Evtektika
Evtektika — iki və ya bir neçə komponentin qarışığından ibarət olan və bu maddələrin mümkün bütün qarışıqlarından komponentləri eyni vaxtda ayrılaraq ən aşağı temperaturda kristallaşan ərinti. Evtektika təşkil edən sülb fazalar kimyəvi element fərdləri və ya minerallar ola bilər. Bərk fazaların sayına görə ikiqat, üçqat və i.a. evtektika ayrılır.
Evtektika həm də ərimə qabiliyyətini göstərən diaqramda iki və ya bir neçə minerallın (komponent) ən tez əriyən qarışığına müvafiq gələn yeganə nöqtədir. Bu nöqtədə ərinti eyni vaxtdə kristallaşan komponentlərlə doymuş olur və evtektik quruluş əmələ gətirir.
Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006, 679 səh.