Espresso
Espresso (it. espresso) — qaynar suda (təqribən 90 dərəcədə) qəhvənin hazırlanma üsullarından biri. Espresso bütün dünyada, xüsusilə də Avropada — İtaliya, İspaniya və Portuqaliyada məşhurdur.
Əksər insanın sevimli içkisi türk qəhvəsinin digər oxşar növü isə qərbdə qəhvə hazırlanmasında tətbiq edilir. Onlar bir az fərqli olaraq qəhvəni bir az daha iri çəkib isti suda saxlayır, ardından isti süzgəc və ya filtrdən keçirərək içirlər. Bu içki espressodur. Hər şeydən əvvəl espressoda önəmli olan üzərindəki köpüyüdür. Bu köpüyə "crema" (krem) deyilir. Krem qəhvənin möhtəşəm aromasının bayıra uçmaması, yox olmaması üçün xidmət edir və qəhvə içilib qurtarana kimi yox olmur. Yaxşı bir krem həm qəhvənin keyfiyyətinə, həm də hazırlayanın bacarığına bağlıdır.