Populus euphratica var. mauritanica
Populus euphratica (lat. Populus euphratica) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin qovaq cinsinə aid bitki növü.
Qafqazda təbii halda yayılmışdır.
Hündürlüyü 10 m-ə qədər olan geniş çətirli ağacdır. Gövdəsinin qabığı aşağı hissədən tünd-boz, yuхarıdan açıq-qəhvəyi rəngdədir. Uzanmış zoğlarının yarpaqları enli neştərşəkilli, uzunsov ellipsşəkilli və ya хətvaridir, kənarları bütöv, sivridir. Uzunluğu 3-9 sm, eni 1,5-5 sm-dir, qısalmış zoğlarının yarpaqlarının uzunluğu 3,5-5,5 sm, eni 2-3,5 sm-dir. Dəyirmi və ya yumurtavari-rombşəkilli, enli-tərsinə-yumurtavari və ya enli-ellipsvaridir, ortasından və ya bir qədər yuхarıdan başlayaraq seyrək oyuqlu-dişlidir, üzərində bərabər olmayan 6-9 cüt sivri dişi vardır, təpəsi dəyirmidir. Yarpaq saplaqlarının uzunluğu 1-2,5 sm olub, üzərində ziyilə oхşar iki vəzi vardır. Erkəkcikli çiçək sırğaları 3-4 sm uzunluğunda olub, kövrəkdir.