EVTROFİKASİYA

(ev... yun. trophe – qida və fikasiya) antropogen və ya təbii faktorların təsirilə suda biogen elementlərin toplanması nəticəsində su obyektlərinin (su hövzələrinin) bioloji məhsuldarlığının artması. Antropogen E. çirkab sularının, həmçinin kübrələnən tarlalardan axıdılan səth suların su hövzələrini biogen maddələrlə zənginləşdirməsi nəticəsində baş verir, bu isə suyun “çiçəklənməsi”, çirklənməsi və onun keyfiyyətinin kəskin pisləşməsinə səbəb olur.
EVTROF SU HÖVZƏSİ
ƏSRLİK RİTMİKA, İQLİMİ RİTMİKA
OBASTAN VİKİ
Evtrofikasiya
Evtrofikasiya (q.yun. εὐτροφία — yaxşı qidalanma) — çayların, dənizlərin və su hövzələrinin biogenlərlə zənginləşməsi. Evtrofikasiya həm su hövzələrinin təbii qocalması, həm də cirkab sularının hövzəyə daimi axması nəticəsində yaranır. Prosesə təsir edən əsas kimyəvi elementlər — fosfor və azotdur. Evtrofikasiya əsasən cirkab sularının nəticəsində su hovzəsinə daxil olmuş biogen elementlərin (azot, kalium, fosfor) köməyi ilə mavi-yaşıl yosunların artımı deməkdir. Mavi-yaşıl yosunların curuməsi üçün oksigen lazım olduğundan bu yosunlar suyu oksigensizləşdirir. Oksigen də canlı həyatın var olması üçün başlıca amil oldugundan evtrofikasiya su hovzələrinə bioloji cəhətdən böyük ziyan vurur. Süni evtrofikasiya yosunların artmasına, oksigenin azalmasına, suda yaşayan canlıların məhvinə gətirib çıxarır. Bunlar günəş şüasının su dərinliyinə az düşməsinə və fotosintezin az olmasına gətirib çıxarır. Əsas antropogen səbəbləri suyun təmizlənməməsi (əsasən heyvandarlıq komplekslərindən gələn çirkab suyun) və əkin sahələrindən gübrələrin yuyularaq su mənbələrinə düşməsidir.