EVS

Mədinə qəbilələrindən biri olmuşdur. İslamı qəbul etdikdən sonra evsilər ənsarlardan olmuşdurlar. Bu qəbilə öncə Yəməndə yaşamışdırlar. Sonra onlara qohum olmuş Xəzrəc qəbiləsi ilə Yəsribə (Mədinəyə) köçmüşlər. İslamdan öncə onlar baş tanrı hesab etdikləri Mənata tapınırdılar. Yəsribdə evslilər yəhudilərlə birlik təşkil edərək güclənmişdirlər. Ancaq bir qədər sonra, onlardan daha böyük olan Xəzrəc qəbiləsi ilə qarşıdurmaları baş vermişdir. Bu qarşıdurmalar onilliklər boyu davam etmişdir. Onların arasındakı sonuncu qanlı toqquşma Buas döyüşündə olmuşdur. Kureyzə və Nadir kimi yəhudi, eləcə də bəzi ərəb qəbilələrinin yardımı ilə evslilər Xəzrəciləri məğlub edə bilmişlər. Ancaq, uzun sürmüş savaşlar səbəbindən gücdən düşmüş evslilər bu üstünlükdən istifadə edə bilməmişdirlər. Xəzrəclilər isə qüreyşlilərdən dəstək almaq üçün Məkkəyə öz elçilərini göndərmişdirlər. Orada Məhəmməd peyğəmbərlə görüşmüş xəzrəclilər anladılar ki, onların evsilərlə onilliklər boyu davam edən qarşıdurmalarına yalnız onun yaydığı dinin vasitəsi ilə son qoymaq mümkün olacaqdır. Onlar İslamı qəbul edən kimi evslilər də İslamı qəbul etmişdirlər. Artıq Məhəmməd peyğəmbərə Əqəbədə birinci beyət zamanı on xəzrəcli ilə birlikdə iki evsli iştirak etmişdir. Əqəbədə ikinci beyətə evsilər daha böyük sayla gəlmişdirlər. Onlar Məhəmməd peyğəmbəri qorumağa, bütün qovulan məkkəli müsəlmanlara sığınacaq verəcəklərinə söz vermişdirlər. Məkkəli müsəlmanlar Yəsribə hicrət etdikdən sonra evslilər və xəzrəclilər birlikdə “ənsar” (peyğəmbərin havadarları) adlandırılmışlar. Bununla da evslilər və xəzrəclilər arasındakı qarşıdurmalara son qoyulmuşdur. Daha sonra onlar birlikdə İslam dövlətinin yaranması işində aktiv fəaliyyət göstərmişdirlər. Məhəmməd peyğəmbərin vəfatından sonra evslilərin çoxu Əbu Bəkrin xəlifə olmasını dəstəkləmişlər. Bundan sonra onlar başqa müsəlmanlar kimi onun xəlifəliyi dövründə Ərəbistanda dinlərindən dönmüş (riddət II etmiş) qəbilələrlə igidcəsinə vuruşmuş, İslamın möhkəmlənməsində böyük işlər görmüşdürlər. Sonra onlar İslam ordusunun sıralarına qatılaraq İran, Bizans, eləcə də müxtəlif yerlərdə İslam dinini yaymışdırlar.
ETİQAF
ƏBABİL
OBASTAN VİKİ
Evsen Group
Evsen Şirkətlər Qrupu
Evsiz futbolçuların dünya çempionatı
Evsiz futbolçular arasında dünya çempionatı 2009-cu ildə 7-ci dəfə keçirilib. İtaliyanın Milan şəhərində başa çatan turnirdə Ukrayna yığması finalda Portuqaliya üzərində çətin qələbə qazanıb – 5:4. Dünya kubokunun yeni sahibi bununla da rəqibindən əvəz çıxıb. Məsələ ondadır ki, Ukrayna turnirdə yeganə məğlubiyyəti ikinci qrup mərhələsində məhz Portuqaliyada alıb (5:8). Milana beş qitədən 48 komanda gəlib. Növbəti belə dünya çempionatı 2010-cu ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək.
Evsizlik
Evsizlik — sosial-iqtisadi problem olaraq müntəzəm sığınacaq sahibi olmama halıdır. Küçələr, tərk edilmiş yerlər, gecə istifadəsi aşağı olan şəhər yerləri adətən evsiz sığınacaq yerləridir. Evsizlik hadisəsini yaşayan şəxsə evsiz deyilir. 2015-ci ildə QHT-nin məlumatına görə, Bakıda 50.000 civarında evsiz var.