Common Vulnerabilities and Exposures
Common Vulnerabilities and Exposures – ictimaiyyətə məlum olan informasiya təhlükəsizliyi boşluqları və istismarları üçün istinad təmin edən sistem. The MITRE Corporation tərəfindən idarə olunan ABŞ Milli Kibertəhlükəsizlik Tədqiqat Mərkəzi, ABŞ Daxili Təhlükəsizlik Departamentinin Milli Kibertəhlükəsizlik Bölməsinin maliyyə dəstəyi ilə sistemi idarə edir. Sistem rəsmi olaraq 1999-cu ilin sentyabrında ictimaiyyət üçün istifadəyə verilmişdir.
Security Content Automation Protocol CVE-dən istifadə edir. CVE ID-ləri Mitrenin sistemində, eləcə də ABŞ Milli Boşluqlar Bazasında verilir.