılmış xəndəkdə daha üç partladılmaya hazır bomba tapılır.[5] M. A. Nakaşidzeni öldürən 4 nəfər erməniyə — Şuşa şəhər sakini Simon Balasanova, Bakı şəhər sakini Georgi Mayramova, İran təbəələri Petros Saxakyansa və Levon Arutunova və Naxçıvan qəzasından olan Minas Aqayansa məhkəmənin qərarı ilə ölüm hökmü verilir. Lakin sonralar ölüm hökmü ləğv edilir və hər biri 15 illik katorqaya göndərilirlər. Qətldə iştirak edən beşinci adam – həddi-buluğa çatmamış Minas Aqayans isə yalnız 1907-ci ildə mühakimə olunuraq bəraət alır.[6] M. A. Nakaşidzenin öldürülməsi üçün Daşnaksütyun 35 min rubl pul ayırmışdı.[6] Bəzi məlumatlara görə, qatillərdən biri də Dro ləqəbli Drastamat Kanayan idi.[7][8]
Bakı 8 sentyabr 1984 Henrix Vartanov 8 sentyabr 1984-cü ildə Bakı şəhərində 106 saylı sərnişin avtobusunun erməni terrorçusu Henrix Vartanov tərəfindən partladılıb.[9][10]Hadisə zamanı iki uşaq anası olan Surxalizadə Fatma həlak olmuş, üç nəfər yaralanmışdır.[11] Hadisə o vaxt SSRİ-nin xüsusi xidmət orqanları tərəfindən terror aktı kimi deyil, onunla Vartanovla müdiriyyət arasında olan narazılıq kimi qiymətləndirildi,[12] və hadisənin təşkilatçısı olan Henrix Vartanov psixi xəstə kimi qəbul edilərək həbsdən azad edilərək məcburi psixi müalicəyə göndərildi.[13]
Yevlax 16 sentyabr 1989 Erməni terrorçuları Tbilisi-Bakı reysi ilə işləyən sərnişin avtobusunu partlatmışlar. 5 adam həlak olmuş və 25 nəfər yaralanmışdır.[14]
Xankəndi 7 oktyabr 1989 Artur Abramyan Xankəndi şəhərində azərbaycanlılar yaşayan Şuşa şəhərini Ağdam yolu ilə bağlayan Xəlfəliçay üzərindəki körpü partladılmışdır. Cinayəti törətmiş Abramyan Artur Artaşesoviç həbs olunmuş və 1992-ci il aprelin 29-da 15 il müddətinə azadlıqdan məhrum edilmişdir.[15]
Yevlax-Laçın yolunun 105-ci kilometri 13 fevral 1990 Yevlax-Laçın yolunun 105-ci km-də "Şuşa-Bakı" marşrutu ilə hərəkət edən avtobus partladılmış, nəticədə 13 nəfər ağır yaralanmışdır.
"Noraşen-Bakı" yolunun 364-cü kilometri 24 mart 1990 "Noraşen-Bakı" yolunun 364-cü km-də dəmir yolu partladılmış, nəticədə teplovoz və 3 vaqon partladılmış, 150 metrdən çox dəmir yolu xətti yararsız hala düşmüşdür.[16]
Ağdərə 11 iyul 1990 Arkadi Ayriyan, Samvel Babayan 11 iyul 1990-cı il tarixdə Tərtərdən Kəlbəcərə sərnişin aparan avtobusu partladılmış və xalq təsərrüfatı malları daşıyan maşın karvanına qarşı ermənilər tərəfindən terror aksiyası keçirilmişdir. Nəticədə 1 qadın, 7 kişi qətlə yetirilmiş, 23 nəfər isə ağır yaralanmışdır (cinayət işi 44/33013). İstintaq zamanı müəyyən edilmişdir ki, terror aksiyasını Xankəndi şəhər sakinləri Napaleon ləqəbli Ayriyan Arkadi Abramoviç və Babayan Samvel Andronikoviç törətmişlər. Onlar 1990-cı il dekabrın 15-də Əsgəran rayonunun Cəmilli və Kosalar kəndi arasında 3 nəfər azəbaycanlı kəndlisini qətlə yetirmişlər. Hər 2 cinayətkar həbs olunmuş, 1992-ci il iyunun 19-da ölüm hökmünə məhkum edilmişlər. S. Babayan 1992-ci ilin iyulunda azərbaycanlı girov və əsirlərlə dəyişdirilmişdir.[17]
Gəncə 10 avqust 1990 Armen Avanesyan, Mixayil Tatevosyan Vrej terrorçu təşkilatı 10 avqust 1990-cı ildə "Tbilisi-Ağdam" marşrutu ilə hərəkət edən sərnişin avtobusu partladılmış, 20 nəfər həlak olmuş, 30 nəfər yaralanmışdır. Cinayətin təşkilatçıları A. Avanesyan və M. Tatevosyan cinayət məsuliyyətinə cəlb olunmuşlar. 1992-ci ilin mayında A. Avanesyan ölüm cəzasına məhkum edilmiş, M. Tatevosov isə 15 il azadlıqdan məhrum edilmişdir. İstintaq zamanı məlum olmuşdur ki, cinayətkarlar 1991-ci ilin iyulun 17-də Ağdam-Tbilisi marşurutu ilə hərəkət edən sərnişin avtobusunu da partlatmağı planlaşdırmış, lakin özlərindən asılı olmayan səbəblərdən aksiyanı həyata keçirə bilməmişlər. M. Tatevosov 1992-ci ilin may ayında Tərtər rayonunda azərbaycanlı girovlarla dəyişdirilmişdir.[17]
Göygöl rayonu, Nadil kəndi 10 avqust 1990 "Şəmkir-Gəncə" avtomobil yolunda Göygöl rayonunun Nadil kəndi yaxınlığında "LAZ" markalı 43–80 AQF dövlət nömrə nişanlı avtobus partladılmış, nəticədə 17 nəfər həlak olmuş, 16 nəfər yaralanmışdır.[17]
Xankəndi 15 sentyabr 1990 Xankəndi şəhərində Dağlıq Qarabağ Muxtar vilayətinin radio-televiziya mərkəzi partladılmış, 2 nəfər yaralanmışdır. Terror aksiyasını törədən şəxslər müəyyən edilməmişdir.
Əsgəran 30 noyabr 1990 Əsgəran rayonundakı Ağa körpü adlanan ərazidə DİN əməkdaşlarını Şuşadan Xankəndi aeroportuna aparan avtobus partladılmış, nəticədə 2 milis işçisi yaralanmışdır.[17]
Əsgəran Ağdam yolu 4 yanvar 1991 Qraçik Sarkisyan Sarkisyan Qraçik Qriqoryeviçin başçılıq etdiyi terrorçu qrup Əsgəran Ağdam yolunda körpünü partlatmışdır.[18] Həmin qrup 1991-ci il aprelin 18-də Xocavənd rayonunda Amaras kilsəsi yaxınlığında 3 nəfər azərbaycanlı polis əməkdaşını qətlə yetirmişdir. Cinayətkarı həbs etmək mümkün olmamışdır.
Kiçik Qaladərəsi 9 yanvar 1991 Arno Mkrtçyan, Qraçik Petrosyan, Arvid Manqasaryan, Qaqik Arustamyan 9 yanvar 1991-ci ildə Laçın-Şuşa yolunda "Molodyoj Azerbaycana" qəzetinin müxbiri Salatın Əsgərova, batalyon komandiri polkovnik leytenant O. Larionov, Laçın rayonunun hərbi komendaturasının qərargah rəisi mayor İ. İvanov və çavuş İ. Qoyekin olduğu avtomobilə qarşı terror aktı törədilib.[19][20] Nəticədə avtomobildə olan 4 nəfər qətlə yetirilib. Terrorçu qrupun üzvləri A. Mkrtçyan, Q. Petrosyan, A. Manqasaryan və Q. Arustamyan cinayət məsuliyyətinə cəlb olunublar.
Sos kəndi, Xocavənd 18 aprel 1991 Qraçik Sarkisyan 1991-ci ilin aprel ayında Xocavənd rayonundakı "Amaras" kilsəsinin yaxınlığında "UAZ" markalı maşında olan Azərbaycan Respublikası DİN-nin XTPD-nin əməkdaşlarına silahlı basqın edilmişdir. Nəticədə 3 polis əməkdaşı həlak olmuşdur.[18]
Xocalı, Cəmilli kəndi 23 avqust 1991 23 avqust 1991-ci ildə erməni terrorçuları Şuşa-Cəmilli yolunda gedən avtobusu gülləyə tutmuş, nəticədə 3 nəfər mülki şəxs qətlə yetirilmiş, 14 nəfər isə ağır yaralanmışdır.[21]
Xankəndi, Kərkicahan qəsəbəsi yay 1991 Rusiyanın "Mayak" radiostansiyasının jurnalisti Leonid Lazareviç erməni terrorçusu tərəfindən qətlə yetirilib.[22][23][24]
8 sentyabr 1991 8 sentyabr 1991-ci il tarixdə Ağdam-Qaradağlı marşrutu ilə işləyən avtobusun partladılması nəticəsindən 6 nəfər qətlə yetirilmiş, 36 nəfər yaralanmışdır.[17]
Ağdam 8 sentyabr 1991 Volodi Xaçaturyan, Saro Yeremyan, Saşa Çalyan, Armo Arustamyan Qarabağ terror təşkilatı 8 sentyabr 1991-ci ildə "Qarabağ" təşkilatından olan erməni terrorçuları Ağdam Xocavənd yolunda avtobusu qumbaraatandan atəşə tutublar. Terror aktı nəticəsində 4 azərbaycanlı həlak olub, 20-si yaralanıb.[25]Terrorun Xaçaturyan Volodi, Yeremyan Saro, Çalyan Saşa, Arustamyan Armo tərəfindən törədildiyi sübuta yetirilmişdir.[26]
Qarakənd 20 noyabr 1991 1991-ci il 20 noyabr tarixində Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında, erməni hərbi dəstələri tərəfindən Azərbaycanın hərbi helikopteri vurulub.[27][28]Qarakənd faciəsi adlanan bu terror aktında həlak olanlar arasında Azərbaycan Respublikasının Dövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, dövlət müşaviri, sabiq daxili işlər naziri Məhəmməd Əsədov, millət vəkilləri Vaqif Cəfərov və Vəli Məmmədov, baş nazirin müavini Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri və jurnalist Osman Mirzəyev, Qazaxıstan Respublikası Daxili İşlər nazirinin müavini Saylau Serikov, Azərbaycan Dövlət Televiziyasının jurnalisti Alı Mustafayev var idi. Ümumilikdə qəza nəticəsində 22 nəfər həlak olub.[29]
8 yanvar 1992 8 yanvar 1992-ci ildə erməni terrorçuları Krasnovodskdan Bakıya sərnişin daşıyan "Sovetskaya Kalmıkiya" bərəsini partlatmışlar. Nəticədə 25 nəfər həlak olmuş, 88 nəfər isə yaralanmışdır.[30][31][32][33][34]
Şuşa 28 yanvar 1992 28 yanvar 1992-ci ildə Şuşa şəhəri yaxınlığında Ağdam-Şuşa marşrutu ilə sərnişin daşıyan mülki vertolyot erməni terrorçuları tərəfindən vurulmuş, əksəriyyəti qadın və uşaq olan 41 nəfər sərnişin və 3 ekipaj üzvü həlak olmuşdur.[35][36]
Bakı 1 fevral 1994 Bakı Dəmir yol vağzalında Kislovodsk-Bakı sərnişin qatarında terror aktı törədilmiş, 3 nəfər həlak olmuş, 20 nəfər yaralanmışdır
Xudat 9 fevral 1994 Xudat stansiyası yaxınlığında ehtiyat yolda dayanan yük vaqonu partladılmışdır.
Bakı 19 mart 1994 19 mart 1994-cü il Bakı metropoliteninin 20 yanvar stansiyasında elektrik qatarında törədilmiş terror aktı nəticəsində 14 nəfər həlak olmuş, 49 nəfər müxtəlif dərəcəli bədən xəsarəti almışdır. İstintaq tədbirləri zamanı müəyyən edilmişdir ki, terror aksiyası Ermənistan XXO rəhbərliyi ilə separatçı Sadval Ləzgi Xalq Hərəkatı təşkilatının üzvləri tərəfindən həyata keçirilmişdir.
Xankəndi 18 mart 1994 Xankəndi şəhəri yaxınlığında erməni terrorçuları tərəfindən İran Hərbi Hava Qüvvələrinə məxsus Herkules tipli təyyarə vurulmuş, 34 nəfər həlak olmuşdur.
Bakı 3 iyul 1994 Azər Salman oğlu Aslanov 3 iyul 1994-cü il Bakı metropoliteninin 28 may — Gənclik stansiyaları arasında elektrik qatarında törədilmiş partlayış nəticəsində 13 nəfər həlak olmuş, 42 nəfər müxtəlif dərəcəli bədən xəsarəti almışdır. Cinayəti əsirlikdə olarkən Ermənistan xüsusi xidmət orqanları tərəfindən məxfi əməkdaşlığa cəlb edilərək terror aksiyası həyata keçirmək tapşırığı ilə respublikaya göndərilmiş Azərbaycan Respublikasının vətəndaşı Azər Salman oğlu Aslanov törətmişdir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. Andrew Corsun. Armenian Terrorism: A Profile (PDF). U.S. Department of State remarks. August 1982. səh. 33. 2021-02-10 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-12-02.
  2. Bryus Hoffman. Terrorism in the United States and the Potential Threat to Nuclear Facilities (PDF). Library of Congress Cataloging in Publication Data. January 1986. səh. 18. ISBN 0-8330-0694-0. Archived from the original on 2021-06-06. İstifadə tarixi: 2021-12-02.
  3. Фархад Джаббаров. "Охота на губернатора: армянский террор против России – Историческая призма" (rus. ). 1905.az. 12 sentyabr 2019. 9 oktyabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 oktyabr 2020.
  4. Преступления армянских террористических и бандитских формирований против человечества (XIX-XXI вв.) (PDF). Bakı: Elm nəşriyyatı. 2002. səh. 13-14. ISBN 5806614786.
  5. "1905-ci il qırğınları". bakucity.preslib.az. 23 aprel 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 oktyabr 2020.
  6. 1 2 Musa Qasımlı. "Ermənistan monoetnik əraziyə çevrilib - İrqçilik siyasətinin nəticəsi". rupor.az. 20 oyin 2020. 9 oktyabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 oktyabr 2020.
  7. Antranig Chalabian. Dro (Drastamat Kanayan): Armenia's First Defense Minister of the Modern Era. Indo European Publishing. 2010. səh. 21-22. ISBN 9781604440782.
  8. Dro. Bioqrafiya, xatirələr, şahidliklər / Дро. Биография, воспоминания, свидетельства (PDF). İrəvan: Свободная речь. 1991. səh. 13-14. ISBN 5807902491.
  9. Oleq Kuznetsov. "Террористический акт на общественном транспорте Баку 8 сентября 1984 года / 8 sentyabr 1984-cü ildə Bakıda ictimai nəqliyyatda baş vermiş terror aktı" (PDF) (rus. ). irs-az.com. 2015. 12 oktyabr 2020 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 12 oktyabr 2020.
  10. Eldar Səmədov, Emin Ağayev, Aygün Həsənoğlu. Erməni terroru-Armenian terror-Армянский террор (PDF). Bakı: Vətən. 2005. səh. 35. ISBN 9952805802.
  11. "Ermənilərin törətdiyi terror aktları". garabagh.net. 10 iyul 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 oktyabr 2020.
  12. "Keçmiş SSRİ və MDB-də erməni terroru". "Zaman Azərbaycan" qəzeti. 22 noyabr 2012. 26 iyul 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 oktyabr 2020.
  13. Oleq Kuznetsov. ИСТОРИЯ транснационального армянского терроризма в ХХ столетии (PDF). Moskva: Akvarius. 2015. səh. 369. ISBN 978-5-8125-2097-7.
  14. "Azərbaycan ərazisində törədilən terror hadisələri". Hürriyyət qəzeti. Bakı. 20–21 oktyabr 2020. 11. Archived from the original on 2020-10-28. İstifadə tarixi: 28 oktyabr 2020. (#first_missing_last)
  15. "Armenian Terrorism in Azerbaijan / Azərbaycanda erməni terrorizmi" (ing. ). karabakh.org. 26 oktyabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 oktyabr 2020.
  16. "XX əsrin 80-90-cı illərində Azərbaycanda törədilmiş terror aktları". Səs qəzeti. Bakı. 27 oktyabr 2009. 11. Archived from the original on 2020-10-28. İstifadə tarixi: 28 oktyabr 2020.
  17. 1 2 3 4 5 Erməni cinayətləri (sənədlər əsasında) (PDF). I. Bakı: Vətən. 2004. səh. 92.
  18. 1 2 Erməni cinayətləri (sənədlər əsasında) (PDF). I. Bakı: Vətən. 2004. səh. 113-114.
  19. Əsgər Abdullayev . Ermənistanın Azərbaycana qarşı təcavüzkarlıq siyasəti tarixindən. Bakı: Elm nəşriyyatı. 1995. səh. 129. ISBN 5806606651.
  20. Əsgər Abdullayev . Azərbaycana qarşı erməni təcavüzü və xarici havadarlıq (PDF). Bakı: İqtisad universitetinin nəşriyyatı. 2004. səh. 167.
  21. Erməni cinayətləri (sənədlər əsasında) (PDF). I. Bakı: Vətən. 2004. səh. 99.
  22. Виктор Васильев / Viktor Vasilyev. "Не стреляйте в журналиста! / Jurnalistəm atəş açmayın!" (rus. ). golosameriki.com. 8 sentyabr 2011. 29 oktyabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 oktyabr 2020.
  23. "Российские журналисты, погибшие в 1991-2001 годах/ 1991-2001-ci illərdə Rusiyada öldürülmüş jurnalistlər" (rus. ). ria.ru. 15 dekabr 2001. 29 oktyabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 oktyabr 2020.
  24. Чаладзе / Çaladze, Татьяна / Tatyana. "Как это было… / Bu necə oldu…". Bakinski raboçi (rus. ). Bakı: anl.az. 26 fevral 2015. 5. Archived from the original on 2020-10-29. İstifadə tarixi: 29 oktyabr 2020.
  25. "Ağdam Xocavənd yolunda avtobus qumbaraatandan atəşə tutulub". "Bakinski raboçi" qəzeti. Bakı. 10 sentyabr 1991. (#accessdate_missing_url)
  26. "Azərbaycan ərazisində törədilmiş terror-təxribat aktları". xocavend-ih.gov.az. 2017. 16 dekabr 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 oktyabr 2020.
  27. David Menashri. Central Asia Meets the Middle East. London: Psychology Press. 1998. səh. 155. ISBN 9780714646008.
  28. Qlebov, Roman. "В Азербайджане сбит вертолет с VIP на борту". "Коммерсантъ-Власть" (rus. ). Rusiya: kommersant.ru. 45. 25 noyabr 1991. Archived from the original on 2020-10-28.
  29. "28 years pass since Armenia shot down MI-8 helicopter on the sky of Garakend" (ing. ). virtualkarabakh.az. 20 noyabr 2019. 28 oktyabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 oktyabr 2020.
  30. Camal Zeynaloğlu. Qarabağ dərdi – Erməni vandalizmi (PDF). Bakı: ÜniPrint. 2014. səh. 150. ISBN 978-99-52-440-01-8.
  31. "Террористические-диверсионные акты в Азербайджане" (rus. ). human.gov.az. 21 fevral 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 oktyabr 2020.
  32. "Армянский терроризм и двойные мировые стандарты" (rus. ). sputniknews.ru. 3 iyul 2009. 29 oktyabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 oktyabr 2020.
  33. "Армянский теракт на морских коммуникациях: 24 года спустя / Dəniz yollarında erməni terroru: 24 il sonra" (rus. ). kavkazplus.com. 9 yanvar 2016. 2020-10-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 oktyabr 2020.
  34. Nəsiman Yaqublu. Azərbaycan Milli Azadlıq Hərəkatı Ensiklopediyası. Bakı: Qanun Nəşriyyatı. 2018. səh. 66. ISBN 978-9952-36-521-4.
  35. Олег Кузнецов / Oleq Kuznetsov. "Первая террористическая война: взгляд из России (межнациональный армянский терроризм и нагорно-карабахский конфликт в 1988-1994-е годы) / İlk terroristik müharibə: Rusiyadan baxış (millətlərarası erməni terrorçuluğu və 1988-1994-cü illərdə Dağlıq Qarabağ münaqişəsi" (PDF) (rus. ). oleg-kuznetsov.ru. 2015. 25 oktyabr 2016 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 29 oktyabr 2020.
  36. "Chronology of the some Armenian terrorist acts in Azerbaijan (1989-1994) / Azərbaycanda baş vermiş bəzi erməni terror aktlarının xronologiyası (1989-1994)" (ing. ). azconsulatela.org. 9 iyul 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 oktyabr 2020.