Argentina erməniləri

Argentina erməniləriArgentinada yaşayan erməni əsilli şəxslərə verilən ümumi ad. Argentinada yaşayan ermənilərin ümumi sayı 70 mindən çoxdur. Bəzi mənbələrdə say 135 min şəklində göstərilir. Bura daxil olan şəxslər, əsasən, qarışıq nigahlardan dünyaya gələn və erməni kimliklərini itirmiş şəxslərdir.[1] Argentina erməniləri ABŞ, Fransa, RusiyaLivanda yaşayan erməni icmalarından sonra ən çox nüfuza sahib toplumdur.

Argentina erməniləri
Հայերն Արգենտինայում
Armenios en Argentina
Yaşadığı ərazilər
Argentina Argentina 70,000, 80,000[1] və ya 130,000 [2]
Dili

erməni dili, ispan dili

Dini

Xristianlıq

Çoxluq halda ölkənin paytaxtı Buenos-Ayresdə məskunlaşan toplumu Suriya, LivanKilikiyadan gəlmiş ermənilər yaratmışdır. ASALA tərəfindən 1970–1980-ci illərdə Türkiyənin xarici ölkələrdə yerləşən səfirliklərinə qarşı törədilmiş terror aktlarının maliyyələşdirilməsində Argentina ermənilərinin rolu danılmazdır.

XX əsrin əvvəllərindən etibarən Osmanlı imperiyasının sərhədləri daxilində yaşayan etnik azlıqların nümayəndələri daha yüksək yaşayış əldə etmək naminə AvropaŞimali Amerika kimi qitələrə getməkdə idi. Planlaşdırılan səfərlərdən biri də Latın Amerikası istiqamətində olmuşdur. XX əsrin əvvəllərində iqtisadi baxımdan inkişaf mərhələlərini yaşayan və zəngin torpaq sahələri ilə miqrantlar üçün cəlbedici görünən ArgentinaBraziliya kimi ölkələr ötən əsrin əvvəllərində minlərlə mühaciri qəbul etmişdir. İlk erməninin Argentinaya nə zaman gəldiyi dəqiq məlum olmasa da bu tarixinin 1920-ci illərdən əvvəl olmadığı ehtimal olunur. Osmanlı imperiyasının AdanaKilikiya kim bölgələrindən olan ilk erməni ailələr paytaxta yaxın ərazilərdə məskunlaşmışdır.[3] QəhrəmanmaraşQaziantep şəhərlərdə etnik zəmində baş verən münaqişələr səbəbindən ermənilərin ikinci bir dalğasının Argentina ərazilərinə yerləşməsi XX əsrin 30-cu illərinə təsadüf edir. Bu dövrdə 60 dan çox etnik erməninin Kilikiyadan gələrək əraziyə məskunlaşdığı təxmin edilir.[3] Müasir Argentina erməni icmasının ilkin nəsillərini böyük ölcüdə Kilikiyadan gəlmiş ermənilər yaratmışdır.

Rusiya vətəndaş müharibəsindən sonra imperiya daxilində yaşayan bir necə erməni öz ailəsi birlikdə Argentinaya yerləşmişdir. 1947–1954-cü illər aralığında SSRİ-dən, 1960–1985-ci illər aralığında isə SuriyaLivanda yaşayan ermənilərin Argentinaya mühacirət etdiyi məlumdur. Argentinanın İkinci dünya müharibəsindən kənar qalması, təhlükəsiz ərazidə yerləşməsi kimi səbəblər bir çox etnik mənsubiyyətdən olan mühacirlərin buraya gəlməsi ilə nəticələnirdi. 1979-cu ildə baş vermiş İran inqilabı zamanında ermənilərin Argentinaya gəlişi müşahidə olunmuşdur. Argentinada diktator rejimin hakim olduğu 1976–1983-cü illər aralığında 60 dan çox erməni rejim birlikləri tərəfindən oğurlanmışdır.

1989–1999-cü illər ərzində Argentinanın prezidenti olmuş Karlos Menemin hakimiyyəti dövrü ölkə ərazisində yaşayan etnik icmalar baxımından uğurlu olmuşdur. Menem tərəfindən təşkil edilən kabinetin Ədalət Naziri vəzifəsini tutan Leon Arslanyan Argentinada ən yüksək vəzifəni daşıyan ilk erməni olmuşdur.

Argentinanın Obera şəhərində təşkil edilmiş Miqrantların XXVI festivalı zamanı Buenos-Ayresdən gəlmiş ermənilər öz icmalarını təmsil edirlər. (3 sentyabr, 2005)

Argentina ərazisində yerləşən ilk ermənilər özlərini yerli cəmiyyətə uyğunlaşdırmağa çalışırdılar. Kilsələrin, dini seminariyaların, məktəb və kitabxanaların yaradılması bu yolda atılan əsas addımlardan idi. 1930-cu ildə paytaxt və ətraf ərazilərdə 10 mindən çox etnik erməninin yaşadığı təxmin edilir. XX əsrin sonlarına yaxın icmanın gənc nümayəndələrinin Amerika Birləşmiş Ştatlarına yerləşmə kimi meyilləri artmışdır. Bu gün Buenos-Ayres və Kardoba şəhərlərində məskunlaşan icmanın tabelyində yeddi məktəb, yeddi qriqoryan kilsəsi, katolik və protestan kilsələri, iki qəzet, üç radio stansiyası və bir necə qeyri-hökumət təşkilatları vardır. Argentina erməniləri keçirdikləri sosial kampaniyalar nəticəsində 1915-ci ildə Türkiyənin şərqində baş vermiş hadisələri soyqırım kimi qəbul etdirə bilmişdir. Erməni soyqırımı iddiası ilk dəfə 1993-cü ildə parlamentdə qəbul edilmişdir.

Ölkədə yaşayan erməni icmasını təmsil edən Deportivo Armenio futbol klubu 1962-ci ildə yaradılmış və tarixi ərzində iki dəfə Argentinanın əsas futbol liqası olan Primera Divisiónda çıxış etmişdir. Hal-hazırda ölkənin dördüncü liqasında çıxış edən komanda əvvəlki kimi güclü çıxış edə bilmir. Argentina erməni icması Qarabağda yaşayan erməni icmasının qanunsuz şəkildə dəstəklənməsində fəal iştirak etməkdədirlər. Buna misal olaraq Argentina ermənilərdən olan milyarder Eduardo Eurnekiyanın mütəmadi şəkildə Qarabağ ərazisində yaşayan erməni icmasına etdiyi yardımları göstərmək olar.[4]

  1. 1 2 "AGBU: HOME OF THE EXTENDED ARMENIAN FAMILY". 2012-05-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-12-03.
  2. "ArmenianDiaspora website". 2013-05-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-12-03.
  3. 1 2 Hekimian, Kim. "Armenian Immigration to Argentina: 1909-1938". Armenian Review. 43 (1). 1990: 85–113. İstifadə tarixi: 5 March 2013.
  4. "AGBU Partners with Eduardo Eurnekian for One Laptop Per Child Project in Karabakh". 2022-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-08.