Führer
Fürer (alm. Führer) — alman dilində söz, tərcüməsi "rəhbər", "lider", "öncül" deməkdir.
Üçüncü reyxdə dövlət başçısının rəsmi vəzifəsi, həmçinin bir sonrakı ordu rütbələrinin söz birləşməsində bir hissəsi, şturmbanfürer, qruppanfürer və s. Fürer, Nasional Sosialist Alman Fəhlə Partiyasının və Üçüncü Alman İmperatorluğunun rəhbəri olduğu dövrdə, Adolf Hitlerin istifadə etmiş olduğu və "lider" mənası verən addır. Fürer, "tək xalk, tək imperatorluq və tək lider"(Ein Volk, ein Reich, ein Führer) devizinin tələb etdiyi şəkildə, bütün xalqın nümayəndəsi olmaqla bərabər, partiyanın və dövlətin rəhbəridir. Nasional Sosializmdə xalqın milli və sosial vahidliyinin bərabərliyini təmin etməkdə məsul şəxs olan Fürer, xalqın və dövlətin lehinə işlər həyata keçirməyə borcludur. Ciddi qərarlar qəbul edir. O, xalqın istədiklərini öz mənliyində hiss edərək həyata keçirdər və diqqət mərkəzinə götürər. Xalqının yol Ulusun yol göstərənidir və xalqı üçün fəaliyyət göstərir. Fürer, xalqının bir hissəsi olan insanların yaşadığı ölkə üçün ən yaxşı olanı etməlidir.